Fransadan aqressiv və sərt addımlar: İnsanları ölkədən çıxarmaq istəyir - TƏHLİL

Fransadan aqressiv və sərt addımlar: İnsanları ölkədən çıxarmaq istəyir - TƏHLİLSosial problemlərlə yanaşı, miqrasiya, ksenofobiya, irqi ayrı-seçkilik Fransanın üzləşdiyi çoxsaylı problemlərdəndir. Ölkənin yeni baş naziri bəlli olduqdan sonra bu problemlər özünü daha qabarıq göstərir. Xüsusən də miqrasiya məsələsi. Hökumət artıq oktyabr ayını qanunsuz miqrasiya ilə mübarizədə radikal tədbirlər ayı olacağını bildirib.

"Kaspi" qəzetinin Fransanın miqrasiya siyasətinə həsr olunmuş məqaləsini təqdim edirik.

Qanunsuz miqrantların deportasiyası sürətlənəcək

"Darmanin" adlanan yeni qanun qeyri-qanuni miqrantların deportasiyasına nəzarəti gücləndirmək üçün tədbirləri ehtiva edir. Qanun cinayət törətmiş əcnəbilərin Fransadan deportasiyasını da nəzərdə tutur.

Miqrantlarla bağlı atılacaq sərt addımları yeni daxili işlər naziri Bruno Retayo elan edib. O, Madaqaskar yaxınlığındakı adalar qrupu olan Fransanın dənizaşırı departamenti Mayottaya Afrikadan gələn qanunsuz miqrantların deportasiyasını sürətləndirməyi əmr edib. Fransada sığınacaq axtaranlar təyyarə ilə Konqo Demokratik Respublikasına (KDR) göndəriləcəklər. Əgər bu təcrübə uğurlu olarsa, gələcəkdə ölkənin Avropa hissəsinə qanunsuz gələn hər kəsə şamil edilə bilər. Nazir bir sıra Afrika ölkələri, xüsusən də Ruanda və Burundi ilə danışıqlar aparılacağını da elan edib. Fransa üçün daha böyük problem Aralıq dənizi vasitəsilə ölkənin kontinental hissəsinə gələn qanunsuz miqrantlardır. Retayo problemi radikal şəkildə həll etmək niyyətindədir.

"Bu qanun Fransa adına məğlubiyyətdir"

Bu qərarlar ölkədə hakimiyyətdən narazılığı pik həddə çatdırıb. Paytaxt Parisdə yeni qanuna qarşı etirazlar artıb. Etirazçılar prezident Emmanuel Makrondan yeni, radikal miqrasiya sənədini imzalamamağı tələb edirlər. Məlumata görə, yeni hökumət qeyri-qanuni miqrantların cəmiyyətə daxil olmasının qarşısını almaq üçün Avropa İttifaqı (Aİ) səviyyəsində daha sərt miqrasiya siyasətini təşviq etmək niyyətindədir.

Layihəyə narazılıq edənlər arasında hətta keçmiş prezident Fransua Olland da var. O bildirib ki, miqrasiya qaydalarını sərtləşdirmək üçün qəbul edilmiş qanun Fransa adına məğlubiyyətdir. "Konstitusiyaya zidd müddəalarla yeni qanun qəbul edildikdə, bu, irəliləyiş kimi qiymətləndirilə bilməz", - deyə Olland bildirib.

Narazılıqlar elə ciddi səviyyədə olub ki, Makron Fransa hakimiyyətinin miqrantlara qarşı çıxmadığına dair tələsik bəyanat vermək məcburiyyətində qalıb.

Prezidentlə nazirin gizli anlaşması?

Bu, sentyabrın 19-da formalaşdırılan Mişel Barnyenin Nazirlər Kabinetində anlaşılmazlığın ilk nümunəsidir. Xatırladaq ki, yeni hökumət azlıq hökumətidir. Koalisiyanı parlamentdə deputatların sayına görə üçüncü qüvvə olan prezidentyönlü "Respublika uğrunda birlikdə" bloku və bir sıra mərkəzçi sağ fraksiyalar formalaşdırıblar. Məsələn, Retayo 2015-ci ildən respublikaçıların sıralarındadır. Ola bilsin ki, prezidentlə DİN rəhbəri arasında heç bir anlaşılmazlıq yoxdur. İstisna deyil ki, problemin miqyasını dərk edən Makron "məcburi" hökumətin əli ilə ultra-sağ xarakterli tədbirlər həyata keçirmək və eyni zamanda sol qüvvələrin tənqidindən qaçmaq istəyir. Konkret olaraq Mayottada qanunsuz miqrantlarla bağlı vəziyyət Fransanın digər yerlərindən daha pisdir. Adalar kiçikdir, Avropadan uzaqdadır, üstəlik orada özünəməxsus problemlər var. Mayottada quraqlıq səbəbindən içməli su qıtlığı yaranıb. Minlərlə qanunsuz miqrantı da su ilə təmin etmək lazımdır. Sağyönümlü "Valeurs actuelles" jurnalı yazır ki, onları artıq nə xüsusi mərkəzdə, nə də hətta əsas həbsxanada saxlamaq mümkündür. Yerli hakimiyyətin məlumatına görə, birincinin həddindən artıq dolğunluğu 245%, ikincisinin isə 151,6% təşkil edir. Ümumilikdə Fransa həbsxanaları da orta hesabla 126,4% yükləniblər.

Yeni qanun hazırlanacaq

Artan etirazlar fonunda hökumət 2025-ci ildə ölkədə yeni miqrasiya qanununun qəbul edilməsini təklif edəcək. Bu barədə hökumət sözçüsü Mod Brejon bəyan edib. 2025-ci ildə "yeni miqrasiya qanununa ehtiyac yaranacaq", - deyə yeni hökuməti təmsil edən Brejon BFMTV telekanalına bildirib. Hökumət sözçüsünün sözlərinə görə, yeni mətnə Retayonun "təhlükəli qanunsuz əcnəbilərin inzibati saxlama mərkəzlərində saxlanma müddətinin uzadılmasına kömək etmək" təklifi daxil ediləcək ki, bu da maksimum saxlanma müddətini 90 gündən 210 günə qədər artırmağa imkan verəcək. Brejon həmçinin qeyd edib ki, növbəti mətnə işçi qüvvəsinin kəskin çatışmazlığı olan regionlarda qanunsuz işçilərin leqallaşdırılması daxil ola bilər. Qanun mətni Milli Assambleya və Senatın parlament qrupları ilə müzakirə ediləcək. "Milli Birlik" Barnye hökumətinə etimadsızlıq göstərməkdən imtina etməsini yeni immiqrasiya qanununun hazırlanmasından asılı edib. 2024-cü ilin yanvarında qüvvəyə minən son immiqrasiya qanunu kəskin müzakirələrin mövzusu olub. O vaxt nisbi çoxluğa malik olan Makronun partiyası qanunu ifrat sağçı "Milli Birliy"in bitərəf qalması sayəsində qəbul etdirə bilmişdi.

Beləliklə, Fransa miqrasiya problemlərini aqressiv və sərt addımlarla həll etməyə çalışır. Repressiv addımlarla insanları ölkədən çıxarmağa ümidlidir. Lakin bu, problemləri həll edə biləcəkmi? Görünən odur ki, buna nail olmaq asan olmayacaq.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 781   Tarix: 19 oktyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Tramp Si Cinpinə qartal heykəli hədiyyə etdi

ABŞ prezidenti Donald Tramp Vaşinqtona səfər edən Çin prezidenti Si Cinpinə qartal heykəli hədiyyə edib. xəbər verir ki, Tramp heykəlin Pekində şərəfli yer tutacağına ümid etdiyini bildirib. "Bu, görkəmli bir amerikalı rəssamın hədiyyəsidir və bu gün ən yaxşılarından biridir. Melaniya (Amerika liderini

25 sentyabr
.

NATO təlimində şok insident: Hərbçilərə atəş açıldı

NATO-nun Latviyadakı Adazi hərbi poliqonunda baş tutan təlimlərin gedişatında İtaliya ordusunun dörd hərbi qulluqçusu yaralanıb. -ın məlumatına görə, bu barədə İtaliya Müdafiə Nazirliyinin rəsmi açıqlamasında bildirilir. Bədbəxt hadisə atəş hazırlığı məşqləri zamanı qeydə alınıb. Nazirliyin dəqiqləşdirməsin

26 sentyabr
.

Qırğızıstanda prezident seçkilərinin vaxtı açıqlanıb

Qırğızıstan parlamenti (Joqorku Keneş - Qeyd) növbəti prezident seçkilərinin 27 yanvar 2027-ci ildə keçirilməsini təyin edib. xəbər verir ki, prezident seçkilərinin keçirilməsi ilə bağlı qərarı iclasda iştirak edən 86 deputatın hamısı dəstəkləyib. Qırğızıstan Konstitusiyasının 80-ci maddəsinin 2-ci hissəsin

24 sentyabr
.

Daha bir dünya lideri Makronun dəvətini rədd etdi

İtaliyanın Baş naziri Corcia Meloni sentyabrın 28-də Fransanın Mets şəhərində keçiriləcək və Roma Papası XIV Levin apostol səfərinin son günündə çıxış edəcəyi görüşə qatılmayacaq. xəbər verir ki, bu barədə TASS İtaliya hökumət başçısının mətbuat xidmətinin açıqlamasına əsasən məlumat yayıb. Məlumat

26 sentyabr
.

Avropa Birliyi İran münaqişəsinin həlli üçün diplomatik səyləri dəstəkləməyə hazırdır

Avropa Şurasının prezidenti Antonio Kosta BMT Baş Assambleyasının iclası çərçivəsində İran prezidenti Məsud Pezeşkianla görüşdükdən sonra bildirib ki, Avropa İttifaqı İranla bağlı davam edən münaqişənin yalnız diplomatik yolla həll edilməsində israr edir. xəbər verir ki, Koşta özünün X səhifəsində yazıb

24 sentyabr
.

Çin süni intellekt serverlərini okeanın dibinə yerləşdirdi

Çin Şanxay sahillərində külək enerjisi ilə işləyən sualtı data mərkəzini kommersiya fəaliyyətinə keçirib. Layihə süni intellekt və digər yüksək hesablama gücü tələb edən texnologiyalar üçün enerji və soyutma xərclərini azaltmaq məqsədi daşıyır. Qaynarinfo xəbər verir ki, Şanxayın Linqanq Xüsusi Ərazis

24 sentyabr
.

ABŞ və Çin Busan ticarət müqaviləsini uzatmaq barədə razılığa gəliblər

ABŞ və Çin tərəflərin bir-birinə tətbiq etdiyi bəzi ticarət məhdudiyyətlərindən imtinanı nəzərdə tutan razılaşmanı 10 yanvar 2027-ci ilə qədər uzatmaq barədə razılığa gəliblər. xəbər verir ki, bunu ABŞ Maliyyə Naziri Skott Besant bildirib. "Bu gün iki ölkəmiz arasındakı iqtisadi gərginliyi azaltma

24 sentyabr
.

Makron prezidentliyə qayıdacağını istisna etmədi: "Həyat sürprizlərlə doludur"

Fransa Prezidenti Emmanuel Makron səlahiyyət müddəti başa çatdıqdan sonra yenidən dövlət başçısı postuna qayıda biləcəyini istisna etməyib. xəbər verir ki, bu barədə "Variety" nəşri məlumat yayıb. "Gəlin məsələyə aydınlıq gətirək: konstitusiyamıza görə, vətəndaşın ardıcıl olaraq iki dəf

26 sentyabr
.

Qadınlar niyə evləndikdən sonra soyadını dəyişir? - Ənənənin tarixi

Qadınların evlilikdən sonra ərinin soyadını qəbul etməsi bu gün bir çox cəmiyyətdə adi hal kimi qəbul olunsa da, ənənənin tarixi kifayət qədər mürəkkəbdir. Tarixçilərin fikrincə, bu qayda bütün ölkələrdə eyni vaxtda və eyni səbəblərlə formalaşmayıb. Qaynarinfo xəbər verir ki, UNİAN bu ənənənin tarixin

25 sentyabr