Tələbələrə təcrübə zamanı maaş VERİLƏ BİLƏRMİ? - ARAŞDIRMA
Ali təhsil müəssisələrində tələbələr 4-cü kursun sonlarında istehsalat təcrübəsinə göndərilirlər. Tələbələr maddi baxımından həssas qrupa aiddir. İstehsalat təcrübəsinin müddəti 3-4 ay olsa da tələbələr bu zaman maddi problemlər ilə üzləşirlər. Son dövrlər təcrübəçi axtaran şirkətlərin sayında artım müşahidə olunur. Onlar işçiləri, xüsusilə də, tələbələri öz şirkətlərinə cəlb edib onların əməklərindən istifadə edirlər. Bu zaman bir çox hallarda təcrübəçiyə ödəniş olunmur. Və ya 3-6 ay müddətində ödənişsiz işləməsini istəyirlər. Ümumiyyətlə tələbələrin sosial vəziyyətini yaxşılaşdırmaq məqsədilə təcrübə zamanı onlara qonorar verilə biləmi?
Mövzu ilə bağlı təhsil eksperti İlqar Orucov Sonxeber.az-a açıqlamasında bildirib ki, tələbələrə praktika dövründə hər hansı ödənişlərin edilməsi nəzərdə tutulmur:
"İstehsalat təcrübəsi tədrisin bir hissəsidir. Tələbə universitetdə oxuduğu zaman aldığı nəzəri bilikləri təcrübə dönəmində tətbiq edir. Ona görə də tələbələr üçün təcrübə dövründə qonorarların verilməsi nəzərdə tutulmayıb. Mən düşünürəm ki, tələbələrə sərbəstlik verməliyib. Təcrübəni universitet təşkil edir. Tələbənin ixtisasına uyğun olaraq müvafiq qurumlarla müqavilə imzalanır. Tələbənin təhlükəsizliyi təmin edilir. Bu ərəfədə təcrübə rəhbərinin tələbənin yanında olması mütləqdir. Burada müvafiq məbləğdə qonorarların verilməsi müzakirə olunmur".
Ekspertin sözlərinə görə, tələbə təcrübə keçdiyi qurumda qısa müddət ərzində fəaliyyət göstərir. Əmək münasibətləri əmək qanunvericiliyi ilə tənzimlənir:
"Tələbələr həssas qruplardır. Onların maddi vəziyyətini yaxşılaşdırmaq üçün belə bir məsələni müzakirə etmək olar. Amma belə bir təcrübənin olması yaxşı olardı. Bununla bağlı müvafiq araşdırmalara ehtiyac var. Hətta bir sıra xarici ölkələrin universitetlərində belə bir təcrübə yoxdur. Bizim universitetlərin istehsalat müəssisələri yoxdur. Azərbaycanda belə bir addım atılarsa, prosesləri daha rahat həyata keçirmək olar".
Maliyyə auditi Sonarə Vəliyeva söyləyib ki, təcrübəçilərə məcburi ödəniş məsələsi universitetin göndərdiyi və dövlət müəssisələrində olan təcrübəçilərə aiddir:
"Bu iki halda təcrübəçilərə ödəniş olunması məcburidir. Universitet ilə təcrübəyə göndərdiyi şəxs və müəssisə arasında üçlü müqavilə bağlanır. Orada təcrübəçilərə ödəniş olunması tələb olunur. Hətta belə bir şey də var ki, təcrübəçi istehsalatda baş verən bədbəxt hadisələrdən, əmək qabiliyyətinin itirilməsi hallarından məcburi tibbi sığorta olunmalıdır. Təcrübədə olduğu müddətdə də minimum aylıq əmək haqqı ilə təmin olunmalıdır".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2161 Tarix: 30 sentyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Sumqayıtda HƏRBÇİ DƏHŞƏTLİ QƏZADA həlak oldu: Hadisənin təfərrüatı - VİDEO
Bakı-Quba yolunun Sumqayıt şəhərindən keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub. Sakinlərin sözlərinə görə, ölən şəxs hərbçi olub. Baku TV-nin məlumatına görə, o, yemək üçün hərbi hissənin qarşısındakı kafeyə gedib və geri qayıdarkən avtomobil onu vurub. Sakinlə
25 sentyabrBakıda 27, rayonlarda 32 dərəcə isti olacaq
Azərbaycanda sentyabrın 26-da havanın əsasən yağmursuz olacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi səhər şimal-şər
25 sentyabrPensiyalar 10 FAİZ ARTDI : Bəs pensiyaçılara nə qədər pul qalır?
Pensiyaların artması hər il cəmiyyətin ən çox müzakirə etdiyi sosial-iqtisadi məsələlərdən biridir. Çünki burada söhbət yalnız dövlətin sosial xərclərinin artmasından və ya orta pensiyanın nominal məbləğinin yüksəlməsindən getmir. Əsas məsələ pensiyaçının əlində qalan vəsaitin gündəlik həyatında rea
26 sentyabrMƏRHUMUN BANK KREDİTİ ailənin boynuna qalır? - AÇIQLAMA
Vərəsəlik zamanı mirasın bölüşdürülməsi ilə yanaşı, mərhumun üzərinə götürdüyü maliyyə öhdəlikləri də gündəmə gəlir. Bank kreditləri, fiziki şəxslərə olan borclar və digər öhdəliklərin vərəsələrə hansı hallarda keçməsi isə cəmiyyətdə suallar doğurur. Xüsusilə mirası qəbul edən şəxslərin mərhumun borcların
27 sentyabrBakının bu ərazisində yaşayanlar KÖÇÜRÜLƏCƏKLƏR - 35 milyon manat ayrıldı
Bakı şəhərində yeni parkın salınması ilə bağlı hazırlıqlar başlayıb. Ölkə.az-a istinadən xəbər verir ki, layihə Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC tərəfindən təsdiqlənib. Belə ki, Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsindən Xətai rayonu
27 sentyabr2015-ci ildən sonra doğulanlara siqareti qadağan edirlər
Türkiyədə tütünlə mübarizəyə dair hazırlanan qanun layihəsi 2015-ci ildən sonra doğulan şəxslərə siqaretin ömürlük qadağan edilməsini nəzərdə tutur. "Qafqazinfo" xəbər verir ki, bu barədə Anadolu Agentliyinə müsahibəsində qanun layihəsinin hazırlanmasında iştirak edən professor Toker Ergüde
25 sentyabrTaksi qiymətləri BAHALAŞIR: Səbəb NƏDİR? - AÇIQLAMA
Son dövrlər taksi xidmətlərinin qiymətlərində dəyişikliklər müşahidə olunur. Gedişhaqqının formalaşmasına yanacaq və texniki xidmət xərcləri, sürücülərin gəlir tələbləri, platforma komissiyaları, eləcə də bazardakı tələb və təklif kimi müxtəlif amillər təsir göstərə bilər. Bakıda nəqliyyat sıxlığını
24 sentyabrBakıda dişi çəkilən qadın öldü (VİDEO)
Bakıda dişini çəkdirən qadın dünyasını dəyişib. Qaynarinfo Baku TV-yə istinadən xəbər verir ki, Cəmilə Mahmudova bacısının həkim məsuliyyətsizliyi səbəbindən vəfat etdiyini iddia edir. Şikayətçinin sözlərinə görə, 1981-ci il təvəllüdlü bacısı Leyla Əhmədova iyulun 23-də diş ağrısı ilə Bilgəh Sağlamlı
25 sentyabr