İsrail ordusu Qəzzanın şimalına zərbələr nəticəsində ölənlərin sayının şişirdildiyini iddia edib
İsrail Müdafiə Qüvvələri (İMQ) bazar günü gecə Qəzza zolağının şimal hissəsinə endirilmiş hava zərbələri nəticəsində ölənlərin sayı haqqında məlumatın həqiqətəuyğun olmadığını iddia edib.
"Report" xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti açıqlama yayıb.
Qeyd olunub ki, HƏMAS tərəfindən dərc edilmiş qurbanlar haqqında məlumatlar "şişirdilmiş və İMQ-nin istifadə olunan sursatın növü və onun dəqiqlik dərəcəsi haqqında məlumatlarına uyğun deyil".
"İsrail Müdafiə Qüvvələri HƏMAS mənbələri tərəfindən yayılan məlumatları incələməyə davam edəcək və media orqanlarını onlara ehtiyatla yanaşmağa çağırır", – mətbuat xidməti bildirib və vurğulayıb ki, hərbçilər "dəqiq hərəkət edir və mülki əhaliyə fəsadlardan qaçmaq üçün mümkün olan hər şeyi edirlər".
Xatırladaq ki, daha əvvəl İsrail Hərbi Hava Qüvvələrinin Qəzza zolağının şimalındakı Beyt-Lahiya şəhərinə endirdiyi zərbələr nəticəsində onlarla insanın öldüyü, yüzdən çox insanın yaralandığı bildirilmişdi.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 937 Tarix: 20 oktyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Tramp Avropanın miqrasiya siyasətini tənqid edib
ABŞ Prezidenti Donald Tramp bildirib ki, Avropa ölkələri öz miqrasiya siyasətləri səbəbindən üçüncü dünya dövlətlərinə çevrilmək riski ilə üz-üzədir. "Report" xəbər verir ki, Amerika lideri müvafiq bəyanatı "Truth Social" sosial şəbəkəsində paylaşıb. "Avropa öyrənəcək ki, əgə
5 iyulAydan başqa, Yerin daha bir təbii peyki var, amma əsl peyk hesab edilmir
Bu kosmik cisim Ay kimi Yer ətrafında fırlanmır. Əvəzində Günəş ətrafında elə bir orbit üzrə hərəkət edir ki, Yerlə uzun müddət kvazipeyk münasibətində qalır. Qaynarinfo xəbər verir ki, Çinin "Tianwen-2" kosmik aparatı təxminən bir illik uçuşdan sonra ehtimal ki, Yerin kvazipeyki hesab oluna
6 iyulOkeanın dibində yeni bir ada yaranır
Papua Yeni Qvineya sahilləri yaxınlığında peyklər tərəfindən qeydə alınan vulkanik aktivlik okeanın dibində yeni adanın formalaşa biləcəyini göstərir. Alimlər bölgədəki istilik anomaliyalarını və püskürmə prosesini izləyərək bu nadir təbiət hadisəsini araşdırırlar. Qaynarinfo xəbər verir ki, Papua Yen
6 iyulCey Di Vens Böyük Britaniyadakı siyasi qeyri-sabitliyi tənqid edib
Baş nazirlərin tez-tez dəyişməsi Böyük Britaniyanın inkişafına mənfi təsir göstərir. "Report" xəbər verir ki, bu barədə ABŞ-nin Vitse-prezidenti Cey Di Vens "The Sunday Times" nəşrinə müsahibəsində bildirib. Onun sözlərinə görə, Britaniya hökumətinin gələcək rəhbəri seçicilərin uzu
5 iyulAlimlər xəbərdarlıq edir: 50 il ərzində bu 10 şəhər səhraya çevrilə bilər
İqlim dəyişikliyi əsrin sonunadək ABŞ-ın təbii xəritəsini əhəmiyyətli dərəcədə dəyişə bilər. Qaynarinfo xəbər verir ki, "PeerJ" jurnalında dərc olunan yeni araşdırmaya görə, istixana qazlarının yüksək emissiyası ssenarisi reallaşarsa, ABŞ-ın onlarla şəhəri səhra biomunun əhatə dairəsinə düş
8 iyul