Boşanmış ailələrin uşaqları satılırdı – Qəddar qanunun şahidi DANIŞDI

Boşanmış ailələrin uşaqları satılırdı – Qəddar qanunun şahidi DANIŞDIİsveçrə dedikdə ağlımıza ilk olaraq demokratiya, müasirlik, hüquqlar ölkəsi və Alp dağları gəlir.

Bəs, bu "qüsursuz" İsveçrə həmişə belə güllük-gülüstanlıqmı olub?

Əlbəttə, xeyr. Çox qədimə getmək lazım deyil. Elə 20-ci əsrin 70-ci illərinə nəzər salsaq, kifayət edər. Bəşəriyyətdə ən ağır cinayət uşaqlara qarşı edilən zorakılıqlardır. Təəssüf ki, bu cinayətlər bu gün də davam edir və dünyanın bunu dayandırmaq fikri yoxdur.

Sonxeber.az musavat.com-a istinadən xəbər verir ki, İsveçrədə uşaq əməyindən həmişə istifadə olunub. Bu, ən az xərc tələb edən əmək hesab olunub.

1879-cu ildə ölkədə 14 yaşına çatmayan uşaqların əkin sahələrində işlədilməsi qadağan olunur. Bu qanunu xalqa və dünyaya uşaqlara olan sevgi, qayğı olaraq "yamamağa" çalışırlar. Çünki bəhs olunan dövrlər yeni kəşf olunan qitələrdə köləlik, irqçilik geniş vüsət almışdı. İsveçrəli ailələr qəbul olunan qanunu böyük sevinclə qarşılayırlar və kasıb ailələr artıq onların da övladlarının təhsil ala biləcəyini düşünürlər. Amma çox hiyləgər və məkrli bir qərar olduğunu hələ anlamırdılar. Əkin sahələrində işləmək yeni qanunun gətirdiyi fəlakətlərin qarşısında böyük xoşbəxtlik kimi görünəcəkdi...

Yeni tənzimləmə ilə boşanmış və yoxsul ailələrin övladları, yetimlər, ailəsi həbsdə olan və ya cinayət törətmiş uşaqlar kilsə vasitəsilə işləmək üçün başqa ailələrə verilməyə başlandı. Ət dırnaqdan ayrılan kimi bu günahsız uşaqlar zorla ailələrindən, əzizlərindən qoparılıb, tanımadıqları şəhərlərə, tanımadıqları insanların yanına göndərildi.

Verdingkinder (ayaqyalın uşaqlar) adlanan bu uşaqlar kilsələrin təşkil etdiyi satışlarla varlı təsərrüfat sahiblərinə satılırdı.

Dövlət isə həyasızcasına bu uşaqları "xilas edilmiş" uşaqlar adlandırırdı. Cinayət törətmiş, kasıb, bir sözlə, pis ailələrdən "xilas edilən" uşaqların ortaq xüsusiyyətləri isə həmişə ayaqyalın olmaları idi. Nəzərə alsaq ki, İsveçrə nisbətən soyuq ölkədir və bu uşaqlar ağır işlərdə işlədilirdi, təkcə ayaqyalın olmaq minlərlə xəstəlik və xəsarətə səbəb olurdu.

Verdingkinderlərin məktəb və təhsil hüququ tamamilə əllərindən alınmışdı. Demək olar ki, daim ac saxlanılırdılar. Ömürlük ailəsindən, əzizlərindən qoparılan bu uşaqlar yad evlərdə psixoloji və fiziki, cinsi zorakılığa məruz qalırdılar. Qısa müddət sonra hamsının psixologiyası və mənəvi-fiziki sağlamlığı tamamilə tənəzzül etməyə başladı. Xəstəlik zamanı əsla həkim müayinəsi görməzdilər və müalicə almazdılar.

Daha dəhşətlisi isə əhalinin bu vəziyyəti çox normal qarşılaması idi. Gözlərinin önündə minlərlə uşağın həyatının məhv olunmasına biganə yanaşırdılar.

Dövlətin "xilas etdiyi" uşaqların əməyindən sənayenin bütün sahələrində istifadə olunurdu. Elə müəssisələr var idi ki, orada işləyənlərin əksəriyyəti verdingkinderlər təşkil edirdi. Dövlət bu işə təsadüfən kilsəni cəlb etməmişdi. Kilsənin xalq üzərində böyük təsiri var idi və bu rüsvayçı qərarı lazım olan kimi "bəzəyib-düzəyirdi".

Təxminən 100 il qüvvədə olan qərar dövlətin büdcəsinə xeyli gəlir gətirdi və təkcə 1920-1970-ci illərdə təxminən 300 min uşağın həyatını məhv etdi.

1974-cü ildə İsveçrə qərarın səhv olduğunu "anlayır". Federal hökumət həyatda olan verdingkinderlərdən üzr istəyir və onlara təzminat ödənilməsinə qərar verir.

Qurbanlardan təxminən 10 mini həyatdadır. Onlardan biri 70 yaşlı Volter Stekdir.

Bədəninin bütün əzalarında o illərin izlərini daşıyan qurban ona təklif olunan 20 min frankdan imtina edib.

Onun sözlərinə görə, çəkdiyi fiziki-mənəvi ağrıları heç nə ilə kompensasiya etmək olmaz.

Müsahibələrin birində Stek deyib ki, "Çox adam başımıza gətirilənləri bilirdi, amma bu, heç kimə maraqlı deyildi. Heç kim dediklərimizə inanmırdı".

Boşanmış ailələrin uşaqları satılırdı – Qəddar qanunun şahidi DANIŞDIBoşanmış ailələrin uşaqları satılırdı – Qəddar qanunun şahidi DANIŞDIBoşanmış ailələrin uşaqları satılırdı – Qəddar qanunun şahidi DANIŞDIBoşanmış ailələrin uşaqları satılırdı – Qəddar qanunun şahidi DANIŞDIBoşanmış ailələrin uşaqları satılırdı – Qəddar qanunun şahidi DANIŞDIBoşanmış ailələrin uşaqları satılırdı – Qəddar qanunun şahidi DANIŞDI


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1519   Tarix: 01 oktyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Tramp: İran nüvə silahına sahib ola bilməz

İran nüvə silahına sahib ola bilməz. "Report" xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp özünün "Truth Social" sosial şəbəkəsindəki səhifəsində yazıb. "İranın nüvə silahı ola bilməz", - ABŞ Prezidenti qeyd edib

26 sentyabr
.

Hələ də çap maşınında yazır

Dünyaca məşhur aktyor Tom Henks qeyri-adi hobbisi ilə seçilir. "Qafqazinfo" xəbər verir ki, aktyor çap maşınlarının kolleksiyasını toplayır. Onun kolleksiyasında artıq 300-dən çox çap maşınının olduğu bildirilir. "Oskar"lı aktyorun kolleksiyasına daxil olan 35 yazı makinası 2025-c

23 sentyabr
.

Ermənistanda hərbçi naməlum şəraitdə baş verən partlayış nəticəsində ölüb

Ermənistanda müqavilə ilə xidmət edən hərbi qulluqçu naməlum şəraitdə baş verən partlayış nəticəsində ölüb. Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyindən bildirilib. Qurumdan qeyd edilib ki, hazırda hadisənin səbəbləri araşdırılır

24 sentyabr
.

Bill Qeyts süni intellektin bəşəriyyətə təhlükəsi barədə xəbərdarlıq edib

Süni intellekt çox sayda insanın ölümünə səbəb ola biləcək təhlükələr yaratmaq potensialına malikdir. "Report"un məlumatına görə, "Microsoft"un təsisçisi Bill Qeyts bunu "NBC News"a müsahibəsində bildirib. "Süni intellekt şübhəsiz ki, bir milyard insanın ölümünə səbə

26 sentyabr
.

Braziliyadan RADİKAL QƏRAR: Onlayn mərc oyunları tam qadağan edildi

Braziliya Prezidenti Luis İnasio Lula da Silva ölkə ərazisində onlayn mərc oyunlarına tam qadağa qoyub. xəbər verir ki, bu barədə məlumatı "G1" informasiya portalı yayıb. Tətbiq edilən məhdudiyyət virtual kazinolara və onlayn qumar oyunlarına şamil olunur. Qərar dərhal qüvvəyə minsə də, hökumə

26 sentyabr
.

ABŞ-Çin münasibətləri heç vaxt bu qədər güclü olmayıb

ABŞ prezidenti Donald Tramp hesab edir ki, hətta fərqli siyasi sistemlər altında belə, ABŞ-Çin münasibətləri onun ikinci prezidentlik müddəti ərzində heç vaxt bu qədər güclü olmayıb. xəbər verir ki, Çin prezidenti Si Cinpin 24-25 sentyabr tarixlərində ABŞ-da dövlət səfərindədir. Tramp Çin prezidentini

25 sentyabr
.

Tramp Si Cinpinə qartal heykəli hədiyyə etdi

ABŞ prezidenti Donald Tramp Vaşinqtona səfər edən Çin prezidenti Si Cinpinə qartal heykəli hədiyyə edib. xəbər verir ki, Tramp heykəlin Pekində şərəfli yer tutacağına ümid etdiyini bildirib. "Bu, görkəmli bir amerikalı rəssamın hədiyyəsidir və bu gün ən yaxşılarından biridir. Melaniya (Amerika liderini

25 sentyabr
.

İraqın Nəcəf aeroportu İran reyslərini dayandırıb

İraqın Nəcəf şəhərinin hava limanı İran reyslərinin qəbulunu dayandırıb. "Report" xəbər verir ki, məlumatı İran mediası yayıb. Məlumata əsasən, Nəcəf hava limanı İrana və İrandan reysləri sentyabrın 25-i saat 02:00-dən ləğv edildiyini bildirib. Bununla belə, bəzi aviaşirkətlərin adları həl

25 sentyabr
.

Yakutiyada kömür mədənində partlayış olub: Ölənlər və yaralananlar var

Yakutiyada Elqa kömür yatağı ərazisində yerləşən ehtiyat nasos stansiyasında baş verən partlayış nəticəsində insan ölümü qeydə alınıb. xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Saxa Respublikasının (Yakutiya) prokurorluğunun mətbuat xidməti özünün "Telegram" kanalında məlumat yayıb

26 sentyabr