Film kimi hadisə: Okeanın ortasında 76 gün tək qalan adamı balıqçılar xilas etdi

Film kimi hadisə: Okeanın ortasında 76 gün tək qalan adamı balıqçılar xilas etdiSizcə, dənizin ortasında bir qayıqda 76 gün tək yaşaya bildinizmi? Yalnız filmlərdə görə bildiyimiz bu hekayəni Steve Kallahan adlı bir adam möcüzəvi xilas hekayəsi ilə yaşadı. Bəs sizcə o necə sağ qaldı? Eşidənlərin inana bilmədiyi cavab budur...

Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, 1981-ci ildə amerikalı dənizçi Stiv Kallahan "Napoleon Solo" adlı bir qayıq dizayn edib düzəltdi və o, 6,5 metrlik qayığı ilə Kanar adalarından Karib dənizinə tək üzüb.

Lakin səyahətinin ilk həftəsində onun qayığı naməlum obyektlə – ola bilsin ki, köpək balığına və ya balinaya – toqquşub və qayığı batmağa başlayıb. Kallahanın batmaqda olan qayığından sadəcə xilasetmə avadanlığını almağa vaxtı var idi.

Bu avadanlıqa altı metrlik xilasedici qayıq daxildir. Kallahan: "Mən çarpayımda yatırdım və birdən üstümə su töküldü. Anladım ki, qayıq sürətlə batırdı", - deyə xatırlayır.

"Gəmi demək olar ki, tamamilə su altında qaldı, mən dəfələrlə suyun altına girdim və xilasetmə avadanlıqlarını çıxardım".

Atlantik Okeanının ortasındakı sahildən 800 mil uzaqlıqda olan Kallahanın məhdud qida və içki ehtiyatı var idi. O, sağ qalmaq üçün nizə ilə balıq tutdu və günəş işığından istifadə edərək içməli su əldə etməyə çalışdı.

Düz 76 gündən sonra o, Mari-Qalante adası yaxınlığında balıqçılar tərəfindən görünüb və xilas edilib. O vaxta qədər o, bədən çəkisinin üçdə birini itirmişdi və bərpası həftələr çəkdi. Mübarizəsinin reallığı ilə bağlı çox çaşqın olduğunu izah edərək, "Mən kimsənin orada olduğuna inana bilmədim" dedi.

"Yaşamağımda nəcib bir şey yox idi, sadəcə bunu etdim. Yarımçıq işim var idi və deyəsən, bu, məni yaşatdı." Stiv Kallahan bu inanılmaz sağ qalma hekayəsini "Dənizdə İtirilmiş Yetmiş Altı Gün" kitabında yazıb. Kitab New York Times bestseller siyahısına düşüb.

Vüsalə İbrahimli
Film kimi hadisə: Okeanın ortasında 76 gün tək qalan adamı balıqçılar xilas etdi


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 3599   Tarix: 09 oktyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Qaralan kafel aralarını evdəki tək materialla təmizləyin

Kafel aralarında zamanla yaranan qaralmalar üçün bahalı təmizlik vasitələrinə ehtiyac qalmır. Evdə olan tək bir materialla təmizlik artıq daha asan olacaq. xəbər verir ki, vanna otağı və mətbəxlərdə zamanla qaralan kafel araları təmizlik edilsə də, istənilən görüntünün əldə edilməsini çətinləşdirə bilər

14 noyabr
.

Rent a car üçün ən çox seçilən avtomobillər hansıdır?

Sedan, yoxsa krossover icarəyə götürmək istəyirsiniz? Avtomobil seçərkən nələrə diqqət edilməlidir? Rent a car üçün ekonom, sedan, SUV və miniven avtomobillər təklif olunur. Avtomobillər salon genişliyi, yanacaq sərfiyyatı və baqaj həcminə görə fərqlənir. Ekonom sinif rent a car avtomobilləri. Az yanaca

17 noyabr
.

Mətbəxdə paket yığanlara mütəxəssislərdən xəbərdarlıq: Təhlükə saçır

Milyonlarla evdə marketlərdən gətirilən plastik paketlər "bir gün lazım olar" deyə mətbəx şkaflarında və ya rəflərin altında toplanır. Lakin mütəxəssislər demək olar ki, hər kəsin etdiyi bu vərdişin ciddi səhiyyə təhlükələri yaratdığını bildirərək, həmin paketlərin dərhal evdən atılması üçü

7 noyabr
.

Əvvəl ağ idi: təkər şinləri niyə qara rəngdə istehsal olunur?

Bu gün yollarda gördüyümüz avtomobillərin demək olar ki, hamısının təkərləri qara rəngdədir. Lakin maraqlıdır ki, ilk avtomobil şinləri qara deyil, ağ rəngdə istehsal olunurdu. Bəs zamanla onların rəngi niyə dəyişdi?. xarici mediaya istinadən xəbər verir ki, avtomobil şinlərinin qara rəngdə olmasını

15 noyabr
.

5 5 5 5 = 24: Bu tənliyi doğru edəcək üç riyazi işarə hansılardır?

Tənliyi doğru etmək üçün dörd 5 arasında üç riyazi işarə qoymalısınız. Dörd eyni rəqəm və istədiyiniz nəticə. Bu riyazi tapmacada yalnız üç hesab işarəsi yoxdur. Tapmaca şərti:. 5 5 5 5 = 24. -ın xəbərinə görə, tənliyi doğru etmək üçün dörd beşlik arasında üç riyazi simvol yerləşdirməlisiniz. Toplama

8 noyabr
.

Beyin əməliyyatından sonra insanları pişik kimi görməyə başladı

ABŞ-də yaşayan 28 yaşlı kişi keçirdiyi beyin əməliyyatından sonra nadir görülən nevroloji pozğunluqla üzləşib. Belə ki, o, gün ərzində qarşılaşdığı insanların üzlərində öz ev heyvanı - "Luna" adlı pişiyinin cizgilərini görməyə başlayıb. "Qafqazinfo" xəbər verir ki, Dartmut Kollec

17 noyabr
.

Qadınlar kişilərdən daha çox üşüyür - SƏBƏB

Alimlər qadınların soyuğu kişilərdən daha tez hiss etməsinin və daha isti mühitə üstünlük verməsinin mümkün bioloji səbəbini araşdırıblar. Tədqiqatın nəticələrinə görə, temperaturun qavranılmasına testosteron və dərinin sinir uclarında yerləşən xüsusi zülal reseptorları təsir göstərə bilər. xarici mediay

15 noyabr
.

Telefonları folqaya bükməyə başladılar - SƏBƏBİ...

Ağıllı telefon istifadəçiləri rəqəmsal gizlilik üçün maraqlı bir üsula müraciət edirlər. Cihazı kənar siqnallardan təcrid etmək məqsədilə alüminium folqadan istifadə olunması geniş müzakirə olunur. xəbər verir ki, telefonu alüminium folqaya bürümək cihazın xarici aləmlə qurduğu naqilsiz əlaqələri kəsmə

14 noyabr
.

Uşaqlar niyə kitab oxumaqdan uzaqlaşır? - Psixoloq səbəbləri açıqladı

Müasir dövrdə uşaqlar saatlarla telefon və planşet qarşısında vaxt keçirsələr də, kitab oxumağa gəldikdə tez darıxırlar. Mütəxəssislər bunun əsas səbəblərindən biri kimi rəqəmsal oyunların və qısa videoların daha sürətli əyləncə təqdim etməsini göstərirlər. xəbər verir ki, bu barədə Türkiyənin TRT Habe

18 noyabr