Aİ Çindən gələn elektrik avtomobillərinə cərimə tətbiq edəcək
Avropa İttifaqı (Aİ) Çindən gətirilən elektrik avtomobillərinə cərimə rüsumları tətbiq etmək qərarına gəlib.
Oxu.Az bu barədə DPA (Deutsche Presse-Agentur) agentliyinə istinadən xəbər verir.
Qeyd olunur ki, Avropa Komissiyası Çin avtomobillərinə 35%-ə qədər rüsum müəyyən edib.
Brüssel Pekini hökumət subsidiyaları vasitəsilə elektromobillərin qiymətlərini süni şəkildə aşağı salmaqda ittiham edir. Avropada iddia edirlər ki, bu, qlobal bazarlarda ədalətsiz rəqabət yaratmağa səbəb olur.
Bu mövqeyi əsasən Almaniyanın xarici işlər naziri Annalena Berbok sərgiləyir. O hesab edir ki, Avropa bazarını haqsız rəqabətdən qorumaq lazımdır.
"Çin əvvəllər polad və günəş enerjisi ilə etdiyi kimi, Avropa və Almaniya bazarlarını kütləvi şəkildə subsidiyalaşdırılan elektrik avtomobilləri ilə doldurmaq istəyir. Bu addım Çini təcrid etmək deyil, ədalətli rəqabəti təmin etmək deməkdir. Biz Çinlə ticarət müharibəsi istəmirik, lakin biz də Pekinin ədalətsiz və bazarı pozan təcrübələrdən istifadə etməyə davam etməsinə icazə verməməliyik", - deyə Almaniya xarici işlər naziri bildirib.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 846 Tarix: 05 oktyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Rusiya Müdafiə Nazirliyi: Ukraynanın 500-dən çox hücumunu dəf etmişik
Ötən gecə Ukrayna "Flamingo" qanadlı raketlərinin, HIMARS reaktiv yaylım atəş sistemlərinin və uzaqmənzilli pilotsuz uçuş aparatlarının (PUA) tətbiqi ilə Rusiya ərazisinə kombinə edilmiş zərbə endirməyə cəhd edib. "Report" xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məluma
5 iyulKonqoda Eboladan ölənlərin sayı 500-ə yaxınlaşır
Konqo Demokratik Respublikasında (KDR) Ebola qızdırmasından laboratoriya şəraitində təsdiqlənmiş ölüm hallarının sayı artaraq 492-yə çatıb. TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin Rabitə və KİV İşləri üzrə Nazirliyi gündəlik bülletenində məlumat yayıb. Ötən sutka ərzində daha 1
5 iyulHindistanın cənubunda qayıq qəzasında altı balıqçı itkin düşüb
Hindistanın cənub-şərqindəki Andxra-Pradeş ştatının Vizak sahillərində qayığın aşması nəticəsində altı balıqçı itkin düşüb. "Report" xəbər verir ki, bu barədə "Press Trust of India" məlumat yayıb. Qayıqda olan yeddi balıqçı iyulun 1-də balıq ovuna çıxıb. Ehtimal olunur ki, qayıq fırtın
5 iyulİldə 32 milyon turist: Sinqapurun iddialı layihəsinin detalları açıqlandı
Sinqapur hakimiyyəti əyləncə adası Sentosa və ona bitişik Pulau Brani adasının genişləndirilməsini nəzərdə tutan irimiqyaslı yenidənqurma layihəsini təqdim edib. RBK-ya istinadən xəbər verir ki, plana əsasən, hər iki ada "Böyük Sentosa" adlı nəhəng turizm zonasına çevriləcək. Layihəyə əsasən
5 iyulŞahzadə Harri İngiltərədə - Saraya buraxılmadı
ABŞ-da həyat yoldaşı və övladları ilə birlikdə yaşayan Şahzadə Harri "Invictus Oyunları"nda iştirak etmək üçün bir həftəlik səfərlə Böyük Britaniyaya gəlib. Səfərinin ilk günündə onun yerləşməsi ilə bağlı problem yaşanıb. Qaynarinfo xəbər verir ki, Sasseks hersoqunun sözçüsü bildirib ki, Harriy
9 iyulYer Günəşdən maksimum uzaqlaşacaq
İyulun 6-da Yer Günəş ətrafındakı orbitinin afeli adlanan nöqtəsinə - Günəşdən maksimum uzaq məsafəyə çatacaq. Bu barədə Ölkə.az-a Elm və Təhsil Nazirliyinin N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib. Məlumata görə, bu gün Yer və Günəşin mərkəzləri arasındakı məsafə təxminən 152,
6 iyul