Yüzdən çox miqrant Türkiyənin qərb sahilində yaxalanıb
Oktyabrın 18-də Türkiyənin qərb sahilində uşaqlar daxil olmaqla 116 miqrant Sahil Mühafizəsi tərəfindən yaxalanıb.
"Report" xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin nəzdindəki Sahil Mühafizə Komandanlığının mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, oktyabrın 18-də saat 03:45-də Çanaqqala şəhərinin Ayvacık rayonunda rezin qayıqda hərəkət edən bir qrup (18-i uşaq olmaqla 40 nəfər) köçkün xilas edilib. Cəmi iki saat sonra analoji hadisə İzmir şəhərinin Foça rayonu sahilində baş verib. Bu dəfə ikisi uşaq olmaqla 27 nəfər yaxalanıb. Eyni gün saat 16:07-də isə İzmirin Karaburun sahilində 14-ü uşaq olmaqla 49 miqrantı saxlayan rezin qayıq saxlanılıb.
Xatırladaq ki, oktyabrın 19-da ölkəsində üç milyona yaxın suriyalı qaçqının olduğunu bildirən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Livandakı vəziyyətlə əlaqədar Türkiyəyə gələnlər üçün də qapını açıq tutduqlarını" açıqlamışdı. Dövlət başçısı Yaxın Şərq ölkəsində həmçinin türkmanların yaşadığına diqqət çəkmiş, "soydaşlar üçün qapını açıq saxladıqlarını" söyləmişdi.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1047 Tarix: 20 oktyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Tramp Avropanın miqrasiya siyasətini tənqid edib
ABŞ Prezidenti Donald Tramp bildirib ki, Avropa ölkələri öz miqrasiya siyasətləri səbəbindən üçüncü dünya dövlətlərinə çevrilmək riski ilə üz-üzədir. "Report" xəbər verir ki, Amerika lideri müvafiq bəyanatı "Truth Social" sosial şəbəkəsində paylaşıb. "Avropa öyrənəcək ki, əgə
5 iyulAydan başqa, Yerin daha bir təbii peyki var, amma əsl peyk hesab edilmir
Bu kosmik cisim Ay kimi Yer ətrafında fırlanmır. Əvəzində Günəş ətrafında elə bir orbit üzrə hərəkət edir ki, Yerlə uzun müddət kvazipeyk münasibətində qalır. Qaynarinfo xəbər verir ki, Çinin "Tianwen-2" kosmik aparatı təxminən bir illik uçuşdan sonra ehtimal ki, Yerin kvazipeyki hesab oluna
6 iyulOkeanın dibində yeni bir ada yaranır
Papua Yeni Qvineya sahilləri yaxınlığında peyklər tərəfindən qeydə alınan vulkanik aktivlik okeanın dibində yeni adanın formalaşa biləcəyini göstərir. Alimlər bölgədəki istilik anomaliyalarını və püskürmə prosesini izləyərək bu nadir təbiət hadisəsini araşdırırlar. Qaynarinfo xəbər verir ki, Papua Yen
6 iyulCey Di Vens Böyük Britaniyadakı siyasi qeyri-sabitliyi tənqid edib
Baş nazirlərin tez-tez dəyişməsi Böyük Britaniyanın inkişafına mənfi təsir göstərir. "Report" xəbər verir ki, bu barədə ABŞ-nin Vitse-prezidenti Cey Di Vens "The Sunday Times" nəşrinə müsahibəsində bildirib. Onun sözlərinə görə, Britaniya hökumətinin gələcək rəhbəri seçicilərin uzu
5 iyulAlimlər xəbərdarlıq edir: 50 il ərzində bu 10 şəhər səhraya çevrilə bilər
İqlim dəyişikliyi əsrin sonunadək ABŞ-ın təbii xəritəsini əhəmiyyətli dərəcədə dəyişə bilər. Qaynarinfo xəbər verir ki, "PeerJ" jurnalında dərc olunan yeni araşdırmaya görə, istixana qazlarının yüksək emissiyası ssenarisi reallaşarsa, ABŞ-ın onlarla şəhəri səhra biomunun əhatə dairəsinə düş
8 iyul