Niderland Ukraynaya 42,6 milyon avroluq PUA verəcək
Niderland Ukraynaya 42,6 milyon avro dəyərində pilotsuz uçuş aparatları (PUA) vermək niyyətindədir.
"Report"un məlumatına görə, bu barədə Niderland Müdafiə Nazirliyinin rəhbəri Ruben Brekelmans "X" sosial şəbəkəsində məlumat verib.
"Ukraynanın hazırda müasir PUA-lara böyük ehtiyacı var. Buna görə də Niderlandın "DeltaQuad" şirkəti Ukraynanı 42,6 milyon avro dəyərində kəşfiyyat PUA-ları ilə təmin edəcək", - o yazıb.
Brekelmans bildirib ki, bu, PUA-larla bağlı planlarının ilk konkret icrasıdır.
Silahsız kəşfiyyat aparatları uzun məsafələrə uça bilir və döyüş meydanından real vaxt rejimində məlumat əldə etmək, informasiya toplamaq və düşmənin fəaliyyətinə nəzarət etmək üçün istifadə olunur.
Niderland tərəfi təhlükəsizlik baxımından sözügedən PUA-ların sayını açıqlamayıb.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 512 Tarix: 20 oktyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Tramp Si Cinpinlə görüşündə Yaponiyanın Baş nazirini müdafiə edib
ABŞ Prezidenti Donald Tramp Çin Xalq Respublikasının Sədri Si Cinpinlə danışıqlar zamanı Çin lideri onu tənqid edərkən Yaponiyanın Baş naziri Sanae Takaiçini dəstəkləyib. "Report" xəbər verir ki, bu barədə Yaponiyanın "Yomiuri Shimbun" qəzeti hökumət mənbələrinə istinadən yazıb. Nəşri
24 may"Netflix" layihələri ilə tanınan aktyor Kanadada ölü tapıldı
İtkin düşmüş "Netflix" layihələri ilə tanınan aktyor Stüart Maklin Kanadada ölü tapılıb. CBC telekanalına istinadən xəbər verir ki, aktyorun 45 yaşı olub. O, bir müddət əvvəl itkin düşmüş şəxs kimi axtarışa verilib. Maklinin meyiti yaşadığı əraziyə yaxın olan Lions Bay bölgəsində aşkarlanıb
24 mayWi-Fi dövrünün sonu: Dünya yeni bir texnologiyaya keçməyə hazırlaşır
Getdikcə daha çox şirkət və istifadəçi adi Wi-Fi texnologiyasına alternativ hesab edilən LiFi texnologiyasına maraq göstərir. Yeni sistemin əsas xüsusiyyəti ondan ibarətdir ki, məlumat ötürülməsi üçün radio dalğaları deyil, LED lampaların işığından istifadə olunur. Qaynarinfo xəbər verir ki, bu barəd
25 mayAvtomobil bazarında yeni böhran: Sintetik yağlara limit qoyuldu
"Nissan" və "Toyota" şirkətləri sintetik mühərrik yağlarının tədarükünə limit tətbiq etməyə və dilerlərə göndərilən həcmləri azaltmağa başlayıblar. "Carscoops" nəşrinə istinadən xəbər verir ki, sürtkü materialları böhranı günü-gündən daha da kəskinləşir. Avtomobil istehsalçılarını
24 mayPakistanda qatar partladıldı: 24 ölü, 50-dən çox yaralı
Pakistanın Kvetta şəhərində (Bəlucistan əyaləti) qatarın partladılması nəticəsində həlak olanların sayı 24 nəfərə çatıb, 50-dən çox insan isə xəsarət alıb. -ın məlumatına görə, bu barədə "Agence France-Presse" agentliyi yerli yüksəkvəzifəli məmura istinadən xəbər verir. "Qatar Kvettada
24 may