600-dən yuxarı bal toplayanların hərbi xidməti barədə yeni DETALLAR

600-dən yuxarı bal toplayanların hərbi xidməti barədə yeni DETALLARYüksək intellektual potensiala malik gənclərin bütün digər sahələrdə olduğu kimi müdafiə sahəsində də geniş dəyərləndirilməsi fürsətlərinin yaradılması Müdafiə Nazirliyinin diqqət mərkəzindədir. Azərbaycan Ordusunun kadr potensialının gücləndirilməsi istiqamətində görülən fəaliyyətlərdə Milli Müdafiə Universitetinin də üzərinə önəmli vəzifələr düşür. Bu gün dəyişən dünya təhlükəsizliyi mühitində rəqabətli insan kapitalının formalaşdırılması, eləcə də insan resurslarının düzgün və məqsədyönümlü layihələrdə dəyərləndirilməsi fəaliyyəti Milli Müdafiə Universitetinin prioritet istiqamətlərindən biridir.

Bu hədəflərə nail olmaq məqsədilə Milli Müdafiə Universiteti Azərbaycan Ordusunda həqiqi hərbi xidmət keçən yüksək intellektli gənclərin seçilməsi, onların Müdafiə Nazirliyinin struktur qurum və bölmələrində fəaliyyətlərə cəlb edilməsi üzrə xüsusi layihəni həyata keçirir.

Milli Müdafiə Universiteti rektorunun təhsil məsələləri üzrə müşaviri Rəşad Əhmədov proqramın məqsədləri, şərtləri və gələcək perspektivləri barədə "Azərbaycan müəllimi"nə açıqlama verib.

O qeyd edib ki, ali məktəblərə qəbul olduqları zaman imtahanlardan 600 və daha yuxarı bal toplayan şəxslər, respublika və beynəlxalq fənn olimpiadalarının qalibləri, həmçinin "Times Higher Education World University Rankings" beynəlxalq reytinqində ilk 500 yerə sahib ali təhsil müəssisələrinin bakalavriat və magistratura proqramlarının məzunları layihədə yer alırlar. Burada məqsəd yüksək intelekt sahibi gənclərin potensial imkanlarından müdafiə fəaliyyətləri çərçivəsində milli maraqlar naminə yararlanmaq, eləcə də gənclərə xidmətlərini çəkdikləri müddətdə unikal təcrübə qazandırmaq fürsəti yaratmaqdan ibarətdir:

"Bu layihə iştirakçılara ciddi və unikal təcrübə qazandıracaq ki, bu da öz növbəsində onların gələcək karyera inkişafında təkanverici rol oynayacaq. Layihə iştirakçıları hərbi xidmətdən sonra Azərbaycan Ordusunda qalıb xidmət də edə bilərlər".

Müşavir əlavə edib ki, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsi istiqamətində tövsiyələrinin icrasına müvafiq olaraq onların müxtəlif elmi və praktiki layihələrə cəlb edilmələri layihənin önəmini artırır:

"Milli Müdafiə Universiteti tərəfindən həyata keçirilən bu proqram müdafiə sahəsində ixtisaslaşmaq və karyera qurmaq istəyən gənclər üçün geniş fürsətlər yaradır. Gənclər həm ölkənin müdafiə qabiliyyətinin artırılmasına öz töhfələrini verə bilmək, həm də gələcək karyeralarını qurmaq imkanına sahib olacaqlar. Layihənin digər önəmli tərəfi də orta məktəb şagirdlərinin bu layihə sayəsində təhsilə olan marağının artırılmasının təşviqidir".

Müsahibənin sonunda Rəşad Əhmədov layihədə iştirak edən gənclərə inam və etimadın böyük olmasından və onların bu layihə sayəsində öz potensiallarını reallaşdıracaqlarından əminliyini ifadə edib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1941   Tarix: 19 oktyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI

Bakıda "Formula-1" Azərbaycan Qran-prisi ilə əlaqədar Bakı Şəhər Halqasının keçdiyi küçələrdə nəqliyyatın hərəkətinə tətbiq edilən məhdudiyyət bu gün gecəyarısı 00:00-da başa çatacaq. xəbər verir ki, yarışların başa çatmasından dərhal sonra - sentyabrın 26-da ərazidə quraşdırılmış konstruksiyaları

26 sentyabr
.

"Təhlükəsizlik artıq yalnız sərhədlərin qorunmasından ibarət deyil" - Əli Nağıyev

Sentyabrın 22-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təşkilatçılığı və beynəlxalq təşkilatların, eləcə də 100-dən artıq ölkənin xüsusi xidmət orqanlarının rəhbərlərinin və yüksək səviyyəli nümayəndələrinin iştirakı ilə "Qlobal təhlükəsizlik arxitekturasında yeni çağırışlar və terrorçuluğa qarş

24 sentyabr
.

MƏRHUMUN BANK KREDİTİ ailənin boynuna qalır? - AÇIQLAMA

Vərəsəlik zamanı mirasın bölüşdürülməsi ilə yanaşı, mərhumun üzərinə götürdüyü maliyyə öhdəlikləri də gündəmə gəlir. Bank kreditləri, fiziki şəxslərə olan borclar və digər öhdəliklərin vərəsələrə hansı hallarda keçməsi isə cəmiyyətdə suallar doğurur. Xüsusilə mirası qəbul edən şəxslərin mərhumun borcların

27 sentyabr
.

Florian Zenqstşmid: "Bölgələrdə yeni turizm mərkəzləri formalaşdırılır"

Azərbaycanın bölgələrində yeni turizm mərkəzləri formalaşdırılır. "Report" xəbər verir ki, bunu Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədri Florian Zenqstşmid Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (2nd Azerbaijan Internationa

26 sentyabr
.

ŞAD XƏBƏR - Bu şəxslər daha TEZ PENSİYAYA ÇIXACAQ

Azərbaycan Respublikasının qanunvericiliyi müəyyən kateqoriyadan olan şəxslərə ümumi pensiya yaş həddini gözləmədən, daha tez təqaüdə çıxmaq hüququ verir. Bu güzəştlər əsasən iş şəraiti, xüsusi peşə fəaliyyəti, ailə tərkibi və sağlamlıq vəziyyəti kimi faktorlar nəzərə alınaraq tətbiq edilir. "Yen

26 sentyabr
.

Bu ilin avqust ayında aylıq sosial müavinət və təqaüd alanlar...

2026-cı ilin avqust ayında aylıq sosial müavinət və təqaüd alanların sayı 883 084 nəfər olub. Onların 477 042 nəfərini aylıq sosial müavinət, 406 042 nəfərini isə təqaüd alanlar təşkil edib

27 sentyabr
.

2027-ci ildə pensiyalar nə qədər arta bilər?

2026-cı ilin başa çatmasına bir neçə ay qalsa da, artıq ictimaiyyət arasında müzakirə edilən məsələlərdən biri də 2027-ci il üzrə pensiyaların artımıdır. Artıq pensiyaların nə qədər artacağı ilə bağlı müxtəlif proqnozlar səsləndirilir. Maraqlıdır, bəs gələn il əmək pensiyaları nə qədər arta bilər?. "Qafqazinfo"

27 sentyabr
.

Pensiya və müavinətlərlə bağlı YENİ XƏBƏR

Bu ilin yanvar-avqust ayları ərzində 124 026 pensiya, müavinət və təqaüd təyinatı elektron infrastruktur üzərindən proaktiv qaydada həyata keçirilib. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna (DSMF) istinadən xəbər verir. Məlumata görə

27 sentyabr
.

Sabah hava necə olacaq? - Açıqlandı

Sentyabrın 27-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumatına əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi səhər şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperatur

26 sentyabr