Məzarı açılmışdı - DNT analizinin cavabı açıqlandı

Məzarı açılmışdı - DNT analizinin cavabı açıqlandıXəbər verdiyimiz kimi, 15 il öncə Türkiyədə 17 yaşlı sevgilisi Münəvvər Qarabuludu xüsusi amansızlıqla qətlə yetirib daha sonra həbsxanada intihar edən Cem Qəriboğluya aid məzar açılıb. Cəsədin diş, saç və kürək sümüklərindən DNT analizi götürülüb.

"Qafqazinfo" "Milliyet"ə istinadən xəbər verir ki, onun intihar etdiyi gün alınan DNT nümunəsi və məzardan götürülən nümunə bir-birinə uyğun gəlib. Bununla da məzardakı cəsədin Qəriboğluya aid olduğu müəyyənləşib.

Xatırladaq ki, sevgilisinin Bağçaşəhərdəki villasında baltalanan M. Qarabuludun doğranmış meyiti 2009-cu il martın 3-ü Etilər səmtində zibil konteynerindən tapılıb. 2011-ci ilin noyabrında məhkəmə C. Qəriboğlunun 24 il müddətinə azadlıqdan məhrum edilməsi ilə bağlı hökm çıxarıb. Qəriboğlu 3 il sonra Silivri 5 saylı cəzaçəkmə müəssisəsində intihar edib.

Hadisədən sonra bəzi KİV və sosial şəbəkələrdə Cem Qəriboğlunun ölmədiyi, ABŞ-də bir neçə dəfə görüntüləndiyi barədə məlumat yayılmışdı. Buna görə də onun məzarının açılması qərarı verilmişdi.

Məlumat üçün deyək ki, sözügedən cinayət illər öncə Türkiyə gündəmini zəbt edib. Belə ki, 20 yaşlı Cem Qəriboğlu ölkənin tanınan ailələrindən birinin övladı olub.
Məzarı açılmışdı - DNT analizinin cavabı açıqlandı


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1268   Tarix: 08 oktyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Dünyanın ən xoşbəxt turizm şəhəri açıqlandı - Avropada yerləşir

Səyahət zamanı mümkün qədər çox müsbət emosiyalar yaşamağa imkan verən istiqamətlərlə bağlı maraqlı araşdırma aparılıb. İlk sırada Portuqaliyanın paytaxtı Lissabon qərarlaşıb. Qaynarinfo xəbər verir ki, "TimeOut"un yazdığına görə, "xoşbəxtlik" tərəfindən psixoloq Natali Dattilo-Rayanl

25 sentyabr
.

Qırğızıstanda prezident seçkilərinin vaxtı açıqlanıb

Qırğızıstan parlamenti (Joqorku Keneş - Qeyd) növbəti prezident seçkilərinin 27 yanvar 2027-ci ildə keçirilməsini təyin edib. xəbər verir ki, prezident seçkilərinin keçirilməsi ilə bağlı qərarı iclasda iştirak edən 86 deputatın hamısı dəstəkləyib. Qırğızıstan Konstitusiyasının 80-ci maddəsinin 2-ci hissəsin

24 sentyabr
.

Məkkədə təhlükə: Sakinlərə xəbərdarlıq edildi

Səudiyyə Ərəbistanının qərbindəki Məkkə şəhərində, eləcə də krallığın bir neçə digər şəhərində təhlükəsizlik barədə xəbərdarlıq elan edilib. -ın xəbərinə görə, müvafiq bəyanat krallığın mülki müdafiə xidməti öz "X" hesabında dərc edilib. Bəyanatda Məkkə sakinlərinə dərhal ən yaxın təhlükəsi

24 sentyabr
.

Çin süni intellekt serverlərini okeanın dibinə yerləşdirdi

Çin Şanxay sahillərində külək enerjisi ilə işləyən sualtı data mərkəzini kommersiya fəaliyyətinə keçirib. Layihə süni intellekt və digər yüksək hesablama gücü tələb edən texnologiyalar üçün enerji və soyutma xərclərini azaltmaq məqsədi daşıyır. Qaynarinfo xəbər verir ki, Şanxayın Linqanq Xüsusi Ərazis

24 sentyabr
.

Yakutiyada kömür mədənində partlayış olub: Ölənlər və yaralananlar var

Yakutiyada Elqa kömür yatağı ərazisində yerləşən ehtiyat nasos stansiyasında baş verən partlayış nəticəsində insan ölümü qeydə alınıb. xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Saxa Respublikasının (Yakutiya) prokurorluğunun mətbuat xidməti özünün "Telegram" kanalında məlumat yayıb

26 sentyabr
.

NATO təlimində şok insident: Hərbçilərə atəş açıldı

NATO-nun Latviyadakı Adazi hərbi poliqonunda baş tutan təlimlərin gedişatında İtaliya ordusunun dörd hərbi qulluqçusu yaralanıb. -ın məlumatına görə, bu barədə İtaliya Müdafiə Nazirliyinin rəsmi açıqlamasında bildirilir. Bədbəxt hadisə atəş hazırlığı məşqləri zamanı qeydə alınıb. Nazirliyin dəqiqləşdirməsin

26 sentyabr
.

Qadınlar niyə evləndikdən sonra soyadını dəyişir? - Ənənənin tarixi

Qadınların evlilikdən sonra ərinin soyadını qəbul etməsi bu gün bir çox cəmiyyətdə adi hal kimi qəbul olunsa da, ənənənin tarixi kifayət qədər mürəkkəbdir. Tarixçilərin fikrincə, bu qayda bütün ölkələrdə eyni vaxtda və eyni səbəblərlə formalaşmayıb. Qaynarinfo xəbər verir ki, UNİAN bu ənənənin tarixin

25 sentyabr
.

Makron prezidentliyə qayıdacağını istisna etmədi: "Həyat sürprizlərlə doludur"

Fransa Prezidenti Emmanuel Makron səlahiyyət müddəti başa çatdıqdan sonra yenidən dövlət başçısı postuna qayıda biləcəyini istisna etməyib. xəbər verir ki, bu barədə "Variety" nəşri məlumat yayıb. "Gəlin məsələyə aydınlıq gətirək: konstitusiyamıza görə, vətəndaşın ardıcıl olaraq iki dəf

26 sentyabr
.

İraqın Nəcəf aeroportu İran reyslərini dayandırıb

İraqın Nəcəf şəhərinin hava limanı İran reyslərinin qəbulunu dayandırıb. "Report" xəbər verir ki, məlumatı İran mediası yayıb. Məlumata əsasən, Nəcəf hava limanı İrana və İrandan reysləri sentyabrın 25-i saat 02:00-dən ləğv edildiyini bildirib. Bununla belə, bəzi aviaşirkətlərin adları həl

25 sentyabr