"Bədən şəkilləndirmə əməliyyatı ölümlə nəticələnə bilər" - AÇIQLAMA

"Bədən şəkilləndirmə əməliyyatı ölümlə nəticələnə bilər" - AÇIQLAMAAzərbaycan plastik cərrah bədən şəkilləndirmə əməliyyatı adı altında qadından 4500 manat pul alıb.

"Əməliyyatdan sonra cəmi 3 kiloqram itirmişəm. Bədənim də böyük yaralar var. Həkim Vüsal Abullayev tək məni yox digər qadınları pis vəziyyətə qoyub. Dəfələrlə ona müraciət etdim ki, məni normal vəziyyətə qaytar. O həkimi mənə rəfiqəm məsləhət görüb. Özü isə başqasına etdirdi. 5 aydır ki, yaralarım sağalmayıb. Hərəkətim məhdudlaşıb və vəziyyətim yaxşı deyil" , - deyə qadın bildirib.

Bəs görəsən son dövrlər populyarlaşan bədən şəkilləndirmə əməliyyatlarının insan orqanizminə nə kimi zərərləri var?

Mövzu ilə bağlı Sonxeber.az- a açıqlama verən tibbi ekspert Rasif Bağırov bildirib ki, bu tip əməliyyatlarının ölümlə nəticələnmə ehtimalı var:

"İnsan orqanizmində aparılan bütün əməliyyatlrın tibbi göstərişi olmalıdır. Əgər doğurdan da insanın bədəninin bir yerində anadangəlmə və ya sonradan yaranan nəsə eybəcərlik varsa bu zaman tibbi müdxiləyə əsas var. Amma arzu-istəklə bədən şəkilləndirmə əməliyyatına girmək risklidir. Çünki insan orqanizmində aparılan əsassız hər hansı bir kəsik belə ölümlə nəticələnməyə səbəb ola bilər. Dünyanın hər yerində, o cümlədən, ölkəmizdə bəzi insanlar risk edib bu əməliyyatlara girirlər. Bizdə də bu məsələ ilə bağlı konkret bir qanun yoxdur ki, həmin qanuna əsaslanaraq xəstələrə cavab verilsin. Buna görə də insanlar vəziyyətdən istifadə edərək belə əməliyyatlara girirlər. Bu barədə bir qanun qəbul edilsə, həmin qanuna istinad edib nəsə tədbir görmək olar. Estetik əməliyyatın aparılması insan bədəninə birbaşa müdaxilədir. Bu əməliyyatların hər birində insanın həyatını itirmə təhlükəsi var. Bu cür hadisələr baş verəndə də hüquq-mühavizə orqanları işə qarışır. Məsələ uzanır. Ona görə də tibbi göstəriş olmadan müəyyən əməliyyatların həyata keçirilməsi düzgün deyil. Bədənşəkilləndirmə əməliyyatları çox təhlükəlidir. İnsanlar bu əməliyyat üçün həkimə müraciət edən zaman həkimlər xəstəyə qabaqcadan bütün təhlükələr barədə xəbərdarlıq etməli və xəstələr də bunu nəzərə almalıdırlar".

Çiçək Sadatova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2623   Tarix: 01 oktyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

"Məndən 5 min manat aldı, pulumu qaytarmadı" - Prezidentə Çingiz Qənizadə oğlu Elgiz Qənizadə ilə bağlı müraciət

Demokratiya və İnsan Hüquqları Komitəsi" İB-nin sədri Çingiz Qənizadəmin oğlu Elgiz Qənizadə barəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət edilib. -a müraciət edən Pəri Cəfərova bildirib ki, Elgiz Qənizadə ondan 500 min manat pul alıb. Vətəndaşın saytımıza müraciətini olduğ

25 sentyabr
.

Bu şəxslər üçün avtobus və metro PULSUZDUR

Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, ictimai nəqliyyatdan (metropoliten, şəhəriçi və qəsəbələrarası avtobuslar) ödənişsiz istifadə etmək hüququ müəyyən olunmuş xüsusi kateqoriyalı şəxslərə həvalə edilib. Bu güzəştlər həm sosial müdafiə məqsədilə, həm də xidməti vəzifələrin icrasını təmi

26 sentyabr
.

ŞAD XƏBƏR - Bu şəxslər daha TEZ PENSİYAYA ÇIXACAQ

Azərbaycan Respublikasının qanunvericiliyi müəyyən kateqoriyadan olan şəxslərə ümumi pensiya yaş həddini gözləmədən, daha tez təqaüdə çıxmaq hüququ verir. Bu güzəştlər əsasən iş şəraiti, xüsusi peşə fəaliyyəti, ailə tərkibi və sağlamlıq vəziyyəti kimi faktorlar nəzərə alınaraq tətbiq edilir. "Yen

26 sentyabr
.

Azərbaycanda mal əti BAHALAŞDI - YENİ QİYMƏT

Azərbaycanda mal ətinin qiyməti yenidən bahalaşıb. "Qaynarinfo"ya istinadən xəbər verir ki, hazırda satış məntəqələrində sümüklü ət alıcılara 19 manatdan təklif edilir. Sümüksüz mal əti isə 21-22 manata satılır. Bu isə son bir ayda 1-2 manat artım deməkdir. Satıcılar qiymət artımına səbəb kim

26 sentyabr
.

91 yaşlı sabiq deputat vəfat etdi

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq deputatı Zərifə Nəcəfova vəfat edib. "Qafqazinfo" xəbər verir ki, 91 yaşlı Z.Nəcəfova xəstəlik səbəbindən həyatını itirib. Qeyd edək ki, Əməkdar müəllim olan Zərifə Nəcəfova uzun illər Naxçıvan Dövlət Universitetində prorektor vəzifəsində d

25 sentyabr
.

Əhaliyə sel və daşqınlarla bağlı XƏBƏRDARLIQ

Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. həmin müraciəti təqdim edir:. "Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın iki gün ərzində respublikanın bəzi ərazilərində arabir güclü külək əsəcəyi, intensiv yağış yağacağı

24 sentyabr
.

Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq

Sentyabrın 28-i axşam Azərbaycanın qərb rayonlarından başlayaraq, 30-u gündüzədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşə

26 sentyabr
.

Bakıda dənizdə batan tələbələrin FOTOSU

19 sentyabrda Sabunçu rayonunun Bilgəh qəsəbəsində iki tələbə dənizdə batıb. faciəli şəkildə həyatını itirən Qusar rayon sakini, 2008-ci il təvəllüdlü Elmin Əmirəliyev və Bərdə rayon sakini, 2008-ci il təvəllüdlü Əlipaşa Əlizadənin fotolarını təqdim edir:. Qeyd edək ki, onlar Milli Aviasiya Akademiyasınd

25 sentyabr
.

Şagirdlərin məktəbdə aldıqları qiymətlərlə imtahan nəticələri niyə üst-üstə düşmür? - AÇIQLAMA

Şagirdlərin məktəbdə aldıqları qiymətlərlə imtahan nəticələrinin hər zaman üst-üstə düşməməsi təhsil sahəsində müzakirə olunan məsələlərdəndir. Məktəbdaxili qiymətləndirmə ilə imtahanlarda tətbiq olunan qiymətləndirmə üsulları, meyarlar və tapşırıq formatları arasında fərqlər bu nəticələrə təsir göstər

25 sentyabr