Uşağın boğaz ağrısı keçmir: valideynlər nə etməlidirlər? LOR həkiminin məsləhətləri

Uşağın boğaz ağrısı keçmir: valideynlər nə etməlidirlər? LOR həkiminin məsləhətləri"Uşağın boğazı uzun müddət sağalmırsa, bu zaman Həkimə müraciət etmək lazımdır, çünki səbəblər müxtəlif ola bilər".

Oxu.Az-ın gazeta.ru-ya istinadla verdiyi məlumata görə, bu barədə rusiyalı otorinolarinqoloq Erjene Dımçikova xəbərdarlıq edib.

O, boğaz ağrısının hansı xəstəliklərdən qaynaqlandığını və özünümüalicə ilə məşğul olmağın fəsadlarından danışıb.

"İlk növbədə qeyd edək ki, boğaz ağrısı geniş spektrli xəstəliklərdən qaynaqlana bilən bir simptomdur: udlaq və qırtlağın iltihabı xəstəliklərindən (faringit, tonzillit, laringit kimi) tutmuş mədənin reflüks xəstəliyinə qədər. Yəni nə qədər paradoksal olsa da, boğaz ağrısının səbəbi, ümumiyyətlə, boğazda deyil, mədədə ola bilər. Bundan əlavə, müxtəlif patogenlər var - viruslar (adi KRVİ), eləcə də qeyri-tipik - Epşteyn-Barr virusu (infeksion mononukleoz), qızılca, sitomeqalovirus, bakteriyalar. Göbələk xəstəliklərini də unutmaq olmaz", - deyə mütəxəssis bildirib.

Onun sözlərinə görə, bundan irəli gələrək uşağın boğazının sağalmamasının səbəbləri ya yanlış xəstəliyin müalicəsidir, ya düzgün aparılmayan müalicədir, ya da müalicənin kifayət qədər aparılmamasıdır.

"Ən böyük təhlükəni tonzillit (angina) yaradır, həm kəskin, həm də xroniki forması (temperatur olmadan kiçik ağrı və ya boğazda qaşınma ilə gedə bilər). Tonzillitin hər iki forması abses (irinlik), bronxit, pnevmoniya şəklində fəsadlara, eləcə də ürək, oynaq, böyrək, dəri xəstəliklərinə səbəb ola bilər", - deyə otorinolarinqoloq xəbərdarlıq edib.

Həkim bildirib ki, sadalanan nəticələrdən əlavə, uzunmüddətli müalicənin olmaması prosesin xronikləşməsinə səbəb ola bilər.

"Xəstəlik xroniki formaya keçdikdə, kiçik xarici təsir zamanı (yüngül soyuqdəymə, dondurma və ya soyuq içkilər) yenidən özünü göstərir. Xroniki xəstəlik kəskin xəstəliyə nisbətən daha çətin müalicə olunur ki, bu da həkimlərə daha tez-tez getmək, profilaktik müayinələrdən keçmək, əlavə müayinələr aparmaq, daha tez-tez dərman qəbul etmək zərurətinə gətirib çıxarır", - deyə mütəxəssis qeyd edib.

Otorinolarinqoloq, həmçinin valideynlərin diqqət yetirməli olduğu simptomları da sadalayıb. Bunların arasında o, aktivliyin azalmasını, iştahanın pisləşməsini, temperaturun yüksəlməsini (uşaq bundan şikayət etməsə belə, gündə 1-2 dəfə ölçmək lazımdır), burun axmasını, öskürəyi, bədəndə və ağızda səpgini, səsin, nəcisin xarakterinin, gözün selikli qişasının dəyişməsini xüsusi qeyd edib.

"Gördüyümüz kimi, görünüşcə adi boğaz ağrısının kifayət qədər çox səbəbi var. Müvafiq olaraq, müalicə də fərqli ola bilər. Buna görə də ilk növbədə pediatr və ya otorinolarinqoloqa müraciət etmək lazımdır. Müayinə məlumatlarından, anamnez toplanmasından asılı olaraq, həkim müalicə üçün tövsiyələr verəcək və ya əlavə müayinə təyin edəcək (boğazdan yaxma, qan, sidik analizi, digər mütəxəssislərin məsləhəti)", - deyə həkim əlavə edib.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1450   Tarix: 17 oktyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Dərinizi yumşaq və gözəl edən təbii VASİTƏ

Məhsul haqqında BURADAN . Təbii inqredientlərdən və vitaminlərdən ibarət effektiv ağardıcı krem. Serum ilə birlikdə. Biokus Acne Ağardıcı Serum vitaminlər, təbii maddələr ilə zənginləşdirilmişdir. Ən yaxşı ağardıcı müalicə hesab olunur. Bu ağardıcı müalicə formulunun tərkibində olan minerallar, meyv

9 sentyabr 2021
.

Danışan ÖRDƏK tapıldı - VİDEO

Avstraliyada Ripper adlı bir ördək "sən lənətə gəlmiş axmaq" kimi bir söz deyə bilir. Yeni araşdırmalara görə, quşun 1980-ci illərin sonlarında Kanberra yaxınlığındakı Tidbinbilla vəhşi təbiət qoruğunda böyütmüş bir baxıcıdan - "lənətə gəlmiş yemək" kimi də yozula bilən ifadəni öyrəndiy

9 sentyabr 2021
.

Pişik "Ginnesin rekordlar kitabı"na düşüb - FOTO

Yaponiyada yaşayan Motimaru adlı şotland pişiyi "YouTube" kanalında ən çox baxılan ev heyvanı olaraq "Ginnesin rekordlar kitabı"na düşüb. xəbər verir ki, pişiyin videohostinqdəki çarxları 685 milyondan çox baxış yığıb. Hazırda o, "YouTube" kanalının ən populyar ev heyvanıdır

11 sentyabr 2021
.

Bu qadın 40 ildir ki, yatmır - Səbəbi açıqlandı

Çində yaşayan Li Zhanying adlı qadın 40 ildir yatmadığını iddia edir. -a istinadən xəbər verir ki, çinli qadının 40 ildir yatmadığını qonşular və həyat yoldaşı da təsdiqləyir. 45 yaşlı çinli qadın 5 yaşından bəri yatmadığını bildirib. Bu səbəbdən bir çox həkimə müraciət etdiyini, ancaq diaqno

8 sentyabr 2021
.

Acun niyə həmişə qara kofta geyinir?

"TV8"in rəhbəri Acun Ilıcalı maraq mövzusu olan qara köynəkləri ilə bağlı suallara aydınlıq gətirib. Axşam.az-a istinadən xəbər verir ki, hər mövsümdə bu tərzdə görünən Acun ona bu cür daha rahat olduğunu və hətta daha 500 ədəd qara kofta sifariş verdiyini açıqlayıb. "Gün ərzində ayaqqab

15 sentyabr 2021
.

Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?

Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. -a istinadən xəbə

16 sentyabr 2021
.

"Twitter"də yeni funksiya istifadəyə veriləcək

"Twitter" sosial şəbəkəsinin rəhbərliyi istifadəçilərin oxucu siyahısından çıxarılmasına imkan verəcək bir funksiyanı sınaqdan keçirir. Bu barədə sosial şəbəkənin rəsmi hesabında məlumat verilir. Qeyd olunur ki, digər insanları abunəlikdən çıxarma əvvəlcə yalnız "Twitter"in brauze

9 sentyabr 2021
.

Fransada porno saytlar məhkəməyə verildi

Fransada 9 aparıcı porno saytına qarşı məhkəmə iddiası qaldırılıb. "e-Enfance" və "La Voix de l’enfant" təşkilatları sayt rəhbərlərini uşaqları böyüklər üçün olan kontentin mənfi təsirindən qorumaq məqsədilə yetərli tədbirlər görməməkdə ittiham edib. İddia ərizəsində bildirilib ki

7 sentyabr 2021
.

Nərimanov rayon Montin qəsəbəsində tam təmirli mənzil satılır!

TƏCİLİ ŞƏXSİ ƏMLAKIMI SATIRAM !Nərimanov rayonu Montin qəsəbəsi, Murtuza Nağıyev küçəsində yeni tikili 16 mərtəbəli binanın 6-cı mərtəbəsində yerləşir. Tikili sahəsi 52 kv.m olan mənzil yataq otağı, zal+studio mətbəx, sanitar qovşaq, dəhliz və iki eyvandan ibarətdir. Qaz, su, işıq daimidir. İstilik sistem

15 sentyabr 2021