26 yaşadək bu kişilərin NƏZƏRİNƏ - oktyabrın 7-dən...
Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinə müddətdən artıq həqiqi hərbi xidmətə könüllü daxil olmaq arzusunda olan vətəndaşların qəbuluna başlanılır.
Bu barədə Dövlət Agentliyinin mətbuat xidmətindən Ölkə.az-a məlumat verilib.
Bildirilib ki, ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilmiş müddətli həqiqi hərbi xidmətini başa vurmuş, boyu 1.85 santimetrdən aşağı olmayan mütənasib bədən quruluşlu 26 yaşınadək hərbi vəzifəlilər (qadınlar istisna olmaqla) oktyabrın 7-dən oktyabrın 19-dək Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin Sumqayıt regional idarəsində fəaliyyət göstərən qəbul komissiyasına müraciət edə bilərlər.
Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinə müddətdən artıq həqiqi hərbi xidmətə qəbul olunmaq üçün müraciət etmiş vətəndaşlar qəbul komissiyası tərəfindən hərbi xidmətə yararlılıq dərəcəsinin müəyyən edilməsi məqsədilə müvafiq tibb müəssisəsinə göndərilir. Hərbi Həkim Komissiyasının qərarına əsasən, hərbi xidmətə yararlı hesab edilmiş şəxslər qəbul imtahanlarına buraxılır.
Fiziki hazırlığı, ümumi bilik səviyyəsi, düşünmə qabiliyyəti, peşə maraqları, ünsiyyət qurmaq, həmçinin fərdi-psixoloji və digər keyfiyyətlərinin öyrənilməsi məqsədilə keçirilən imtahanları müvəffəqiyyətlə vermiş namizədlər Agentliyə qəbul edilir.
Agentliyə qəbul edilən şəxslərlə üç il müddətinə bağlaşma imzalanır və müvafiq vəzifələrə təyin olunur.
Namizədlər qəbul komissiyasına müraciət edərkən aşağıdakı sənədləri təqdim etməlidir:
- şəxsiyyət vəsiqəsinin əsli və surəti;
- hərbi biletin əsli və hərbi biletin bütün vərəqlərinin surəti;
- bitirdiyi təhsil müəssisəsi haqqında sənəd və onun surəti.
Sənədlərin qəbulu həyata keçiriləcək ünvan: Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin Sumqayıt regional idarəsi (Sumqayıt şəhər 11-ci mkr Üzeyir Hacıbəyov küçəsi 1. Sumqayıt Dəmir yol vağzalının yanı). Tel: (012) 435-32-71.
Oktyabrın 7-dən oktyabrın 19-dək təyin olunmuş günlər (şənbə və bazar günləri istisna olmaqla digər günlərdə) saat 14:00-dan 18:00-dək müraciət etmək olar.
Qeyd: Müddətdən artıq həqiqi hərbi xidmətdən "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "e" bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq ehtiyata buraxılmış hərbi qulluqçuların və məhkumluğunun ödənilməsindən asılı olmayaraq məhkum olunmuş (ailə üzvləri daxil olmaqla) hərbi vəzifəlilərin qəbul üçün müraciət etməmələri xahiş olunur.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
Bakıda dənizdə batan tələbələrin FOTOSU
Prezident ona "general-leytenant" ali hərbi rütbəsi verdi
Pensiyalar 10 FAİZ ARTDI : Bəs pensiyaçılara nə qədər pul qalır?
Dünyanın ən xoşbəxt turizm şəhəri açıqlandı - Avropada yerləşir
"Məndən 5 min manat aldı, pulumu qaytarmadı" - Prezidentə Çingiz Qənizadə oğlu Elgiz Qənizadə ilə bağlı müraciət
Şagirdlərin məktəbdə aldıqları qiymətlərlə imtahan nəticələri niyə üst-üstə düşmür? - AÇIQLAMA
Bakıda dişi çəkilən qadın öldü (VİDEO)
Supermodeel Bakıda keçmiş nişanlısı ilə görüşdü (FOTO)
İlham Əliyev bəzi hərbçiləri təltif etdi - SƏRƏNCAM
Pula görə orqanlarını satmaq istəyirlər: Yalnız bu halda MÜMKÜNDÜR
Mal ətinin qiyməti niyə BAHALAŞIR? - AÇIQLAMA
Bakıdakı Formula 2-də kütləvi qəza - Yarış dayandırıldı
Hərbçilərinin əməkhaqları 22,8% artacaq
Xalqımıza baş ucalığı gətirən Şanlı Qələbə