Politico: ABŞ İraqdan qoşunların çıxarılması planlarını elan edəcək
ABŞ gələn həftə İraqdan Amerika hərbi kontingentinin çıxarılması planlarını elan etməyi planlaşdırır.
"Report" xəbər verir ki, bu barədə "Politico" qəzeti Amerika administrasiyasındakı mənbələrə istinadən məlumat verib.
Nəşrə görə, Amerika qoşunlarının çıxarılması planının razılaşdırılması "son mərhələdədir". Çıxarılma qərarı BMT Baş Assambleyasının 79-cu sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Nyu-Yorkda ABŞ və İraq nümayəndələrinin görüşündən sonra açıqlana bilər.
"Politico" qeyd edib ki, İraq iqtidarı 2026-cı ilin sonunadək ölkədən 2,5 min Amerika hərbçisinin çıxarılmasına ümid edir.
Daha əvvəl İraqın Baş naziri Məhəmməd əs-Sudani "Bloomberg" agentliyinə müsahibəsində bildirmişdi ki, artıq ölkədə ABŞ qoşunlarının qalmasına ehtiyac yoxdur və yaxın vaxtlarda onların çıxarılması qrafiki elan ediləcək. Əs-Sudaninin sözlərinə görə, İraq qoşunlarının ölkə ərazisində İŞİD qalıqlarına qarşı birgə Amerika-İraq reydlərində uğurlu iştirakı İraq təhlükəsizlik qüvvələrinin terror qruplaşması ilə müstəqil mübarizə aparmaq qabiliyyətində olduğunu təsdiqləyir. Bununla yanaşı, Baş nazir əmindir ki, qoşunların çıxarılmasından sonra da İraq və ABŞ təhlükəsizlik və iqtisadiyyat sahəsində əməkdaşlığı davam etdirəcəklər.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 750 Tarix: 22 sentyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Vanqa rus ulduzla qohum imiş...
Rusiyalı müğənni Filipp Kirkorov bolqarıstanlı məşhur ekstrasens Vanqa ilə qohumluq əlaqələri barədə açıqlama verib. Bu barədə nəşrinə istinadən xəbər verir. Sənətçinin sözlərinə görə, Vanqa onun ikinci dərəcəli qohumu olub. Kirkorov uşaqlıq illərini xatırlayaraq bildirib ki, ağır xəstələndiyi dövrd
22 dekabrRusiya Prezidentinə göndərilən qeyri-adi hədiyyə gündəm oldu
Rusiya Prezidenti Vladimir Putin Lyubertsıdakı "Maşenka" çörəkxanasından göndərilən "pirojki" və digər bişmiş məmulatları çay süfrəsində dadıb. xəbər verir ki, Kremlin "Telegram" kanalında yayılan videoda Putin hədiyyəyə görə çörəkxananın sahibinə təşəkkür edir və qarşıda
22 dekabrPutinin ona ad günündə nə hədiyyə etdiyini paylaşdı
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ölkə Prezidenti Vladimir Putinin ona hədiyyə etdiyi mücrünün fotosunu paylaşıb. "Qafqazinfo" xəbər verir ki, diplomat teleqram kanalında hədiyyə ilə bağlı paylaşım edib. Fotoda üzərində "Moskva" və "Kreml"
26 dekabrKral ənənəsi pozuldu: Şahzadə ailənin ilk şahzadə pilotu oldu (FOTO)
İspaniya Kralı VI Felipenin böyük qızı, 20 yaşlı şahzadə Leonor ilk tək uçuşunu başa vurub və bununla da hərbi təliminin mühüm mərhələsini yekunlaşdırıb. Qaynarinfo xəbər verir ki, bu barədə "Vanity Fair" yazır. Taxtın varisi Baş Aeronavtika və Kosmos Akademiyasında intensiv təlim proqram
23 dekabrKobaxidze Rusiya ilə bağlı mövqeyini açıqladı: Qırmızı xətlər var
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Rusiyaya qarşı açıq və praqmatik siyasət yürüdəcəklərini açıqlayıb. xarici mediaya istinadən xəbər verir ki, o, bu barədə "Rustavi 2" telekanalına müsahibəsində danışıb. Kobaxidze ölkələrarası münasibətlərdə müəyyən qırmızı xətlərin mövcud olduğunu bildirib
24 dekabrPolşalı qadının söylədiyi sözləri gündəm oldu: 123 illik tarixi xatırlatdı
Polşalı bir qadının türklər haqqında sosial şəbəkədə paylaşdığı fikirlər geniş rezonans doğurub. türk mediasına istinadən xəbər verir ki, tarixi bir məqama diqqət çəkən qadın bildirib ki, ölkəsi 123 il boyunca dünya xəritəsində yer almasa da, Osmanlı Dövləti Polşanın mövcudluğunu tanımaqda davam edib
22 dekabr