Bu qadınlar pensiyaya daha tez çıxa bilərlər - AÇIQLAMA

Bu qadınlar pensiyaya daha tez çıxa bilərlər - AÇIQLAMASosial sahədə diqqət mərkəzində olan əsas məsələlər əsasən pensiya yaşı ilə bağlı olur. Düşündürən suallardan biri də belədir ki, Ailə başçısını itirmiş qadınlar erkən yaşda pensiyaya çıxa bilərmi?

Sözügedən mövzu ilə bağlı Sonxeber.az-a sosioloq Üzeyir Şəfiyev danışdı.

Sosioloq açıqlamasında pensiya yaşının aşağı endirilməsinin məntiqli olduğunu və buna dövlətin maliyyə yükü imkan verəcəyi təqdirdə baş tuta biləcəyini qeyd etdi:

"Azərbaycanda pensiya yaşı və kapitalı ilə bağlı ictimaiyyəti düşündürən sullar var. İnsanların bir hissəsi pensiya yaşının aşağı enməsini tələb edir. Digərləri isə tələb edirlər ki, pensiya kapitalında yığılan puldan həmin yaşa çatmadan istifadə imkanları yaradılsın.Azərbaycanda əslində pensiya yaşı orta ömür uzunluğu ilə müəyyənləşdirilir. 71 yaş kişilər, 76 isə qadınlar üçün nəzərdə tutulub. Bu da o anlama gəlir ki, Azərbaycanda pensiya yaşı indiki halda kişilərdə 65 yaş, qadınlarda isə 63-64 yaş arasıdır. 2025-ci ildə qadınlar da kişilər kimi 65 yaşda pensiyaya çıxacaqlar. Bu hesabla götürdükdə, əlbəttə ki, orta ömür uzunluğuna görə pensiya yaşı əslində aşağı olmalı idi. Pensiya yaşı müəyyənləşərkən, gözlənilən ömür müddəti yox, real ömür müddəti əsasında hesablanmalıdır. Bu baxımdan pensiya yaşının aşağı endirilməsi əslində mətqili olardı. Lakin addım atılarmı? Bu isə əlbəttə ki, dövlətin maliyyə yükü imkan verəcəyi təqdirdə, pensiya yaşı aşağı endirilə bilər. Məsələn bəzi ölkələrdə pensiya yaşı aşağı, bəzilərində isə yuxarıdır. Bu daha çox orta ömür uzunluğu ilə müəyyənləşən bir məqamdır. Digər mühüm məqam isə pensiya kapitalında yığılan pullardan istifadə ilə bağlıdır. Əlbəttə ki, burada məntiqi bir məqam var, bəzən insanların pensiya kapitalına pul yığılır, ancaq, pensiya yaşına çatmadan dünyasını dəyişir. Düzdü, əgər dünyasını dəyişərsə onun pensiya kapitalı 18 yaşına çatmamış övladı və ya 23 yaşına qədər tələbə olan ya da sağlamlıq imkanı məhdud övladı varsa ona veriliə bilər. Yaxud da onun pensiyası həyat yoldaşının pensiyasından çoxdursa, o zaman da həyat yoldaşının adına transfer ola bilir. Ancaq fikrimcə bu da tam ədalətli yanaşma deyil. Daha yaxşı olar ki, insan pensiya kapitalında yığılan pulu pensiya yaşına çıxmadan da ən azı bir hissəsini istifadə etmək imkanları olsun.

Ekspert pensiya yaşına çatmamış, amma pensiya kapitalına yığılan pulun bir qismindən yararlana bilməsi üçün insanlara şans tanımaq lazım olduğunu da vurğuladı:

"Çünki şəxs ağır xəstəliyə möhtac olur, ehtiyac içərisində yaşaya bilir, pul tapa bilmir və o öz pensiya kapitalında olan puldan niyə də istifadə edə bilməsin ki?!
Məncə, belə bir şansı insanlara tanımaq lazımdır. Bunun üçün isə bəlkə də əlavə olaraq özəl pensiya fondları yaradılmalıdır. İnsanlar öz kapitalına həm də, özəl pensiya fondlarında formalaşdıra bilsinlər. Belə özəl pensiya fondlarından şüphəsiz ki, şəxs istifadə etmək imkanları əldə edə bilər. Həm də bu dövlət və özəl pensiya fondları arasında rəqabətli mühit yarada bilər. Güman edirəm ki, bu barədə düşünmək olar. O ki, qaldı pensiyanın həyat yoldaşlarını itirmiş qadınlar üçün pensiya yaşının daha erkən olmasına, bildiyimiz kimi bəlli kateqoriyaya aid olan insanlar üçün pensiya yaşının aşağı endirilməsi var. Məsələn, şəxsin himayəsində azyaşlı uşaq varsa və həmin uşağı 8 yaşına qədər böyüdən valideyinlər üçün belə bir imkanlar tanınır. Eyni zamanda çoxuşaqlı qadınlar üçün erkən pensiyaya çıxma imkanları var. Eyni zamanda bir sıra hallarda pensiya yaşı ertələnir, o cümlədən çətin iş şəraitində olan qadınlar üçün də pensiya yaşının aşağı endirilməsi ilı bağlı reallıqlar var və bizdə də tətbiq olunur. Bəzi kateqoriyaya daxil olan qadınlar eləcə də pensiya yaşının aşağı endirilməsi ilə bağlı reallıq bizdə var.

Ümumiyyətlə ailə başçısını itirməyə görə sosial müavinət Azərbaycanda nəzərdə tutulur və tətbiq olunur. Güman edirəm ki, bununla bağlı qadınlara əlavə hüquq tanımaq, məncə, dövlətin maliyyə yükünə bağlıdır və hesab edirəm ki, reallaşması çətin məsələdir, çünki, sosial həssas kateqoriyaya daxil olan, çətin həyat şəraitində olan insanlar üçün müavinətlər nəzərdə tutulur, tətbiq olunur. Ancaq güman etmirəm ki, həyat yoldaşını itirmiş qadınlar üçün erkən pensiya yaşı tətbiq oluna. Əslində, digər dediyim şərtləri nəzər alsaq qismən tətbiq olunub deyə bilərik. Amma bunu bütün qadınlara, yəni həyat yoldaşını itirmiş hər qadına şamil etmək hesab edirəm ki, dövlət üçün maliyyə yükü olar və bunun tətbiq edilməsi gözlənilən deyil".

Vüsalə İbrahimli


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 8270   Tarix: 10 oktyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanda həftəsonu İSTİRAHƏT GÜNLƏRİ DƏYİŞƏCƏK

Azərbaycanda əksər iş yerlərində şənbə və bazar günləri istirahət günləri hesab edilsə də, xidmət sektorunda məhz həftəsonu tələbatın pik həddə çatması bu sahədə iş rejiminə fərqli yanaşmanı gündəmə gətirir. Mövzu ilə bağlı -a Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Elşad Musaye

27 sentyabr
.

Azərbaycanda mal əti BAHALAŞDI - YENİ QİYMƏT

Azərbaycanda mal ətinin qiyməti yenidən bahalaşıb. "Qaynarinfo"ya istinadən xəbər verir ki, hazırda satış məntəqələrində sümüklü ət alıcılara 19 manatdan təklif edilir. Sümüksüz mal əti isə 21-22 manata satılır. Bu isə son bir ayda 1-2 manat artım deməkdir. Satıcılar qiymət artımına səbəb kim

26 sentyabr
.

Bu ilin avqust ayında aylıq sosial müavinət və təqaüd alanlar...

2026-cı ilin avqust ayında aylıq sosial müavinət və təqaüd alanların sayı 883 084 nəfər olub. Onların 477 042 nəfərini aylıq sosial müavinət, 406 042 nəfərini isə təqaüd alanlar təşkil edib

27 sentyabr
.

"Bakcell"də hədiyyə mövsümü başladı

"Bakcell" abunəçilərinə minlərlə hədiyyə qazandıran hədiyyə mövsümünə start verib. "Bakcell" tətbiqində aktiv olan VIP Çarxı çevirən hər kəsi hədiyyələr gözləyir. Çarxın super prizi isə "Sea Breeze"də mənzildir. Hədiyyə mövsümündə abunəçilər müxtəlif kateqoriyalar üzrə dəyərl

24 sentyabr
.

Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası son günlər Türkiyədə sosial media platformaları vasitəsilə Azərbaycan əleyhinə aparıldığı bildirilən informasiya kampaniyasını araşdırıb. xəbər verir ki, bu barədə komissiyanın açıqlamasında bildirilib. Qeyd olunub ki

26 sentyabr
.

Sumqayıtda HƏRBÇİ DƏHŞƏTLİ QƏZADA həlak oldu: Hadisənin təfərrüatı - VİDEO

Bakı-Quba yolunun Sumqayıt şəhərindən keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub. Sakinlərin sözlərinə görə, ölən şəxs hərbçi olub. Baku TV-nin məlumatına görə, o, yemək üçün hərbi hissənin qarşısındakı kafeyə gedib və geri qayıdarkən avtomobil onu vurub. Sakinlə

25 sentyabr
.

Nazirlikdən əhaliyə MÜJDƏ: 70 faiz artım olacaq

Azərbaycanda orta aylıq əməkhaqqının yaxın illərdə artacağı gözlənilir. Maliyyə Nazirliyinin proqnozuna görə, 2030-cu ildə orta maaş 1 551,5 manata çatacaq. Vətəndaşlar üçün əsas sual orta maaşdan daha çox, minimum əməkhaqqının necə dəyişəcəyi ilə bağlıdır. Orta maaş 1 551 manata çatacaqsa, minimum əməkhaqq

27 sentyabr
.

91 yaşlı sabiq deputat vəfat etdi

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq deputatı Zərifə Nəcəfova vəfat edib. "Qafqazinfo" xəbər verir ki, 91 yaşlı Z.Nəcəfova xəstəlik səbəbindən həyatını itirib. Qeyd edək ki, Əməkdar müəllim olan Zərifə Nəcəfova uzun illər Naxçıvan Dövlət Universitetində prorektor vəzifəsində d

25 sentyabr
.

Bank kartları ilə bağlı - Daha bir qadağa

Azərbaycanda bir sıra banklar eyni kateqoriyaya aid kartın vətəndaşlara birdən artıq satışına qadağa qoyub. -a istinadən xəbər verir ki, bununla bağlı banklara təlimatlar göndərilib. Bəzi banklar eyni kateqoriyaya aid kartı vətəndaşlara birdən artıq satmır. Banklardan bəziləri bu məhdudiyyəti tətbi

24 sentyabr