Aşıq Ələsgərin heykəli tənqid olundu - Müəllifin cavabı...

Aşıq Ələsgərin heykəli tənqid olundu - Müəllifin cavabı...Xəbər verdiyimiz kimi, sentyabrın 30-da Bakıda Azərbaycan aşıq yaradıcılığının görkəmli nümayəndəsi, böyük el sənətkarı Aşıq Ələsgərin abidəsinin açılışı baş tutub. Abidənin açılışından sonra sosial mediada paylaşılan fotoları isə həm də tənqidlərə yol açıb. Paylaşımlarda hazırlanmış abidədə Aşıq Ələsgərin obrazının daha balacaboy təəssüratı yaradıldığı, eyni zamanda onun sazı tutma tərzi tənqid olunub.

Sonxeber.az xəbər verir ki, mövzu ilə bağlı Kult.az-a münasibət bildirən Aşıq Ələsgərin abidəsinin müəllifi, xalq rəssamı Natiq Əliyev bildirib ki, heykəlin boyu barəsində münasibət bildirənlər realda heç onu görməyiblər.

"Heykəlin 4 metr hündürlüyü var. Mən Aşıq Ələsgərin heykəlini hazırlayarkən bilirdim ki, onun boyu 210 sm olub", - xalq rəssamı bildirib.

O, müəllifi olduğu heykəldə sazın o cür təsvir edilməsinin də izahını verib:

"Biz burada təkcə heykəl hazırlamırıq. Aşıq Ələsgər sadəcə toylarda saz ifa edən aşıqlardan deyil. O, filosof, şair olub, torpağından didərgin düşən bir sənətkardır, yurd-yuvasına qayıtmaq üçün hayqırır. Aşığın orada qəbri dağıdılıb, Bakıda sazı sinəsinə basıb, saz çalıb, mahnı oxumalı idi? Bir növ hayqırır ki, torpaqlarımıza qayıtmalıyıq. Şükür Allaha ki, rəşadətli Ordumuzun qanı hesabına, cənab Prezidentin rəhbərliyiylə torpaqlarımız qayıtdı. Bu fonda Aşıq Ələsgərin heykəli də hayqıran obrazdır. Bundan əlavə, Qazaxda Ağköynək qəbiristanlığında Aşıq Ədalətin heykəlini də mən hazırlamışam. Aşıq Ədalət sazı necə çalırdı, hara qaldırırdı? Bunu təkcə Aşıq Ədalət yox, çox aşıq edirdi. Ekstaza gələndə saz başın üstünə kimi qalxır. Bu, ona verilən dəyərdir. Tar, gitara kimi ifa edənlər də var. Ancaq eyni stereotip olmalı, sazı sinəsinə basmalıdırlar? Aşıq Ələsgərin şəkli var ki, orada sazı dizinin üzərinə qoyub çalır. Həmin foto əsasında heykəli hazırlasaydım, onda nə deyəcəkdilər? O şəkli nəticəsi çəkib".

Öncədən bütün detalları öyrəndiyini bildirən müəllif vurğulayıb ki, abidənin ərsəyə gəlməsində yazılı təsvirlərdən istifadə edib:

"Məsələyə olduqca dar çərçivədən baxılır. Obraz necə olmalı idi? Qayanın üzərində aşığın şeirləri əks olunub, həyatından epizodlar qeyd edilib - bunlara heç kim baxmayıb, oxumayıb. Eləcə kiminsə çəkdiyi, sosial şəbəkədən yaydığı fotoya baxmaqla hərə bir fikir yürüdür. Bu, düzgün deyil. 3 ildir həmin abidə üzərində işləyirəm. Yazılı portretlər var, orada qeyd olunur ki, Aşıq Ələsgər hansı görkəmdədir, qulağının quruluşu, gözü, üz cizgiləri necə olub. Həmin yazılı mənbədə təsvir edildikcə, rəssam da onu gözündə canlandırır. Bu vaxta kimi Aşıq Ələsgərin portretini Böyükağa Mirzəzadə, Mikayıl Abdullayev kimi rəssamlar çəkib. Bütün çəkilən əsərlərə nəzər yetirmişəm, araşdırmışam. Əsasən isə Aşıq Ələsgərin şagirdinin onun obrazı haqqında qeydlərini rəhbər tutmuşam. Bundan əlavə, sənətkarın nəticələri sağdır. Onlar gəlib mənim emalatxanama baxıblar. Deyiblər ki, biz elə bunun çox arzusunda idik. Heykəltaraşın bunu necə təsvir edəcəyini düşünürdük. Heykəli belə də görmək istəyirdik".

O qeyd edib ki, abidənin layihəsi əvvəlcə Heykəltəraşlıq abidələrinin, xatirə-memorial və memarlıq komplekslərinin ucaldılması və demontajı üzrə ekspert komissiyasının rəyini alır:

"Rəssamlar, peşəkar memarlar, heykəltəraşlar buna baxırlar. İki dəfə müsabiqə keçirilib. Birinci müsabiqədə qalib olmadı. İkinci müsabiqənin qalibi seçildikdən sonra isə layihə mənə tapşırıldı. İş asanlıqla həvalə olunmur ki! Bizdə ümumiyyətlə işin yaxşı tərəfi qalır bir tərəfdə, tənqid etməyə fokuslanırlar. Nə qədər istəyirlər, danışsınlar, mən bilirəm ki, nə etmişəm. Açılışda dövlət başçısı iştirak edib, layiqli qiymətini verib. Mənə təsir edən insanların gəlib işi görmədən, foto üzərindən onu qiymətləndirməsidir. Bu, tənqiddən çox, qarayaxmaya bənzəyir. İllərdir gözlənilən bir layihədir. Çox heyif ki, abidənin çoxşaxəliliyi, üzərində qeyd etdiyim geniş informasiyanı, ötürdüyüm mesajı işıqlandıra bilmirlər. Bu abidə hazırda bizə çox lazımdır".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1151   Tarix: 01 oktyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

"Məndən 5 min manat aldı, pulumu qaytarmadı" - Prezidentə Çingiz Qənizadə oğlu Elgiz Qənizadə ilə bağlı müraciət

Demokratiya və İnsan Hüquqları Komitəsi" İB-nin sədri Çingiz Qənizadəmin oğlu Elgiz Qənizadə barəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət edilib. -a müraciət edən Pəri Cəfərova bildirib ki, Elgiz Qənizadə ondan 500 min manat pul alıb. Vətəndaşın saytımıza müraciətini olduğ

25 sentyabr
.

Bu şəxslər üçün avtobus və metro PULSUZDUR

Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, ictimai nəqliyyatdan (metropoliten, şəhəriçi və qəsəbələrarası avtobuslar) ödənişsiz istifadə etmək hüququ müəyyən olunmuş xüsusi kateqoriyalı şəxslərə həvalə edilib. Bu güzəştlər həm sosial müdafiə məqsədilə, həm də xidməti vəzifələrin icrasını təmi

26 sentyabr
.

ŞAD XƏBƏR - Bu şəxslər daha TEZ PENSİYAYA ÇIXACAQ

Azərbaycan Respublikasının qanunvericiliyi müəyyən kateqoriyadan olan şəxslərə ümumi pensiya yaş həddini gözləmədən, daha tez təqaüdə çıxmaq hüququ verir. Bu güzəştlər əsasən iş şəraiti, xüsusi peşə fəaliyyəti, ailə tərkibi və sağlamlıq vəziyyəti kimi faktorlar nəzərə alınaraq tətbiq edilir. "Yen

26 sentyabr
.

Azərbaycanda mal əti BAHALAŞDI - YENİ QİYMƏT

Azərbaycanda mal ətinin qiyməti yenidən bahalaşıb. "Qaynarinfo"ya istinadən xəbər verir ki, hazırda satış məntəqələrində sümüklü ət alıcılara 19 manatdan təklif edilir. Sümüksüz mal əti isə 21-22 manata satılır. Bu isə son bir ayda 1-2 manat artım deməkdir. Satıcılar qiymət artımına səbəb kim

26 sentyabr
.

91 yaşlı sabiq deputat vəfat etdi

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq deputatı Zərifə Nəcəfova vəfat edib. "Qafqazinfo" xəbər verir ki, 91 yaşlı Z.Nəcəfova xəstəlik səbəbindən həyatını itirib. Qeyd edək ki, Əməkdar müəllim olan Zərifə Nəcəfova uzun illər Naxçıvan Dövlət Universitetində prorektor vəzifəsində d

25 sentyabr
.

Əhaliyə sel və daşqınlarla bağlı XƏBƏRDARLIQ

Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. həmin müraciəti təqdim edir:. "Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın iki gün ərzində respublikanın bəzi ərazilərində arabir güclü külək əsəcəyi, intensiv yağış yağacağı

24 sentyabr
.

Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq

Sentyabrın 28-i axşam Azərbaycanın qərb rayonlarından başlayaraq, 30-u gündüzədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşə

26 sentyabr
.

Bakıda dənizdə batan tələbələrin FOTOSU

19 sentyabrda Sabunçu rayonunun Bilgəh qəsəbəsində iki tələbə dənizdə batıb. faciəli şəkildə həyatını itirən Qusar rayon sakini, 2008-ci il təvəllüdlü Elmin Əmirəliyev və Bərdə rayon sakini, 2008-ci il təvəllüdlü Əlipaşa Əlizadənin fotolarını təqdim edir:. Qeyd edək ki, onlar Milli Aviasiya Akademiyasınd

25 sentyabr
.

Şagirdlərin məktəbdə aldıqları qiymətlərlə imtahan nəticələri niyə üst-üstə düşmür? - AÇIQLAMA

Şagirdlərin məktəbdə aldıqları qiymətlərlə imtahan nəticələrinin hər zaman üst-üstə düşməməsi təhsil sahəsində müzakirə olunan məsələlərdəndir. Məktəbdaxili qiymətləndirmə ilə imtahanlarda tətbiq olunan qiymətləndirmə üsulları, meyarlar və tapşırıq formatları arasında fərqlər bu nəticələrə təsir göstər

25 sentyabr