Tibbi sığorta ilə dərmanlar pulsuz veriləcək? - RƏSMİ AÇIQLAMA
Bir müddət əvvəl Azərbaycanda ambulator müalicədə resept əsasında yazılan bəzi dərman vasitələrinin sığorta hesabına qarşılanması təklifi irəli sürülmüşdü.
Maraqlıdır, görəsən, icbari tibbi sığorta vasitəsilə dərmanlar nə zaman pulsuz veriləcək?
Milli.Az bildirir ki, məsələ ilə bağlı İcbari Tibbi Sığorta Agentliyindən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, ambulator şəraitdə resept əsasında istifadə olunan dərman vasitələrinin sığorta təminatına alınması üçün "Tibbi sığorta haqqında" qanuna dəyişiklik edilməsi barədə qanun layihəsi İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən əlaqədar dövlət qurumları ilə razılaşdırılaraq müvafiq dövlət qurumuna təqdim olunub. Qanunun təsdiqindən sonra əlaqədar qaydaların hazırlanması və mövcud qaydaların təkmilləşdirilməsi nəzərdə tutulur.
Mövcud qanunvericilik dərman vasitələrinin təminatı üçün yeni maliyyələşdirmə mexanizmlərinə uyğunlaşdırıldıqdan sonra ambulator şəraitdə istifadə olunan dərman vasitələrinin mərhələli şəkildə icbari tibbi sığorta hesabına qarşılanması prosesinə başlanılacaq. Prosesin tam və müasir standartlarda tətbiqi üçün texniki məsələlərin də tənzimlənməsi istiqamətində hazırlıq işləri görülür.
Hazırda isə təcili və təxirəsalınmaz tibbi xidmətlər, stasionar tibbi yardım və ambulator şəraitdə tibb müəssisələrində vətəndaşa göstərilən bir sıra tibbi xidmətlərdə istifadə edilən anesteziya xidməti, dərman təminatı və tibbi sərf icbari tibbi sığorta hesabına qarşılanır.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 950 Tarix: 15 sentyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Əhaliyə sel və daşqınlarla bağlı XƏBƏRDARLIQ
Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. həmin müraciəti təqdim edir:. "Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın iki gün ərzində respublikanın bəzi ərazilərində arabir güclü külək əsəcəyi, intensiv yağış yağacağı
24 sentyabrTaksi qiymətləri BAHALAŞIR: Səbəb NƏDİR? - AÇIQLAMA
Son dövrlər taksi xidmətlərinin qiymətlərində dəyişikliklər müşahidə olunur. Gedişhaqqının formalaşmasına yanacaq və texniki xidmət xərcləri, sürücülərin gəlir tələbləri, platforma komissiyaları, eləcə də bazardakı tələb və təklif kimi müxtəlif amillər təsir göstərə bilər. Bakıda nəqliyyat sıxlığını
24 sentyabrSumqayıtda HƏRBÇİ DƏHŞƏTLİ QƏZADA həlak oldu: Hadisənin təfərrüatı - VİDEO
Bakı-Quba yolunun Sumqayıt şəhərindən keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub. Sakinlərin sözlərinə görə, ölən şəxs hərbçi olub. Baku TV-nin məlumatına görə, o, yemək üçün hərbi hissənin qarşısındakı kafeyə gedib və geri qayıdarkən avtomobil onu vurub. Sakinlə
25 sentyabrHərbçilərinin əməkhaqları 22,8% artacaq
Müdafiə Nazirliyinin bütün hərbçilərinin əməkhaqları vergilər və digər icbari ödənişlər çıxıldıqdan sonra orta hesabla 22,8% artacaq. APA-nın xəbərinə görə, bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində müzakirəyə çıxarılan "Vergi Məcəlləsində, "Hərbi qulluqçuları
25 sentyabrTarixi hadisələr və milli yaddaş
2020-ci il sentyabrın 27-də başlayan hərbi əməliyyatlar Cənubi Qafqazın siyasi və təhlükəsizlik reallıqlarını dəyişdirən hadisələrdən biri oldu. Azərbaycan cəmiyyətində "Vətən müharibəsi" adlandırılan 44 günlük müharibə noyabrın 10-da hərbi əməliyyatların dayandırılmasına dair üçtərəfli bəyanatl
26 sentyabr91 yaşlı sabiq deputat vəfat etdi
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq deputatı Zərifə Nəcəfova vəfat edib. "Qafqazinfo" xəbər verir ki, 91 yaşlı Z.Nəcəfova xəstəlik səbəbindən həyatını itirib. Qeyd edək ki, Əməkdar müəllim olan Zərifə Nəcəfova uzun illər Naxçıvan Dövlət Universitetində prorektor vəzifəsində d
25 sentyabrNazirlikdən əhaliyə MÜJDƏ: 70 faiz artım olacaq
Azərbaycanda orta aylıq əməkhaqqının yaxın illərdə artacağı gözlənilir. Maliyyə Nazirliyinin proqnozuna görə, 2030-cu ildə orta maaş 1 551,5 manata çatacaq. Vətəndaşlar üçün əsas sual orta maaşdan daha çox, minimum əməkhaqqının necə dəyişəcəyi ilə bağlıdır. Orta maaş 1 551 manata çatacaqsa, minimum əməkhaqq
27 sentyabr