Qonşusunun yetim uşağını döyə-döyə diləndirdi: Bakıda görünməmiş VƏHŞİLİK
Bakıda ata-anası olmayan uşaq dilənməyə məcbur edilib.
Sonxeber.az lent.az-a istinadən xəbər verir ki, ürəksızladan cinayət hadisəsi Sabunçu rayonu Zabrat qəsəbəsində baş verib.
Belə ki, 2017-ci il təvəllüdlü oğlan 1987-ci il təvəllüdlü İ.Ələsgərov tərəfindən zorla diləndirilib.
İ.Ələsgərov uşağı diləndirmək üçün onu hər gün döyüb və əllərinə siqaretlə dağ basıb. Bu yolla o, uşaqdan hər gün dilənməklə 30-120 manat arası məbləğ tələb edib. Azyaşlı hədə-qorxu altında bu tapşırığı yerinə yetirmək üçün Zabratda qapı-qapı dilənməyə məcbur olub. Bəxtsiz uşağın bu faciəli həyatı 2023-cü ilin sentyabrından 2024-cü ilin yanvarınadək davam edib.
Məlumata əsasən, azyaşlının atası bir neçə il əvvəl onları atıb. Anası isə illər əvvəl dünyasını dəyişib. Uşaq yalnız nənəsinin himayəsində yaşasa da, yaşlı qadın ona baxa bilməyib. Azyaşlı zərərçəkəni dilənməyə məcbur edən İ.Ələsgərov isə onların qonşusu olub.
Uşağa qarşı bu qandonduran zorakılığın qarşısını polis əməkdaşları alıblar. Hüquq-mühafizə orqanlarının əməkdaşları İ.Ələsgərovu saxlayaraq, istintaqa təhvil veriblər. Onun barəsində Cinayət Məcəlləsinin 144-2.2.3-cü (məcburi əmək, yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.
Nərimanov Rayon Məhkəməsinin qərarı ilə təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1290 Tarix: 04 oktyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Leysan, güclü külək - Faktiki hava
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, ölkə ərazisinin bəzi yerlərində fasilələrlə yağıntılı hava şəraiti davam edir, leysan xarakterli yağış yağır, şimşək çaxır. Düşən yağıntının miqdarı Astarada 24, Daşkəsən, Gədəbəy, Qusard
15 avqustSabah 37 dərəcə isti olacaq
Bakıda və Abşeron yarımadasında avqustun 15-i hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi gündü
14 avqustVətəndaşlar marketlərdə belə ALDANIR - AÇIQLAMA
Marketlərdə məhsulların rəflərdə yerləşdirilməsi, endirim kampaniyaları, böyük alış-veriş arabaları və kassaların yaxınlığında məhsulların təqdim edilməsi istehlakçı davranışına təsir edən geniş yayılmış marketinq üsullarıdır. Araşdırmalar da mağaza quruluşu, məhsul nümayişi və promosyonların impulsi
14 avqustBakıda daha bir küçədə mikromobillik zolağı təşkil edilib
Bakı şəhərinin Xan Şuşinski küçəsində mikromobillik zolağı təşkil edilib. bu barədə Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir. Məlumata görə, bununla da Rəşid Behbudov küçəsi və Vaqif prospektindəki mövcu
14 avqustKüləkli havada çimərliklərə gedən vətəndaşlara xəbərdarlıq edildi
Fövqəladə Hallar Nazirliyi (FHN) hazırda Bakıda və Abşeron yarımadasında müşahidə edilən küləkli hava şəraiti ilə əlaqədar əhaliyə təkrar müraciət edərək küləkli havada dənizə girməyin təhlükəli olduğunu bir daha xatırladıb. xəbər verir ki, nazirlik həmçinin əhalini müvafiq təhlükəsizlik qaydaların
15 avqustŞamil Əliyevə Naxçıvanda yüksək VƏZİFƏ VERİLDİ - FOTO
Şamil Məmmədsaleh oğlu Əliyev Naxçıvan Regional DOST Mərkəzinə direktor müavini təyin edilib. xəbər verir ki, bu barədə DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov əmr imzalayıb. Əmrə əsasən, Şamil Əliyev, həmçinin Naxçıvan Regional DOST Mərkəzinin direktorunun səlahiyyətlərini icra edəcək
13 avqustSabah hava necə olacaq?
Avqustun 16-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 22-25 isti, gündüz 29-32 isti olacaq
15 avqust