Çips, burger, qazlı içki arıqlamağa maneə deyil, sadəcə bir şərt var - Mütəxəssisdən tövsiyə

Çips, burger, qazlı içki arıqlamağa maneə deyil, sadəcə bir şərt var - Mütəxəssisdən tövsiyəSağlam qidalanma mövzusu ilə bağlı çoxlu miflər var. Adekvat qidalanma müxtəlif, balanslaşdırılmış və orqanizmin ehtiyaclarına cavab verən olmalıdır.

Oxu.Az-ın gazeta.ru-ya istinadla verdiyi məlumata görə, bu barədə rusiyalı qastroenteroloq Yekaterina Kaşux deyib.

O, düzgün qidalanma ilə bağlı ən geniş yayılmış miflər haqqında danışıb.

Mif 1. Saat 18:00-dan sonra yemək olmaz

Həkim xatırladıb ki, saat 18:00-dan sonra yeyilən qidanın dərhal bud və bel nahiyələrində özünü göstərəcəyi inancı çox yayılıb.

"Bu qaydaya əməl etmək kifayət qədər çətindir, çünki bir çox insan saat 18:00-da ofisdə iş gününü yenicə bitirir. Bundan əlavə, bu vaxt şam yeməyi yesəniz, yatana qədər ən azı dörd-beş saat keçəcək və insan acmağa macal tapacaq. Nəticədə, o, ya gecə yatmazdan əvvəl qəlyanaltı etməli, ya da ac yatmalı olacaq", - deyə o bildirib.

Y.Kaşux izah edib ki, bu qayda faydasızdır.

"Bəlkə də bir müddət belə bir vaxt cədvəlinə əməl etmək qəbul edilən kalorinin miqdarını azaltmağa imkan verəcək, lakin əksər insanlar üçün bu çətindir və qida pozuntularına səbəb ola bilər. Şam yeməyini yatmazdan iki-üç saat əvvəl yeməyi tövsiyə edirlər, hər kəs öz bioritmlərinə və həyat cədvəlinə əsasən optimal vaxtı hesablamalıdır", - deyə mütəxəssis vurğulayıb.

Mif 2. Karbohidrat qəbulunu azaltmaq lazımdır

Mütəxəssis qeyd edib ki, aşağı karbohidratlı pəhrizlər dəbdən düşmür.

"Kreml pəhrizi", keto pəhrizi, Dukan pəhrizi, paleo pəhrizi - çoxlu zülal və yağ tərkibli rasionlardır, bunlarda karbohidratlar gündəlik kalori həcminin yalnız kiçik bir hissəsini təşkil edir. Yaponiya mütəxəssisləri tərəfindən 272 min nəfərin məlumatları əsasında aparılan genişmiqyaslı meta-təhlil göstərib ki, aşağı karbohidratlı pəhrizə əməl etmək vaxtından əvvəl ölüm riskini artırır. Balanslaşdırılmış rasionda karbohidratlar 50-55% təşkil etməlidir. Yadda saxlamaq vacibdir ki, böyük hissə mürəkkəb karbohidratların payına düşməlidir. Bunlara yarma, paxlalılar, bərk buğda növlərindən hazırlanmış makaron, tam taxıllı çörək aiddir", - deyə Y.Kaşux vurğulayıb.

Mif 3. Gündə mütləq 2 litr su içmək lazımdır

Qastroenteroloq qeyd edib ki, su qəbulu normasının hesablanması üçün müxtəlif prinsiplər mövcuddur:

"Bəzi mənbələrdə qəbul edilmiş hər 1 kaloriyə 1 ml maye qəbul etmək tövsiyə olunur, digərlərində gündəlik norma bədən kütləsinə əsasən hesablanır. Əslində, belə mürəkkəb hesablamaları nəzərə almaq heç də vacib deyil: beyindəki susuzluq mərkəzi orqanizmin "nəmliyini" mükəmməl şəkildə nəzarətdə saxlayır, buna görə də, hər bir insan üçün ehtiyac duyduğu qədər içmək kifayətdir. İsti havada, idmanla məşğul olarkən orqanizm tərləmə ilə sürətlə nəm itirdiyindən maye qəbulunu artırmaq vacibdir. Həmçinin KRVİ (kəskin respirator virus infeksiyası), bağırsaq infeksiyaları və orqanizmin intoksikasiyasına səbəb olan digər xəstəlikləri olan şəxslərə daha çox içmək tövsiyə olunur".

Mif 4. Sağlam rasionda şirniyyat və fastfudu tamamilə istisna etmək lazımdır

Y.Kaşux qeyd edib ki, sağlam həyat tərzinin tərəfdarları tez-tez "zərərli" qidaları - fastfud, şirniyyat, qəlyanaltılar, qazlı içkiləri kəskin tənqid edirlər.

"Bu cür qidada həqiqətən çoxlu kalori, yağ, şəkər, duz və az faydalı qida maddələri var. Lakin onu tamamilə rasiondan çıxarmaq vacib deyil. Onun gündəlik kalori həcminin 15%-dən çox olmaması kifayətdir.

Yalnız faydalı qidaların arxasınca düşüb özünü unutmaq adətən məqsədə çevrilir, insan həyatının ancaq qida ətrafında fırlandığını belə hiss etmir. Bundan əlavə, daimi özünüməhdudlaşdırma psixika üçün çox da faydalı deyil. Həftədə bir dəfə bir stəkan qazlı içki, bir az çips və ya burger heç bir zərər verməz, ancaq qalan vaxtlarda insan balanslaşdırılmış qidalanmalıdır.

Mif 5. Fraksiyalı qidalanma metabolizmi sürətləndirir

"Deyirlər ki, tez-tez kiçik porsiyalarla qidalanmaq arıqlamağa kömək edir. Əslində, qida qəbulunun sayı metabolizmə heç bir təsir göstərmir və arıqlamaq üçün qəbul edilən kalorinin həcmini azaltmaq lazımdır. Gündə nə qədər rahatdırsa, o qədər yemək tövsiyə olunur. Əsas məsələ zülallar, yağlar və karbohidratlar arasında balansı qorumaq və bütün qəlyanaltıları nəzərə almaqdır, çünki onların hesabına çox asanlıqla həddindən artıq yemək olar", - həkim vurğulayıb.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1535   Tarix: 17 oktyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Qaralan kafel aralarını evdəki tək materialla təmizləyin

Kafel aralarında zamanla yaranan qaralmalar üçün bahalı təmizlik vasitələrinə ehtiyac qalmır. Evdə olan tək bir materialla təmizlik artıq daha asan olacaq. xəbər verir ki, vanna otağı və mətbəxlərdə zamanla qaralan kafel araları təmizlik edilsə də, istənilən görüntünün əldə edilməsini çətinləşdirə bilər

14 noyabr
.

Rent a car üçün ən çox seçilən avtomobillər hansıdır?

Sedan, yoxsa krossover icarəyə götürmək istəyirsiniz? Avtomobil seçərkən nələrə diqqət edilməlidir? Rent a car üçün ekonom, sedan, SUV və miniven avtomobillər təklif olunur. Avtomobillər salon genişliyi, yanacaq sərfiyyatı və baqaj həcminə görə fərqlənir. Ekonom sinif rent a car avtomobilləri. Az yanaca

17 noyabr
.

Mətbəxdə paket yığanlara mütəxəssislərdən xəbərdarlıq: Təhlükə saçır

Milyonlarla evdə marketlərdən gətirilən plastik paketlər "bir gün lazım olar" deyə mətbəx şkaflarında və ya rəflərin altında toplanır. Lakin mütəxəssislər demək olar ki, hər kəsin etdiyi bu vərdişin ciddi səhiyyə təhlükələri yaratdığını bildirərək, həmin paketlərin dərhal evdən atılması üçü

7 noyabr
.

Əvvəl ağ idi: təkər şinləri niyə qara rəngdə istehsal olunur?

Bu gün yollarda gördüyümüz avtomobillərin demək olar ki, hamısının təkərləri qara rəngdədir. Lakin maraqlıdır ki, ilk avtomobil şinləri qara deyil, ağ rəngdə istehsal olunurdu. Bəs zamanla onların rəngi niyə dəyişdi?. xarici mediaya istinadən xəbər verir ki, avtomobil şinlərinin qara rəngdə olmasını

15 noyabr
.

5 5 5 5 = 24: Bu tənliyi doğru edəcək üç riyazi işarə hansılardır?

Tənliyi doğru etmək üçün dörd 5 arasında üç riyazi işarə qoymalısınız. Dörd eyni rəqəm və istədiyiniz nəticə. Bu riyazi tapmacada yalnız üç hesab işarəsi yoxdur. Tapmaca şərti:. 5 5 5 5 = 24. -ın xəbərinə görə, tənliyi doğru etmək üçün dörd beşlik arasında üç riyazi simvol yerləşdirməlisiniz. Toplama

8 noyabr
.

Beyin əməliyyatından sonra insanları pişik kimi görməyə başladı

ABŞ-də yaşayan 28 yaşlı kişi keçirdiyi beyin əməliyyatından sonra nadir görülən nevroloji pozğunluqla üzləşib. Belə ki, o, gün ərzində qarşılaşdığı insanların üzlərində öz ev heyvanı - "Luna" adlı pişiyinin cizgilərini görməyə başlayıb. "Qafqazinfo" xəbər verir ki, Dartmut Kollec

17 noyabr
.

Qadınlar kişilərdən daha çox üşüyür - SƏBƏB

Alimlər qadınların soyuğu kişilərdən daha tez hiss etməsinin və daha isti mühitə üstünlük verməsinin mümkün bioloji səbəbini araşdırıblar. Tədqiqatın nəticələrinə görə, temperaturun qavranılmasına testosteron və dərinin sinir uclarında yerləşən xüsusi zülal reseptorları təsir göstərə bilər. xarici mediay

15 noyabr
.

Telefonları folqaya bükməyə başladılar - SƏBƏBİ...

Ağıllı telefon istifadəçiləri rəqəmsal gizlilik üçün maraqlı bir üsula müraciət edirlər. Cihazı kənar siqnallardan təcrid etmək məqsədilə alüminium folqadan istifadə olunması geniş müzakirə olunur. xəbər verir ki, telefonu alüminium folqaya bürümək cihazın xarici aləmlə qurduğu naqilsiz əlaqələri kəsmə

14 noyabr
.

Uşaqlar niyə kitab oxumaqdan uzaqlaşır? - Psixoloq səbəbləri açıqladı

Müasir dövrdə uşaqlar saatlarla telefon və planşet qarşısında vaxt keçirsələr də, kitab oxumağa gəldikdə tez darıxırlar. Mütəxəssislər bunun əsas səbəblərindən biri kimi rəqəmsal oyunların və qısa videoların daha sürətli əyləncə təqdim etməsini göstərirlər. xəbər verir ki, bu barədə Türkiyənin TRT Habe

18 noyabr