"Vəfa Şərifovanın məndən üzr istəməsini tələb edirəm"
"Çox təəssüf edərək son günlər gündəmi zəbt edən məsələ ilə bağlı sonuncu açıqlamamı vermək istəyirəm. Sadəcə bir mahnı məsələsindən başlayan söhbət bu qədər iyrənc səviyyəyə çatdığına görə tamaşaçılarımızdan, məni sevən dinləyicilərimdən üzr istəyirəm. Bir şəhid bacısının haqqının tapdanmasına, adımın ümumiyyətlə, xəbərsiz olduğum məsələlərdə hallanmasına səbrlə yanaşa bilmədim".
Bu sözləri Axşam.az-a açıqlamasında müğənni Şəbnəm Tovuzlu deyib. O, Vəfa Şərifova ilə yaşadığı qalmaqalla bağlı son dəfə açıqlama verdiyini bildirib:
"Həm məni, həm də izləyicilərimizi narahat edən məsələni artıq tamamilə bağlayıram. Bir mahnını şoulaşdırıb, iyrəncləşdirib və bundan dırnaqarası reklam qazanmaq istəyənləri artıq durdurmaq qərarına gəldim. Çünki bu məsələ mənim özümü də narahat edir.
Mahnının bütün müəllif hüquqları şəhid bacısına məxsusdur. Mahnının haqqını ödəyib almışam və ilk olaraq mən oxumuşam. Haqqımı tələb etməli olduğum halda, digər tərəf nəyin davasını edir anlamıram".
Şəbnəm yutub işlədən Nadir Kərimovu qaçırtdırması iddiasına belə reaksiya verib:
"İki gündür adı hallanan Nadirlə bağlı onu deyə bilərəm ki, ümumiyyətlə Nadirin harada olmasının, niyə olmasının və ya həbs edilib, edilmədiyinin qəti şəkildə mənimlə heç bir əlaqəsi yoxdur. Bura Azərbaycandır. Hansısa bir kriminal ölkə deyil. Burada heç cinayətdə şübhəli bilinən birini belə məcburi şəkildə aparmırlar, o ki, qaldı hansısa mahnıya görə bir yutuber olsun. Dövlətin qanunu, qaydası var. Bu ifadə mənə yox, bir başa Azərbaycan polisinə qarşı təxribatdır. Mən də kimisə evindən apardacaq qədər qanunları tapdalamamışam.
Heç kim, qəti şəkildə heç kim, mənim adımı və xüsusilə də adını daşıdığım Tovuzumla bağlı alçaldıcı ifadə işlədə bilməz. Bu mənə yox, birbaşa Azərbaycanın bölgəsinə, oranın camaatına qarşı təhqirdir. Savadsız, danışığını bilməyən biri bir mahnıya görə mənim rayonumu, bilavasitə də oranın camaatını təhqir edib. İşlətdiyi ifadəyə görə üzr istəməsini tələb edirəm.
Bu məsələyə sonuncu açıqlamamı verirəm və bir daha açılmamaq üzərə bağlayıram".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Zita və Gita"nın aktrisası 72 yaşında - FOTO
Sosial şəbəkələrdə məşhur "Zita və Gita" filminin aktrisası Hema Malinin fotoları yayılıb. xəbər verir ki, hazırda 72 yaşı olan Hemanın son halı müzakirələrə səbəb olub. İstifadəçilər, illər keçsə də Zitanın çox yaşlı görünmdəyini bildiriblər. Aktrisa 1972-ci ildə Rameş Sippinin ekranlaşdırdığ
17 sentyabr 2021Jan-Pol Belmondo vəfat etdi
Dünya və Fransa kinosunun məşhur simalarından olan Jan-Pol Belmondo 88 yaşında vəfat edib. Bu barədə onun vəkili məlumat yayıb. Qeyd edək ki, aktyor 1933-cü ildə Fransanın Neyi-sür-Sen bölgəsində anadan olub. O, karyerası ərzində daha çox komediya və döyüş filmlərində çəkilib. Belmondo "Qızıl palm
6 sentyabr 2021Aygün Kazımova koronavirusa yoluxub
Xalq artisti Aygün Kazımova koronavirusa yoluxub. Axşam.az-a istinadən xəbər verir ki, bu barədə sənətçi İnstaqram hesabında məlumat verib. Müğənni xəstəliyi ağır keçirdiyini bildirib:. "Mən də bir çoxlarınız kimi koronavirusa yoluxdum. Son 3 günü ağır keçirdim. Hərarətim 37-38,5 idi. Bədənim ço
8 sentyabr 2021"Hər gün yalvarırdım..." - atasını itirən Aygün hər kəsi KÖVRƏLTDİ
Xəbər verdiyimiz kimi ötən gün müğənni Aygün Mahmudovanın atası koronavirusdan dünyasını dəyişib. -a istinadən xəbər verir ki, ağır itki yaşayan Aygün sosial media hesabında atası ilə fotolarını paylaşaraq izləyicilərini kövrəldib:. "Canım sənə qurban, ay ata, hara getdin?!Mən hər şeyimi Allah
8 sentyabr 2021Flora Kərimova küçədə mahnı oxudu – VİDEO
Xalq artisti Flora Kərimova küçədə mahnı oxuyub. Belə ki, xalq artisti küçə ilə gedərkən musiqi səsi eşidib və musiqi səsi gələn tərəfə yönəlib. O, küçədə gitara çalıb mahnı oxuyan gənclərlə birgə duet oxuyub. Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. Həmin görüntüləri təqdim edirik:
8 sentyabr 2021Müğənnilikdən əvvəl qabyuyan, fəhlə, satıcı işləyən MƏŞHURLAR - FOTO
Bu gün tanınmış şou-biznes nümayəndələri vaxtilə başqa peşə ilə məşğul olublar. Onlar arasında qabyuyan, tibb bacısı, idmançı, satıcı, fəhlə, mühafizəçi kimi çalışanlar da var. xəbər verir ki, "Mtv" kanalı bu haqda araşdırma apararaq tanınmışların keçmiş sənətini öyrənib. Vaxt var idi, onla
8 sentyabr 2021Səməd Səmədovun məzar daşı niyə qoyulmayıb? - VİDEO
Bu gün Xalq artisti Səməd Səmədovun dünyasını dəyişməsindən 40 gün ötür. Axşam.az xəbər verir ki, müğənni Xatun Əliyeva mərhumun məzarını ziyarət edərək, görüntü paylaşıb. Diqqət çəkən məqam isə S.Səmədovun məzar daşının hələ də düzəldilməməsi olub. X.Əliyevanın prodüseri Pənah Eldar Axşam.az-a açıqlamasınd
2 sentyabr 2021