"ƏDV geri al"la bağlı İDDİA: Vətəndaşın hesabındakı 50 manat silinib
Son günlər sosial şəbəkələrdə "ƏDV geri al" sistemi ilə bağlı şikayətlər müşahidə olunur.
Oxu.Az xəbər verir ki, vətəndaşlardan birinin iddiasına, onun "ƏDV geri al" hesabındakı vəsait yoxa çıxıb.
O qeyd edib ki, onun "Birbank" tətbiqindəki "ƏDV geri al" hesabında 50 manat vəsait olub. Lakin sonradan həmin məbləğ hesabdan silinib.
Məsələ ilə bağlı Dövlət Vergi Xidmətinə (DVX) sorğu ünvanladıq.
Xidmətdən Oxu.Az-ın sorğusuna cavab olaraq bildiriblər ki, "ƏDV geri al"da balansdan hər hansı silinmə olması mümkün deyil.
"Kassa çeki üzrə məlumatlar doğru olmadığı halda əməliyyat təsdiq edilmir. Bunu aydınlaşdırmaq üçün mütləq qaydada DVX-yə müraciət ünvanlamaq lazımdır. Məsələ aydınlaşdırılaraq vətəndaşa aydın cavab veriləcək.
ƏDV çekləri ilə bağlı hər hansı problem yaşanıbsa, yaxud əməliyyata imtina verilibsə, DVX-yə müraciət edilməlidir. Bunun üçün yeni nəsil kassa aparatı çekinin məlumatlarını əlavə etməklə internet səhifəmizin "Onlayn müraciətlər" bölməsinin "Dövlət Vergi Xidmətinə müraciət" altbölməsi vasitəsilə müraciət etmələri xahiş olunur", - deyə məlumatda vurğulanıb.
Məsələ ilə bağlı iddiada adı keçən "Kapital Bank"a da sorğu ünvanladıq.
Bankın İctimaiyyətlə əlaqələr üzrə proses sahibi Arzu Əliyeva Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, texniki xəta baş verdiyi halda müştərinin balansında olan məbləğ görünməyə bilir.
"ƏDV-nin geri qaytarılması prosesində ilk olaraq müştəri alış-veriş qəbzini portala əlavə etməlidir. Daha sonra həmin qəbz gözləmə statusuna əlavə edilir. 30 gündən sonra qəbzə uyğun ƏDV qaytarıla və ya ləğv edilə bilər.
Silinmə halında öncə məbləğin hansı müddətdə silindiyini müəyyən etmək lazımdır. Əgər müştərinin məlumatları Dövlət Vergi Xidməti tərəfindən bloklanıbsa, müştəri həmin qəbzi yenidən portala əlavə etməyə cəhd edə bilər. Bu halda bloklanma ilə bağlı bildiriş görünəcək. Daha sonra müştəri mövzunun araşdırılması üçün Dövlət Vergi Xidmətinə müraciət etməlidir. Əgər Dövlət Vergi Xidməti bankla bağlı texniki xəta müəyyən edərsə, sorğu banka yönləndirilir və müştərinin müraciəti araşdırılır. Texniki xəta baş verdiyi halda müştərinin balansında olan məbləğ görünməyə bilir. Bu halda xəta aradan qaldırılır və məbləğ görünən statusa keçirilir", - deyə A. Əliyeva qeyd edib.
Xatırladaq ki, 2020-ci ilin may ayından ölkədə pərakəndə ticarət və ictimai iaşə obyektlərindən alınmış mallara görə ödənilən ƏDV-nin bir hissəsinin geri qaytarılması mexanizmi tətbiq edilir.
ƏDV məbləğinin nağdsız ödənişlər üzrə 15 faizi, nağd ödənişlər üzrə isə 10 faizi müvəkkil banklar tərəfindən alıcının elektron kabineti açılarkən yaradılmış virtual "pul qabı"na yerləşdirilir.
İstifadəçilər toplanmış vəsaitlə kommunal, mobil, internet, TV, cərimə və sığorta ödənişlərini həyata keçirə, həmçinin ölkədaxili bank kartlarına köçürmələr edə bilərlər.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 2182 Tarix: 10 oktyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Dərinizi yumşaq və gözəl edən təbii VASİTƏ
Məhsul haqqında BURADAN . Təbii inqredientlərdən və vitaminlərdən ibarət effektiv ağardıcı krem. Serum ilə birlikdə. Biokus Acne Ağardıcı Serum vitaminlər, təbii maddələr ilə zənginləşdirilmişdir. Ən yaxşı ağardıcı müalicə hesab olunur. Bu ağardıcı müalicə formulunun tərkibində olan minerallar, meyv
9 sentyabr 2021Danışan ÖRDƏK tapıldı - VİDEO
Avstraliyada Ripper adlı bir ördək "sən lənətə gəlmiş axmaq" kimi bir söz deyə bilir. Yeni araşdırmalara görə, quşun 1980-ci illərin sonlarında Kanberra yaxınlığındakı Tidbinbilla vəhşi təbiət qoruğunda böyütmüş bir baxıcıdan - "lənətə gəlmiş yemək" kimi də yozula bilən ifadəni öyrəndiy
9 sentyabr 2021Pişik "Ginnesin rekordlar kitabı"na düşüb - FOTO
Yaponiyada yaşayan Motimaru adlı şotland pişiyi "YouTube" kanalında ən çox baxılan ev heyvanı olaraq "Ginnesin rekordlar kitabı"na düşüb. xəbər verir ki, pişiyin videohostinqdəki çarxları 685 milyondan çox baxış yığıb. Hazırda o, "YouTube" kanalının ən populyar ev heyvanıdır
11 sentyabr 2021Bu qadın 40 ildir ki, yatmır - Səbəbi açıqlandı
Çində yaşayan Li Zhanying adlı qadın 40 ildir yatmadığını iddia edir. -a istinadən xəbər verir ki, çinli qadının 40 ildir yatmadığını qonşular və həyat yoldaşı da təsdiqləyir. 45 yaşlı çinli qadın 5 yaşından bəri yatmadığını bildirib. Bu səbəbdən bir çox həkimə müraciət etdiyini, ancaq diaqno
8 sentyabr 2021Acun niyə həmişə qara kofta geyinir?
"TV8"in rəhbəri Acun Ilıcalı maraq mövzusu olan qara köynəkləri ilə bağlı suallara aydınlıq gətirib. Axşam.az-a istinadən xəbər verir ki, hər mövsümdə bu tərzdə görünən Acun ona bu cür daha rahat olduğunu və hətta daha 500 ədəd qara kofta sifariş verdiyini açıqlayıb. "Gün ərzində ayaqqab
15 sentyabr 2021Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?
Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. -a istinadən xəbə
16 sentyabr 2021"Twitter"də yeni funksiya istifadəyə veriləcək
"Twitter" sosial şəbəkəsinin rəhbərliyi istifadəçilərin oxucu siyahısından çıxarılmasına imkan verəcək bir funksiyanı sınaqdan keçirir. Bu barədə sosial şəbəkənin rəsmi hesabında məlumat verilir. Qeyd olunur ki, digər insanları abunəlikdən çıxarma əvvəlcə yalnız "Twitter"in brauze
9 sentyabr 2021Fransada porno saytlar məhkəməyə verildi
Fransada 9 aparıcı porno saytına qarşı məhkəmə iddiası qaldırılıb. "e-Enfance" və "La Voix de l’enfant" təşkilatları sayt rəhbərlərini uşaqları böyüklər üçün olan kontentin mənfi təsirindən qorumaq məqsədilə yetərli tədbirlər görməməkdə ittiham edib. İddia ərizəsində bildirilib ki
7 sentyabr 2021Nərimanov rayon Montin qəsəbəsində tam təmirli mənzil satılır!
TƏCİLİ ŞƏXSİ ƏMLAKIMI SATIRAM !Nərimanov rayonu Montin qəsəbəsi, Murtuza Nağıyev küçəsində yeni tikili 16 mərtəbəli binanın 6-cı mərtəbəsində yerləşir. Tikili sahəsi 52 kv.m olan mənzil yataq otağı, zal+studio mətbəx, sanitar qovşaq, dəhliz və iki eyvandan ibarətdir. Qaz, su, işıq daimidir. İstilik sistem
15 sentyabr 2021