Oğlunu döyüş meydanında itirmişdi - Qızı ilə bir gündə həlak oldu
Xəbər verdiyimiz kimi, İsrail Hərbi Hava Qüvvələrinin Beyruta hücumu nəticəsində "Hizbullah" lideri Həsən Nəsrullah həlak olub.
Sonxeber.az qafqazinfo-ya istinadən xəbər verir ki, onun ölümü ilə əlaqədar olaraq İranda beşgünlük matəm elan edilib.
Bəs vəfatı Yaxın Şərqdə böyük səs-səda doğuran hərəkat lideri əslində kim idi?
31 avqust 1960-cı ildə Livanda doğulan Həsən Nəsrullah hələ uşaq yaşlarından ölkəsində baş verən siyasi proseslərdə iştirak edir.
Belə ki, o, 15 yaşında Livanda Vətəndaş müharibəsi başlayanda "Əməl" hərəkatına qoşulur.
Bundan sonra İraqda və İranda dini təhsil almağa başlayan Nəsrullah 1978-ci ildə "Əməl" hərəkatının lideri Abbas Musəvinin imam Müntəzər mədrəsəsində təhsil alır. Həmin illərdə o, hərəkatda siyasi fəaliyyətinə də davam etməkdə idi. Nəsrullah bu hərəkatın Bəqa bölgəsindəki məsul şəxsi idi.
Onun Musəvi ilə şəxsi tanışlığı da həmin illərə təsadüf edir.
Bir müddət sonra "Əməl" hərəkatı daxildə yaranan ziddiyyətlər səbəbilə parçalanır. Bunun ardınca Abbas Musəvi və tərəfdaşları "Hizbullah" hərəkatının əsasını qoyur.
1992-ci ildə Seyid Abbas Musəvinin öldürülməsindən sonra İdarə Heyəti Həsən Nəsrullahı hərəkatın baş katibi seçir.
İsrail ordusunun əməliyyatları nəticəsində Abbas Musəvinin ailəsi ilə birlikdə öldürülməsi Livan xalqında, xüsusən də "Hizbullah"çılarda dərin iz buraxır.
Bu mərhələdən sonra hərəkatın mübarizəsi yeni bir şəkil alır.
"Hizbullah"ın 1997-ci il sentyabrında Cəbəlür-Rafi bölgəsində İsrail ordusunun mövqelərinə hücumları zamanı iki döyüşçüsü həlak olur. Sonradan onlardan birinin Seyid Həsən Nəsrullahın oğlu Seyid Hadi olduğu məlum olur.
Bu xəbər Livana bomba kimi düşür və bütün ölkəni hərəkətə gətirir. Çünki buna kimi Livan tarixində istər vətəndaş müharibəsi zamanı, istərsə də İsrail ilə münaqişədə heç bir liderin övladı döyüş meydanında həlak olmamışdı.
Bununla da Livanda ictimaiyyətin Nəsrullaha rəğbəti daha da artır.
Hətta, o dövrdə Səudiyyə Ərəbistanının vəliəhdi olmuş Əmir Abdullah kimi dövlət adamları da ilk dəfə "Hizbullah" Baş Katibinə başsağlığı məktubu göndərir.
Bunun ardınca nüfuzu artmağa davam edən Nəsrullahın hərəkat tarixindəki mühüm fəaliyyətləri onu Yaxın Şərqə və dünyaya tanıdır.
Qeyd edək ki, daha əvvəl oğlunu döyüş meydanında itirən "Hizbullah" liderinin qızı Zeynəb Nəsrullah da ötən gün Beyrutun cənubunda İsrailin hava hücumu nəticəsində həlak olub.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
Bakıda dənizdə batan tələbələrin FOTOSU
Prezident ona "general-leytenant" ali hərbi rütbəsi verdi
Pensiyalar 10 FAİZ ARTDI : Bəs pensiyaçılara nə qədər pul qalır?
Dünyanın ən xoşbəxt turizm şəhəri açıqlandı - Avropada yerləşir
"Məndən 5 min manat aldı, pulumu qaytarmadı" - Prezidentə Çingiz Qənizadə oğlu Elgiz Qənizadə ilə bağlı müraciət
Şagirdlərin məktəbdə aldıqları qiymətlərlə imtahan nəticələri niyə üst-üstə düşmür? - AÇIQLAMA
Bakıda dişi çəkilən qadın öldü (VİDEO)
Supermodeel Bakıda keçmiş nişanlısı ilə görüşdü (FOTO)
İlham Əliyev bəzi hərbçiləri təltif etdi - SƏRƏNCAM
Pula görə orqanlarını satmaq istəyirlər: Yalnız bu halda MÜMKÜNDÜR
Mal ətinin qiyməti niyə BAHALAŞIR? - AÇIQLAMA
Bakıdakı Formula 2-də kütləvi qəza - Yarış dayandırıldı
Hərbçilərinin əməkhaqları 22,8% artacaq
Xalqımıza baş ucalığı gətirən Şanlı Qələbə