"Veysəloğlu" məhkəmə qarşısında - Barəsində protokol tərtib olunub

"Veysəloğlu" məhkəmə qarşısında - Barəsində protokol tərtib olunubAzərbaycanın aparıcı pərakəndə ticarət şəbəkələrindən olan "Araz", OBA və SPAR marketlərin sahibi olan "Veysəloğlu" MMC (VÖEN – 0700159551) barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə inzibati protokol tərtib edilib.

Yeniavaz.com xəbər verir ki, "Veysəloğlu" MMC barəsində tərtib olunan protokola Nizami Rayon Məhkəməsində hakimi Nəriman Mehdiyevin sədrliyi ilə oktyabr ayınlın 22-də baxılacaq.

Məlumat üçün bildirək ki, İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində mallar və nəqliyyat vasitələri gətirilərkən və ya aparılarkən müvafiq icra hakimiyyəti orqanına məlumatın verilməməsi və ya təhrif olunmuş məlumatın verilməsi, yaxud əvvəlcədən qısa idxal bəyannaməsinin verilməməsinə görə məsuliyyət nəzərdə tutulur.

Qeyd edək ki, Bakı şəhəri Nizami rayonu, Keşlə ŞTQ, 2-ci eninə, ev 2 ünvanında qeydiyyatda olan "Veysəloğlu" MMC-nin nizamnamə kapitalı 8 milyon 826 min 172 manatdır. 2006-cı ilin may ayının 22-də dövlət qeydiyyatına alınan "Veysəloğlu" MMC-nin qanuni təmsilçisi Bəxtiyar Allahverdi Adil oğludur.

2017-ci ilin aprel ayının 5-də dövlət qeydiyyatına alınan və nizamnamə kapitalı 100 manat olan "Veysəloğlu Grup" MMC-nin qanuni təmsilçisi isə Talıbov Aydın Veysəl oğludur.

Məlumat üçün bildirək ki, mətbuatda "Veysəloğlu" şirkəti və ona məxsus olan "Araz", OBA və SPAR supermarketərinin sahibinin də məhz Aydın Talıbov olduğu bildirilir. Ehtimal etmək olar ki, şirkətin adı da Aydın Talıbovun atasının adına görə bu cür adlandırılıb.

Qeyd edək ki, Aydın Talıbov 1965-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonun Siyaqut kəndində anadan olub. Aydın Talıbov Naxçıvan MR-nin Ali Məclisinin sabiq sədri Vasif Talıbovun da məzun olduğu Siyaqut kənd orta məktəbini bitirərək ali təhsilini İqtisadyyat Universitetində davam etdirib. 1994-cü ildən biznes fəaliyyətinə başlayıb.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2925   Tarix: 15 oktyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Prezident İlham Əliyev Cəmil Əliyevi "İstiqlal" ordeni ilə təltif edib

Azərbaycan Prezidenti İlham Əliyev Cəmil Əliyevin "İstiqlal" ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb. AZƏRTAC-a istinadən xəbər verir ki, sərəncamda deyilir:. "Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:. Azərbayca

29 mart
.

Sumqayıtda elektrik enerjisinin verilişində məhdudiyyət yaranıb? - RƏSMİ AÇIQLAMA

Bir neçə gündür ölkə ərazisində davam edən intensiv xarakterli yağıntılar bir sıra ərazilərdə, eləcə də Sumqayıt Elektrik Şəbəkəsinin (EŞ) bəzi ərazilərində elektrik enerjisinin verilişində qısamüddətli məhdudiyyət yaradıb. Bu barədə -ın sorğusuna cavab olaraq "Azərişıq" ASC-dən bildirilib

28 mart
.

BŞİH müavini ərazilərə baxış keçirib, tapşırıqlar verilib - VİDEO

Mart ayının 27-si səhər saatlarından etibarən Baki Şəhər İcra Hakimiyyəti, paytaxtın Rayon İcra Hakimiyyətləri və şəhərin digər təsərrüfat strukturları gücləndirilmiş iş rejimində çalışır. Bu barədə -a Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib. Qeyd olunub ki, bəzi ərazilərdə artıq ikinci gündü

28 mart
.

Dünya bu gün 1 saat işıqsız qalacaq

Bu gün bütün dünyada "Yer saatı" (WWF) ümumdünya vəhşi təbiət fondu aksiya keçirir. Axşam.az xəbər verir ki, qlobal aksiya axşam saat 20:30-da başlayacaq və 21:30-a kimi davam edəcək. Aksiyada milyonlarla insan eyni anda işıqları söndürərək iqlim böhranına diqqət çəkəcək. Aksiya hər il martı

28 mart
.

Azərbaycanda duru bitki yağları istehsalı artıb, marqarin istehsalı isə azalıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 9 min 391,4 ton duru bitki yağları istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-cü ilin eyni dövrü ilə müqayisədə 30,2 % çoxdur. Hesabat dövründə Azərbaycanda həmçinin 5 min 816,4 ton marqarin istehsa

29 mart
.

Bakının bəzi ərazilərində yağış kollektorlarında problem yaranıb - İcra başçıları hadisə yerində - FOTO

Mart ayının 27-si səhər saatlarından etibarən Baki Şəhər İcra Hakimiyyəti, paytaxtın Rayon İcra Hakimiyyətlərinin başçıları, onların aparatı və aidiyyəti təsərrüfat strukturları gücləndirilmiş iş rejimində çalışırlar. xəbər verir ki, bəzi ərazilərdə gün ərzində normadan dəfələrlə artıq yağan yağış nəticəsind

28 mart
.

Güclü yağışdan sonra paytaxtda genişmiqyaslı daxili iməclik keçirilib

Bir heçə gün ərzində Bakı şəhərinə yağan şiddətli yağışlardan sonra onun fəsadlarının aradan qaldırılması və səhərin sanitar-təmizlik səviyyəsinin lazımı səviyyəyə çatdırılması məqsədilə martın 30-da Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən təmizliklə bağlı paytaxtda genişmiqyaslı daxili iməclik keçirilib

30 mart
.

Leysanda yoxa çıxan nömrələrin dublikatı niyə verilmir? (VİDEO)

Paytaxtda müşahidə olunan güclü yağışlardan sonra küçə və prospektlərdə bir çox avtomobilin dövlət qeydiyyat nişanları suda itib. Son günlər sosial şəbəkələrdə itmiş nömrələrin axtarışı ilə bağlı paylaşımların artması problemin miqyasını açıq şəkildə göstərir. Qaynarinfo Xəzər TV-yə istinadla xəbər veri

30 mart
.

Sabah da intensiv yağış yağacaq: Subasma halları istisna edilmir - 29.03.2026

Azərbaycanda martın 29-na gözlənilən hava şəraiti açıqlanıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində yağan güclü yağıntılarl

28 mart