Azərbaycanda 3 uşaqlı ailələr mənzillə təmin olunacaq? -AÇIQLAMA

Azərbaycanda 3 uşaqlı ailələr mənzillə təmin olunacaq? -AÇIQLAMASon illərdə bir çox ailə 1 uşaqla kifayətlənir. Bunun isə maddi durum, sağlamlıq, ev vs. kimi müxtəlif səbəbləri ola bilər. Başqa ölkələrdə 2-ci və 3cü uşağın da dünyay gətirilməsi üçün dövlət tərəfindən müxtəlif addımlar atılır. Məsələn həmin ailələr evlə təmin oluna bilir. Bəs, Azərbaycanda 3-cü uşaq dünyaya gəldikdən sonra həmin ailələrin evlə təmin olunması ilə bağlı addımlar atıla bilərmi?

Mövzu ilə bağlı Sonxeber.az-a danışan sosioloq Yusif Nəbiyev bildirdi ki, belə addımlar o ölkələrdə atılır ki, həmin ərazilərdə əhalinin sayı kəskin azalmaq üzrədir:

"Ailələrdə get-gedə daha az sayda uşağın olması artıq qlobal bir hal alıb. Xüsusən, inkişaf etmiş ölkələrdə nəinki təkuşaqlı, hətta uşaqsız ailələr belə kifayət qədərdir. Bir çox qərb ölkələrində cütlüklər ev heyvanı saxlamağa daha çox üstünlük verirlər, nəinki övlad sahibi olmaq.

3-cü dünya ölkələrində azuşaqlılığa səbəb, əsasən, ekonomik səbəblər olsa da, inkişaf etmiş ölkələrdə buna səbəb insanların daha azad və asudə həyat sürmə meylləridir. Qərb ölkələrində vəziyyət o dərəcəyə gəlib çatıb ki, bir çox ölkədə ildən-ilə əhali azalır və cəmiyyətin orta yaş həddi get-gedə qalxır.

Bu vəziyyətə qarşı mübarizə aparmaq üçün bir çox Qərb ölkələrində 2-ci və ya 3-cü övladı olanlara xüsusi imtiyazlar təklif olunur. Bu ailələrin ev almaqları, ipoteka şərtləri asanlaşdırılır. Bəzi yerlərdə aylıq maddi yardımlar və ya bir çox dövlət xidmətlərindən endirimli və ya pulsuz istifadə haqqları təmin olunur.

Amma nəzərə alınmalıdır ki, bu şeylər yalnız o ölkələrdə edilir ki, orada əhalinin kəskin azalması hiss edilir və dövlət öz resurları hesabına əhalinin artımını stimullaşdırmağa çalışır. Azərbaycan bu ölkələrdən deyil".

Sosioloq Azərbaycanda əsas diqqətin uşaqpuluna yönəlməsinin və onun bərpa edilməsi ilə bağlı müzkirələr aparılmasının lazımlılığını bildirdi:

"Ölkəmizdə az uşaqlılığın get-gedə artdığını görsək də, vəziyyətin hələ ki, kritik həddə çatdığını demək üçün hələ tezdir. Əksər cütlüklər hələ ki, minimum 2 uşaq hədəfləyir və bu da əhali sayının ən azından dəyişməz qalması üçün kifayətdir. Fakt budur ki, hələlik, əhali sayımız artmaqda davam edir, gənc nəsilimiz kifayət qədərdir və hətta gənclərin effektiv şəkildə işlə təmin olunması çətinliyimiz var. Yəni dövlətimizin önündəki daha prioritet məsələ gənclərin sayını artırmaq yox, onsuz da çox olan gənclərin keyfiyyətli məşğulluğunu təmin etməkdir.Bildiyiniz kimi, ölkəmizdə bir vaxtlar uşaqpulu verilirdi, lakin sonradan o da aradan qaldırıldı. Hazırda ev və s. kimi böyük stimullaşdırıcı təşviqlərin təmin edilməsi yox, amma aşağı gəlirli ailələri qismən də olsa maddi dəstəkləmək üçün uşaqpulunun bərpa edilməsi ehtimalı üzərində müzakirə edə bilərik".

Vüsalə İbrahimli


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 4037   Tarix: 10 oktyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanda həftəsonu İSTİRAHƏT GÜNLƏRİ DƏYİŞƏCƏK

Azərbaycanda əksər iş yerlərində şənbə və bazar günləri istirahət günləri hesab edilsə də, xidmət sektorunda məhz həftəsonu tələbatın pik həddə çatması bu sahədə iş rejiminə fərqli yanaşmanı gündəmə gətirir. Mövzu ilə bağlı -a Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Elşad Musaye

27 sentyabr
.

Azərbaycanda mal əti BAHALAŞDI - YENİ QİYMƏT

Azərbaycanda mal ətinin qiyməti yenidən bahalaşıb. "Qaynarinfo"ya istinadən xəbər verir ki, hazırda satış məntəqələrində sümüklü ət alıcılara 19 manatdan təklif edilir. Sümüksüz mal əti isə 21-22 manata satılır. Bu isə son bir ayda 1-2 manat artım deməkdir. Satıcılar qiymət artımına səbəb kim

26 sentyabr
.

Bu ilin avqust ayında aylıq sosial müavinət və təqaüd alanlar...

2026-cı ilin avqust ayında aylıq sosial müavinət və təqaüd alanların sayı 883 084 nəfər olub. Onların 477 042 nəfərini aylıq sosial müavinət, 406 042 nəfərini isə təqaüd alanlar təşkil edib

27 sentyabr
.

"Bakcell"də hədiyyə mövsümü başladı

"Bakcell" abunəçilərinə minlərlə hədiyyə qazandıran hədiyyə mövsümünə start verib. "Bakcell" tətbiqində aktiv olan VIP Çarxı çevirən hər kəsi hədiyyələr gözləyir. Çarxın super prizi isə "Sea Breeze"də mənzildir. Hədiyyə mövsümündə abunəçilər müxtəlif kateqoriyalar üzrə dəyərl

24 sentyabr
.

Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası son günlər Türkiyədə sosial media platformaları vasitəsilə Azərbaycan əleyhinə aparıldığı bildirilən informasiya kampaniyasını araşdırıb. xəbər verir ki, bu barədə komissiyanın açıqlamasında bildirilib. Qeyd olunub ki

26 sentyabr
.

Sumqayıtda HƏRBÇİ DƏHŞƏTLİ QƏZADA həlak oldu: Hadisənin təfərrüatı - VİDEO

Bakı-Quba yolunun Sumqayıt şəhərindən keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub. Sakinlərin sözlərinə görə, ölən şəxs hərbçi olub. Baku TV-nin məlumatına görə, o, yemək üçün hərbi hissənin qarşısındakı kafeyə gedib və geri qayıdarkən avtomobil onu vurub. Sakinlə

25 sentyabr
.

Nazirlikdən əhaliyə MÜJDƏ: 70 faiz artım olacaq

Azərbaycanda orta aylıq əməkhaqqının yaxın illərdə artacağı gözlənilir. Maliyyə Nazirliyinin proqnozuna görə, 2030-cu ildə orta maaş 1 551,5 manata çatacaq. Vətəndaşlar üçün əsas sual orta maaşdan daha çox, minimum əməkhaqqının necə dəyişəcəyi ilə bağlıdır. Orta maaş 1 551 manata çatacaqsa, minimum əməkhaqq

27 sentyabr
.

91 yaşlı sabiq deputat vəfat etdi

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq deputatı Zərifə Nəcəfova vəfat edib. "Qafqazinfo" xəbər verir ki, 91 yaşlı Z.Nəcəfova xəstəlik səbəbindən həyatını itirib. Qeyd edək ki, Əməkdar müəllim olan Zərifə Nəcəfova uzun illər Naxçıvan Dövlət Universitetində prorektor vəzifəsində d

25 sentyabr
.

Bank kartları ilə bağlı - Daha bir qadağa

Azərbaycanda bir sıra banklar eyni kateqoriyaya aid kartın vətəndaşlara birdən artıq satışına qadağa qoyub. -a istinadən xəbər verir ki, bununla bağlı banklara təlimatlar göndərilib. Bəzi banklar eyni kateqoriyaya aid kartı vətəndaşlara birdən artıq satmır. Banklardan bəziləri bu məhdudiyyəti tətbi

24 sentyabr