Budapeştdə 11 il ərzində ən böyük daşqının pik nöqtəsi gözlənilir

Budapeştdə 11 il ərzində ən böyük daşqının pik nöqtəsi gözlənilirMacarıstanın paytaxtı Budapeştdə daşqının pik nöqtəsinin sentyabrın 21-də gözlənildiyi bildirilir.

"Report" "Infostart"a istinadən xəbər verir ki, Dunay çayında suyun səviyyəsi təxminən 8,5 metrə qədər qalxacaq ki, bu da normadan beş metr yüksəkdir.

Ölkənin Su Təsərrüfatı Baş İdarəsinin rəhbəri İştvan Lanqın sözlərinə görə, şənbə günü axşamadək Dunayın səviyyəsi təxminən 50 sm daha artacaq, bundan sonra su yavaş-yavaş geri çəkilməyə başlayacaq.

"Index" portalının dəqiqləşdirməsinə görə, son 10 ildə çayın səviyyəsi 6 metrdən yuxarı qalxmayıb. Əvvəlki rekord 2013-cü ildə Viqado meydanında qeydə alınıb, o zaman çayda suyun səviyyəsi 891 sm-ə çatıb.

Qeyd edək ki, sentyabrın 18-də Macarıstanın Baş naziri Viktor Orban ölkədə daşqının kritik mərhələdə olduğunu elan edib. Bununla belə, artıq keçən həftəsonundan mərkəzdə Dunayın aşağı sahilləri bağlanıb. Şəhərin şimalında çayın daşmasına hazırlıq işlərinə başlanılıb. Sentyabrın 19-da sahillərindən çıxan Dunay parlament binası yaxınlığındakı sahilləri su altında qoymağa başlayıb. Bina qarşısındakı turistlər üçün skamyalar tamamilə suyun altında qalıb, fənər dirəkləri və işıqforlar isə yarıya qədər suya batıb.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 827   Tarix: 22 sentyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Çin süni intellekt serverlərini okeanın dibinə yerləşdirdi

Çin Şanxay sahillərində külək enerjisi ilə işləyən sualtı data mərkəzini kommersiya fəaliyyətinə keçirib. Layihə süni intellekt və digər yüksək hesablama gücü tələb edən texnologiyalar üçün enerji və soyutma xərclərini azaltmaq məqsədi daşıyır. Qaynarinfo xəbər verir ki, Şanxayın Linqanq Xüsusi Ərazis

24 sentyabr
.

Dünyanın ən xoşbəxt turizm şəhəri açıqlandı - Avropada yerləşir

Səyahət zamanı mümkün qədər çox müsbət emosiyalar yaşamağa imkan verən istiqamətlərlə bağlı maraqlı araşdırma aparılıb. İlk sırada Portuqaliyanın paytaxtı Lissabon qərarlaşıb. Qaynarinfo xəbər verir ki, "TimeOut"un yazdığına görə, "xoşbəxtlik" tərəfindən psixoloq Natali Dattilo-Rayanl

25 sentyabr
.

Daha bir dünya lideri Makronun dəvətini rədd etdi

İtaliyanın Baş naziri Corcia Meloni sentyabrın 28-də Fransanın Mets şəhərində keçiriləcək və Roma Papası XIV Levin apostol səfərinin son günündə çıxış edəcəyi görüşə qatılmayacaq. xəbər verir ki, bu barədə TASS İtaliya hökumət başçısının mətbuat xidmətinin açıqlamasına əsasən məlumat yayıb. Məlumat

26 sentyabr
.

Bill Qeyts süni intellektin bəşəriyyətə təhlükəsi barədə xəbərdarlıq edib

Süni intellekt çox sayda insanın ölümünə səbəb ola biləcək təhlükələr yaratmaq potensialına malikdir. "Report"un məlumatına görə, "Microsoft"un təsisçisi Bill Qeyts bunu "NBC News"a müsahibəsində bildirib. "Süni intellekt şübhəsiz ki, bir milyard insanın ölümünə səbə

26 sentyabr
.

"Vanlı Kara Haydar"a qarşı XÜSUSİ ƏMƏLİYYAT: Maşınlardan fantastik məbləğdə pullar tapıldı - FOTO-VİDEO

Ankarada aparılan istintaq çərçivəsində "Vanlı Kara Haydar" ləqəbi ilə tanınan Mehmet Fatih Tançalana qarşı İstanbulda xüsusi əməliyyat keçirilib. xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb. Qeyd olunur ki, "Vanlı Kara Haydar"ın iki avtomobilinə baxış zaman

26 sentyabr
.

Qazaxıstan və Hindistan ticarət dövriyyəsini 1 milyard dollara çatdırmaq niyyətindədir

Qazaxıstan və Hindistan yaxın gələcəkdə qarşılıqlı ticarətin həcmini 1 milyard dollara, perspektivdə isə 3 milyard dollara çatdırmağı planlaşdırır. "Report"un Qazaxıstan bürosunun "Kazinform"a istinadən verdiyi məlumata görə, bu barədə Hindistanın Qazaxıstandakı səfiri Saylas Tanqa

24 sentyabr
.

Paşinyan Rusiya ilə münasibətləri dərinləşdirmək istəyini bildirib

Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya ilə münasibətləri dərinləşdirmək istədiyini açıqlayıb. xəbər verir ki, o, bu barədə "İzvestiya"nın şərhçisinə verdiyi müsahibədə bildirib. "Rusiya Federasiyası ilə münasibətlərə gəldikdə isə, biz münasibətlərimizi inkişaf etdirmək, münasibətlərimiz

24 sentyabr
.

İran və Pakistan XİN başçıları regiondakı son hadisələri müzakirə edib

İranın xarici işlər naziri Abbas Əraqçi ilə Pakistanın XİN başçısı Məhəmməd İshak Dar Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində regionda baş verən son hadisələri müzakirə ediblər. xəbər verir ki, bu barədə "Tasnim" agentliyi bildirib. Məlumata görə, nazirlər ikitərəfl

24 sentyabr
.

Trampdan Rusiya və Çinə dialoq TƏKLİFİ

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp Çin Xalq Respublikasının rəhbəri Si Cinpinin Vaşinqtona rəsmi səfəri çərçivəsində Rusiya, ÇXR və ABŞ arasında silahlanmaya nəzarət məqsədilə üçtərəfli müzakirələrin aparılması təşəbbüsü ilə çıxış edib. -ın məlumatına görə, bu təfərrüat Ağ Ev tərəfində

26 sentyabr