Ukrayna ilk "Mirage-2000" təyyarələrini 2025-ci ilin əvvəlində alacaq
Ukrayna "Mirage-2000" qırıcılarının ilk partiyasını 2025-ci ilin əvvəlində alacaq.
"Report" xəbər verir ki, bu barədə Fransanın Avropa və xarici işlər naziri Jan-Noel Barro Kiyevdə ukraynalı həmkarı Andrey Sibiqa ilə keçirdiyi brifinqdə bildirib.
"İlk "Mirage-2000" təyyarələri gələn ilin əvvəlində Ukraynaya veriləcək. Həmçinin, Fransa bu təyyarələr üçün pilotların hazırlanması ilə də məşğul olacaq", - o deyib.
Fransalı nazir əlavə edib ki, Paris Ukraynanın hazırladığı qələbə planını dəstəkləyir.
Ukrayna mətbuatının yazdığına görə, Fransa Ukraynaya 20 ədəd "Mirage-2000-5F" qırıcısı verməyi planlaşdırır.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 778 Tarix: 19 oktyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Yəmən husiləri İrana dəstək ifadə ediblər
Yəmən husiləri ABŞ və İsrailə qarşı yürütdüyü siyasətə görə İranı dəstəkləyir. "Report" xəbər verir ki, bunu İranın xarici işlər naziri ilə Tehrandakı görüş zamanı Yəməndə "Ənsarullah" (husi) hökumətinin Baş nazirinin müavini Cəlal əl-Ruyşan deyib. İranın xarici işlər naziri isə Amerik
5 iyulFransa ordusunda yeni dövr: Əsgərləri robotlar əvəz edəcək
Fransa Silahlı Qüvvələri süni intellektlə idarə olunan robotlardan ibarət hərbi bölmənin yaradılması layihəsi üzərində işləyir. "Le Point"a istinadən xəbər verir ki, "Pendragon" adlı təşəbbüs çərçivəsində piyada bölmələrindən birinin əsgərlərlə deyil, robotlarla əvəz edilməsi planlaşdırılır
5 iyulHamıdan sonra o gəldi - Video
Ankarada keçirilən NATO Dövlət və Hökumət Başçıları Zirvəsi çərçivəsində Prezident Kompleksində təşkil olunan rəsmi şam yeməyinə son qatılan lider İtaliyanın Baş naziri Corciya Meloni olub. "Qafqazinfo" xəbər verir ki, Melonini Prezident Kompleksində Türkiyənin Vitse-prezidenti Cevdet Yılma
8 iyulKXDR-də yeni esminesin silah sınaqları keçirilib
Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen In "Kan Qon" esminesindən strateji qanadlı raketlərin buraxılışını izləyib. "Report" Koreya Mərkəzi Teleqraf Agentliyinə (KMTA) istinadən xəbər verir ki, sınaqlar zamanı gəminin əsas silah sistemləri, o cümlədən göyərt
5 iyulTramp: "ABŞ çox tezliklə Marsa uçuş həyata keçirə bilər"
ABŞ Prezidenti Donald Tramp ölkəsinin "çox tezliklə" Marsa idarəolunan kosmik uçuş həyata keçirə biləcəyini hesab edir. TASS agentliyinə istinadən xəbər verir ki, o, bu barədə Vaşinqtonda Müstəqillik Bəyannaməsinin imzalanmasının 250-ci ildönümü münasibətilə təşkil olunmuş tədbirdə çıxışı zaman
5 iyulHindistanın cənubunda qayıq qəzasında altı balıqçı itkin düşüb
Hindistanın cənub-şərqindəki Andxra-Pradeş ştatının Vizak sahillərində qayığın aşması nəticəsində altı balıqçı itkin düşüb. "Report" xəbər verir ki, bu barədə "Press Trust of India" məlumat yayıb. Qayıqda olan yeddi balıqçı iyulun 1-də balıq ovuna çıxıb. Ehtimal olunur ki, qayıq fırtın
5 iyul