Azərbaycanda əhali çörəkdən imtina edir: Görün tərkibinə nə qatırlar

Azərbaycanda əhali çörəkdən imtina edir: Görün tərkibinə nə qatırlarAzərbaycan xalqı üçün çörək yalnız qida deyil, həm də mədəni dəyər daşıyan müqəddəs bir nemətdir. Uzun illərdir, hər evin süfrəsində çörək əsas yer tutur. Xalq arasında "Çörək varsa, bərəkət var" deyimi çörəyin nə qədər əhəmiyyətli olduğunu bir daha göstərir. Bu, azərbaycanlıların çörəyə olan xüsusi sevgisindən qaynaqlanır. Təsadüfi deyil ki, azərbaycanlıları adətən "çox çörək yeyən toplum" kimi xarakterizə edirlər. Lakin, deyəsən, dövr dəyişdikcə, çörək yeməyə olan sevgimiz də azalır. Belə ki, 2023-cü ildə Azərbaycanda adambaşına 116.6 kiloqram çörək istehlak edilib. Bu isə 2022-ci illə müqayisədə 5.9 kiloqram azdır. Görəsən, həqiqətənmi, çörək yeməyi azaltmışıq? Çörəyi rasionumuzda azaltmağın müsbət və mənfi tərəfləri nələrdir?

Qida rasionunun əsas hissəsini çörək tuturdu

İqtisadçı Akif Nəsirlinin sözlərinə görə, çörəyin rasionumuzda azalmasının əsas səbəblərindən biri aparılan təşviqatdır. Təbliğat nəticəsində insanlar maariflənirlər: "Əhalinin bir hissəsi pəhriz saxlayır və çörəkdən maksimum şəkildə az istifadə edir. Hazırda ekspertlər də sağlam qidalanmanı təbliğ edirlər. 10-15 il əvvəl əhalinin qida rasionunun əsas hissəsini çörək tuturdu. Amma yavaş-yavaş durum dəyişir".

Çörəklərin rəf ömrünü uzadırlar

Qida təhlükəsizliyi üzrə ekspert İlkin Şirinov bildirdi ki, hazırda satışda olan çörəkləri yemək sağlamlığımız üçün təhlükəlidir: "Çörəkdən istifadə qidalanmanın ayrılmaz bir hissəsinə çevrilib. Yemək yeyərkən süfrədə çörək olması sanki bir qanundur. Amma istifadə etdiyimiz çörəklər, un məmulatları nə dərəcədə faydalıdır? Buradakı əsas təhlükə çörək və un məmulatları hazırlanarkən istifadə olunan kimyəvi maddələrdir. Onlardan istifadə edərək çörəklərin rəf ömrünü uzadırlar. Mağazalarda çörəklər 2-3, hətta beş gün saxlanılır".
İ.Şirinovun fikrincə, mağazada satılan həm ağ, həm də qara çörəklərin tərkibində kimyəvi qatqılar olur:

"Həmçinin, bu gün çörəklərin rənginin daha ağ olması, həcminin böyüklüyü üçün xüsusi peroksidlərdən istifadə olunur. Buğdadan hazırlanan çörəyin özünün rəngi ağ olsa da, qatqılar da vurularaq satış üçün həcm, forma və rəng verilir. Amma həmin maddələr insan sağlamlığı üçün bilavasitə təhlükə mənbəyidir. Tək buğda çörəyi yox, qara çörək dediyimiz diyetik çörəklərin də tərkibi ilə oynanılır. Əslində, onların tərkibi sadəcə çovdar, ikinci növ qara un və ədviyyatlardan ibarət olmalıdır. Lakin rəngini tündləşdirmək üçün xəmirinə xüsusi kimyəvi maddələr qatılır. Tərkibində kimyəvi maddələr istifadə olunan çörəklərin bir gün saxlanma şəraitinə əməl olunmadıqda onlarda yapışqanlıq və xoşagəlməz qoxu əmələ gəlir".

"İstehsalçılar yalnız satışlarını düşünürlər"

Ekspert çörəksiz yaşaya bilməyənlərə çıxış yollarını da göstərib: "Çörəkdən əl çəkə bilməyənlər kobud üyüdülmüş, aşağı sort unlardan hazırlanan çörəklərə üstünlük versələr, daha yaxşı olar. Çörəkdən tamamilə imtina etməsək də, çalışmalıyıq ki, istifadəsini bacardığımız qədər azaldaq. Bəzi insanlar unu özləri üyüdüb çörək hazırlamağı seçir. Çörəkdən imtina edə bilməyən şəxslər də özləri evdə çörək bişirməyi sınayaraq daha sağlam qidalana bilərlər. Çünki istehsalçılar istehlakçıların sağlamlığı, onların keyfiyyətli məhsul əldə etməsini yox, yalnız satışı, qazanclarını düşünürlər".

Bu xəstəlikləri azalda bilərik

Həkim-diyetoloq Leyla Zülfüqarlı isə dedi ki, tam taxıllı çörəklərdən istifadə ilə özümüzü və sağlamlığımızı xəstəliklərdən qoruya bilərik: "İki ilə çörək istehlakının adambaşına altı kiloqram azalması gözəl göstəricidir. Çünki çörək yeməyi azaltmaqla şəkərli diabet riskini, piylənməni, ürək qan-damar xəstəliklərini azalda bilərik. Doğru çörək seçərək ehtiyacımızı bir və ya yarım dilimlə ödəmək mümkündür. Doğru çörək taxıllı çörəklərdir. Onları normasında yedikdə onun ziyanı yoxdur".

Qida eksperti Fərid Səfərov da insanların yemək rasionlarında çörəyi azaltdığını təsdiqlədi: "Ümid edirik ki, statistikada azalmanı bir az da görərik. Mən ətrafımdakı insanların timsalında da təsdiq edirəm ki, hətta çoxlu çörək yeyənlər belə, əvvəlki dövrlərə nisbətən indiki dövrdə bunu minimuma endiriblər. İnsanların əksəriyyəti ya ümumiyyətlə çörək yemir və bunu alternativ karbohidratlarla əvəz edir, ya da daha sağlam çörəklərə üstünlük verirlər. Məsələn, mərcidən, qarabaşaqdan, yulafdan, əsasən, kompleks karbohidratlardan hazırlanan çörəkləri seçirlər".

Çörəyi rasionumuzdan çıxarmalıyıq

F.Səfərovun fikrincə, çörəyin orqanizmimizə ziyanı faydasından qat-qat çoxdur: "Hazırkı vəziyyətdə çörək yeməyi azaltmağın, əsasən, müsbət tərəfləri var. Çünki çörək hazırlanarkən un çox cilalanır. Ən əsas məsələ, nəzərə almaq lazımdır ki, çörək karbohidratdır. Rasionumuzda da karbohidrat nə qədər az olarsa, bizim üçün o qədər xeyirlidir. Həmçinin, çörək daha gec həzm olunur. Hər kəs onu rahatlıqla həzm edə bilmir. Onu orqanizm üçün daha faydalı kompleks karbohidratlarla əvəz etmək olar".

"Kaspi" qəzeti


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1624   Tarix: 28 sentyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Əhaliyə sel və daşqınlarla bağlı XƏBƏRDARLIQ

Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. həmin müraciəti təqdim edir:. "Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın iki gün ərzində respublikanın bəzi ərazilərində arabir güclü külək əsəcəyi, intensiv yağış yağacağı

24 sentyabr
.

Pensiyalar 10 FAİZ ARTDI : Bəs pensiyaçılara nə qədər pul qalır?

Pensiyaların artması hər il cəmiyyətin ən çox müzakirə etdiyi sosial-iqtisadi məsələlərdən biridir. Çünki burada söhbət yalnız dövlətin sosial xərclərinin artmasından və ya orta pensiyanın nominal məbləğinin yüksəlməsindən getmir. Əsas məsələ pensiyaçının əlində qalan vəsaitin gündəlik həyatında rea

26 sentyabr
.

Gələn ildən maaşlardan tutulmalar ARTACAQ - AÇIQLAMA

Gələn il yanvarın 1-dən etibarən muzdlu işdən əldə edilən gəlirlər üzrə gəlir vergisinin dərəcələri dəyişdiriləcək. Yeni qaydalara əsasən, çalışanların əməkhaqqından tutulacaq gəlir vergisi pilləli sistem üzrə hesablanacaq. Belə ki, aylıq gəlirin 2500 manatadək olan hissəsinə 5 faiz dərəcə tətbiq ediləcək

27 sentyabr
.

MƏRHUMUN BANK KREDİTİ ailənin boynuna qalır? - AÇIQLAMA

Vərəsəlik zamanı mirasın bölüşdürülməsi ilə yanaşı, mərhumun üzərinə götürdüyü maliyyə öhdəlikləri də gündəmə gəlir. Bank kreditləri, fiziki şəxslərə olan borclar və digər öhdəliklərin vərəsələrə hansı hallarda keçməsi isə cəmiyyətdə suallar doğurur. Xüsusilə mirası qəbul edən şəxslərin mərhumun borcların

27 sentyabr
.

"Təhlükəsizlik artıq yalnız sərhədlərin qorunmasından ibarət deyil" - Əli Nağıyev

Sentyabrın 22-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təşkilatçılığı və beynəlxalq təşkilatların, eləcə də 100-dən artıq ölkənin xüsusi xidmət orqanlarının rəhbərlərinin və yüksək səviyyəli nümayəndələrinin iştirakı ilə "Qlobal təhlükəsizlik arxitekturasında yeni çağırışlar və terrorçuluğa qarş

24 sentyabr
.

Şagirdlərin məktəbdə aldıqları qiymətlərlə imtahan nəticələri niyə üst-üstə düşmür? - AÇIQLAMA

Şagirdlərin məktəbdə aldıqları qiymətlərlə imtahan nəticələrinin hər zaman üst-üstə düşməməsi təhsil sahəsində müzakirə olunan məsələlərdəndir. Məktəbdaxili qiymətləndirmə ilə imtahanlarda tətbiq olunan qiymətləndirmə üsulları, meyarlar və tapşırıq formatları arasında fərqlər bu nəticələrə təsir göstər

25 sentyabr
.

Taksi qiymətləri BAHALAŞIR: Səbəb NƏDİR? - AÇIQLAMA

Son dövrlər taksi xidmətlərinin qiymətlərində dəyişikliklər müşahidə olunur. Gedişhaqqının formalaşmasına yanacaq və texniki xidmət xərcləri, sürücülərin gəlir tələbləri, platforma komissiyaları, eləcə də bazardakı tələb və təklif kimi müxtəlif amillər təsir göstərə bilər. Bakıda nəqliyyat sıxlığını

24 sentyabr
.

Bakıda dişi çəkilən qadın öldü (VİDEO)

Bakıda dişini çəkdirən qadın dünyasını dəyişib. Qaynarinfo Baku TV-yə istinadən xəbər verir ki, Cəmilə Mahmudova bacısının həkim məsuliyyətsizliyi səbəbindən vəfat etdiyini iddia edir. Şikayətçinin sözlərinə görə, 1981-ci il təvəllüdlü bacısı Leyla Əhmədova iyulun 23-də diş ağrısı ilə Bilgəh Sağlamlı

25 sentyabr
.

"Məndən 5 min manat aldı, pulumu qaytarmadı" - Prezidentə Çingiz Qənizadə oğlu Elgiz Qənizadə ilə bağlı müraciət

Demokratiya və İnsan Hüquqları Komitəsi" İB-nin sədri Çingiz Qənizadəmin oğlu Elgiz Qənizadə barəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət edilib. -a müraciət edən Pəri Cəfərova bildirib ki, Elgiz Qənizadə ondan 500 min manat pul alıb. Vətəndaşın saytımıza müraciətini olduğ

25 sentyabr