Kubada elektrik enerjisi böhranını aradan qaldırmaq mümkün olmayıb
Kubada əsas istilik elektrik stansiyasının (İES) fəaliyyətinin dayanmasından sonra yaranan enerji böhranı hələ də aradan qaldırılmayıb.
"Report" "Figaro"ya istinadən xəbər verir ki, cümə günü ölkə üzrə elektrik təchizatı dayandıqdan sonra təmir qrupları fasiləsiz işləyib. Bununla belə, bir sutkadan artıqdır "Azadlıq adası"nda elektrik təchizatını bərpa etmək mümkün olmur. 2 milyondan çox sakini olan paytaxt Havanada yalnız generatoru olan otellər, xəstəxanalar və bir neçə fərdi ev elektrikdən istifadə edə bilir.
Kubanın enerji təchizatı 8 İES vasitəsi ilə həyata keçirilir. ABŞ embarqosu bir tərəfdən stansiyalar üçün yanacaq almağa, digər tərəfdən stansiya avadanlıqları üçün ehtiyat hissələri almağa imkan vermir. 70-ci illərdə SSRİ-nin verdiyi avadanlıqlar tez-tez sıradan çıxdığı üçün stansiyalar vaxtaşırı təmirə dayanır. Mart ayından etibarən ölkədən elektrik kəsilmələri daha müntəzəm xarakter alıb.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 917 Tarix: 20 oktyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Tramp Avropanın miqrasiya siyasətini tənqid edib
ABŞ Prezidenti Donald Tramp bildirib ki, Avropa ölkələri öz miqrasiya siyasətləri səbəbindən üçüncü dünya dövlətlərinə çevrilmək riski ilə üz-üzədir. "Report" xəbər verir ki, Amerika lideri müvafiq bəyanatı "Truth Social" sosial şəbəkəsində paylaşıb. "Avropa öyrənəcək ki, əgə
5 iyulAydan başqa, Yerin daha bir təbii peyki var, amma əsl peyk hesab edilmir
Bu kosmik cisim Ay kimi Yer ətrafında fırlanmır. Əvəzində Günəş ətrafında elə bir orbit üzrə hərəkət edir ki, Yerlə uzun müddət kvazipeyk münasibətində qalır. Qaynarinfo xəbər verir ki, Çinin "Tianwen-2" kosmik aparatı təxminən bir illik uçuşdan sonra ehtimal ki, Yerin kvazipeyki hesab oluna
6 iyulOkeanın dibində yeni bir ada yaranır
Papua Yeni Qvineya sahilləri yaxınlığında peyklər tərəfindən qeydə alınan vulkanik aktivlik okeanın dibində yeni adanın formalaşa biləcəyini göstərir. Alimlər bölgədəki istilik anomaliyalarını və püskürmə prosesini izləyərək bu nadir təbiət hadisəsini araşdırırlar. Qaynarinfo xəbər verir ki, Papua Yen
6 iyulCey Di Vens Böyük Britaniyadakı siyasi qeyri-sabitliyi tənqid edib
Baş nazirlərin tez-tez dəyişməsi Böyük Britaniyanın inkişafına mənfi təsir göstərir. "Report" xəbər verir ki, bu barədə ABŞ-nin Vitse-prezidenti Cey Di Vens "The Sunday Times" nəşrinə müsahibəsində bildirib. Onun sözlərinə görə, Britaniya hökumətinin gələcək rəhbəri seçicilərin uzu
5 iyulAlimlər xəbərdarlıq edir: 50 il ərzində bu 10 şəhər səhraya çevrilə bilər
İqlim dəyişikliyi əsrin sonunadək ABŞ-ın təbii xəritəsini əhəmiyyətli dərəcədə dəyişə bilər. Qaynarinfo xəbər verir ki, "PeerJ" jurnalında dərc olunan yeni araşdırmaya görə, istixana qazlarının yüksək emissiyası ssenarisi reallaşarsa, ABŞ-ın onlarla şəhəri səhra biomunun əhatə dairəsinə düş
8 iyul