Ağadadaş Ağayev banka olan borcu əmlakına yönəldiləcək – XALQ ARTİSTİ SUSUR

Ağadadaş Ağayev banka olan borcu əmlakına yönəldiləcək – XALQ ARTİSTİ SUSURAzərbaycanın xalq artisti Ağadadaş Ağayevin yeni qalmaqalla üzşləməsinə dair xəbər vermişdik.

Həmin xəbərdə bildirilir ki, Ağadadaş Ağayev bir neçə il əvvəl "DəmirBank"dan götürdüyü krediti bağlamadığı üçün məhkəməyə verilib.

Belə ki, Əmanətlərin Sığortalanması Fondu müflis elan edilmiş "DəmirBank" ASC qarşısında borc öhdəliyi olan Ağadadaş Ağayevdən banka olan borcunu tələb etsə də, o bunu ödəməkdən imtina edib. Nəticədə Fond xalq artistindən Binəqədi Rayon Məhkəməsinə şikayət verib.

Məhkəmə Ağadadaş Ağayevin illər əvvəl bankdan götürdüyü, amma ödəmədiyi krediti və onun hesablanan faizlərini qaytarması barədə qərar çıxarıb.

Məsələ ilə bağlı Gununsesi.info-nun əməkdaşı Ağadadaş Ağayevlə əlaqə saxlayıb.

Ancaq müğənni əməkdaşımızın mövzu ilə bağlı sualını eşidən kimi telefonun dəstəyini asıb.

Cəmiyyətə nümunə sayılacaq və xüsusilə dövlətin ali adını – xalq artisti adını daşıyan bir şəxsin bu cür hərəkəti birmənalı qarşılanmır.

Ağadadaş Ağayev birincisi bank qarşısındakı öhdəliyini yerinə yetirmir, digər tərəfdən də məhkəmə qərarına hörmətsizlik edir.

Hüquqşünas Bəhruz Bayramov Gununsesi.info-ya deyir ki, müğənninin banka olan borcunu qaytarması üçün hüquqi mexanizmlər var: "Mən bu işin mahiyyəti ilə tam məlumatlı deyiləm. Amma onun əmlakları var və yəqin ki, müvafiq qaydada borc onun əmlaklarına yönəldiləcək".


Sonxeber.az
Telegramda izləyin
Şou-biznes   Baxılıb: 6382   Tarix: 21 sentyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

77 yaşlı Alla Puqaçova həyatında ilk dəfə İstanbula gedib

Məşhur cütlük Maksim Qalkin və Alla Puqaçova Türkiyənin ən böyük şəhərinə işgüzar səfərə gediblər. xarici mediaya istinadən xəbər verir ki, primadonna səfərindən bir anını "Instagram" səhifəsində paylaşıb. Kadrlarda onların otel otağında İstanbula heyranlıqla baxdıqları görünür. Qalkin 77 yaşl

11 sentyabr
.

İllər sonra ekranlara qayıdan aktrisanı heç kəs tanımadı

Türkiyənin məşhur "Yahşi Cazibe" serialında Simge obrazı ilə tanınan Hande Katipoğlu illər sonra yenidən ekranlara qayıdıb. Aktrisanın yeni serialdakı dəyişən görünüşü izləyicilərin diqqətini çəkib. xarici mediaya istinadla xəbər verir ki, 2010-2012-ci illərdə yayımlanan "Yahşi Cazibe"

9 sentyabr
.

Firuzə İbadova xəstəxanaya yerləşdirilib

Əməkdar artist Firuzə İbadova xəstəxanaya yerləşdirilib. Axşam.az xəbər verir ki, bu haqda aparıcı Elgiz Əkbər yutubdakı verilişində deyib. O bildirib ki, müğənninin vəziyyəti ağırdır. Daha sonra F.İbadovanın qızı Hülya verilişə zəng edərək "Əməliyyat olunub, reanimasiyaya yerləşdirilib. Vəziyyət

9 sentyabr
.

Alim Qasımovun 1 milyon manatlıq duet iddiasına cavabı: "Bir Allah şahiddir ki..."

Xalq artisti Alim Qasımov müğənni Üzeyir Mehdizadə ilə ifa etdiyi "Bu dünyanın nəyindən narahatsan"duetinə görə 1 milyon manat aldığı barədə yayılan məlumatlara aydınlıq gətirib. Alim Qasımov Qaynarinfo-ya açıqlamasında duetinin ərsəyə gəlməsində hər hansı maddi qarşılıqdan söhbət getmədiyin

22 sentyabr
.

"Belə valideynləri qınayıram"

Xalq artisti Miri Yusif valideynlərə müraciət edib. Axşam.az xəbər verir ki, sənətçi avtomobildə azyaşlı uşaqların təhlükəsizliyi ilə bağlı fikirlərini bölüşüb. O bildirib ki, valideynlər uşaqlaeı sükan arxasında oturanda qorumurlar:. "Sükan arxasında olarkən azyaşlı uşaqlarını qucağında və ya dizini

7 sentyabr
.

Fatma Mahmudova qızının nişanını qaytardığını açıqladı

Xalq artisti Fatma Mahmudovanın qızı Nigar Tofiqqızının nişanını qaytardığını açıqlayıb. xəbər verir ki, bu barədə aktrisa aparıcı Elgiz Əkbərin "Şadlıq olsun" verilişində danışıb. O veriliş zamanı toyla bağlı verilən suala aktrisa etiraz edib. Fatma Mahmudova bildirib ki, nişan qayıdıb v

10 sentyabr
.

"Artıq başqa Sevdayam, anayam"

Müğənni Sevda Yahyayeva oktyabrın 17-də Azərbaycan Dövlət Filarmoniyasında planlaşdırılan konsertinə hazırlaşır. Axşam.az xəbər verir ki, sənətçi konsertlə bağlı videoaçıqlamasında gecənin yalnız musiqidən ibarət olmayacağını bildirib. "Bu konsert təkcə mahnıların ifasından ibarət bir gecə olmayacaq

11 sentyabr
.

Psixiatriya xəstəxanasına yerləşdirildiyi deyilən Elşad Xose ilk dəfə görüntüləndi - FOTO

Bir neçə ay əvvəl sosial şəbəkələrdə və bəzi xəbər saytlarında tanınmış repçi Elşad Xosenin səhhətinin ağırlaşdığı və onun Maştağada yerləşən Respublika Psixiatriya Xəstəxanasına yerləşdirildiyi barədə iddialar yayılmışdı. Respublika Psixiatriya Xəstəxanası yayılan iddiaları təkzib etsə də, Səhiyyə Nazirliy

13 sentyabr
.

Rəqsanə İsmayılovaya ağır itki

Müğənni Rəqsanə İsmayılovaya ağır itki üz verib. Axşam.az xəbər verir ki, onun atası İsmayıl İsmayılov dünyasını dəyişib. Bu barədə şair Nazilə Səfərli sosial şəbəkədə paylaşım edib:. "Əziz dostum Rəqsanə İsmayılovaya atasının vəfatı ilə bağlı baş sağlığı verirəm. Allah rəhmət eləsin. Allah günahların

24 sentyabr