Bakıda həbsdə olan Vardanyan "Avtoinvest"in səhmlərindən imtina edib
"Troyka Dialoq" investisiya şirkətinin təsisçisi Ruben Vardanyan Rusiyanın ən böyük "Kamaz" yük maşınları istehsalçısının səhmdarları siyahısında olan "Avtoinvest" MMC-də pay sahibi olmaqdan çıxıb.
Qaynarinfo "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Hüquqi Şəxslərin Vahid Dövlət Reyestri, "BIR-Analyst" və "Kontur.Focus" məlumatlarında deyilir.
"Kamaz" nizamnamə kapitalı ilə bağlı cari məlumatları açıqlamır. 2023-cü ildə əsas səhmdarlara "Rostec" (47,1%), "Avtoinvest" (23,54%) və "Daimler AG" (15%) daxildir.
Qeyd edilir ki, Ruben Vardanyan 2024-cü il oktyabrın 17-dək "Avtoinvest"də 15%-ə sahib olub. Eyni tarixdən Dmitri Artyakov eyni paya sahib olmağa başlayıb. "Avtoinvest"in daha 50%-i Nikolay Timoxinə, 35%-i "Kamaz Koqogin"in baş direktoruna məxsusdur.
Yada salaq ki, 2022-ci ilin sentyabrında Ruben Vardanyan Qarabağa köçüb və noyabrın 4-də qondarma rejimin "dövlət naziri" təyin edilib. 2023-cü il fevralın 23-də o, tutduğu "vəzifədən azad edilib", sentyabra qədər Qarabağda qalıb. Sentyabrın 27-də Azərbaycan tərəfindən həbs edilib və hazırda Bakıda həbsdədir. Azərbaycan hüquq-mühafizə orqanları Vardanyana qarşı terrorizmi maliyyələşdirmək, silahlı qruplaşmalar yaratmaq və sərhədi qanunsuz keçməklə bağlı ittihamlar irəli sürüb. Vardanyanı 14 ilə qədər həbs gözləyir.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1252 Tarix: 21 oktyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Tramp Avropanın miqrasiya siyasətini tənqid edib
ABŞ Prezidenti Donald Tramp bildirib ki, Avropa ölkələri öz miqrasiya siyasətləri səbəbindən üçüncü dünya dövlətlərinə çevrilmək riski ilə üz-üzədir. "Report" xəbər verir ki, Amerika lideri müvafiq bəyanatı "Truth Social" sosial şəbəkəsində paylaşıb. "Avropa öyrənəcək ki, əgə
5 iyulAydan başqa, Yerin daha bir təbii peyki var, amma əsl peyk hesab edilmir
Bu kosmik cisim Ay kimi Yer ətrafında fırlanmır. Əvəzində Günəş ətrafında elə bir orbit üzrə hərəkət edir ki, Yerlə uzun müddət kvazipeyk münasibətində qalır. Qaynarinfo xəbər verir ki, Çinin "Tianwen-2" kosmik aparatı təxminən bir illik uçuşdan sonra ehtimal ki, Yerin kvazipeyki hesab oluna
6 iyulOkeanın dibində yeni bir ada yaranır
Papua Yeni Qvineya sahilləri yaxınlığında peyklər tərəfindən qeydə alınan vulkanik aktivlik okeanın dibində yeni adanın formalaşa biləcəyini göstərir. Alimlər bölgədəki istilik anomaliyalarını və püskürmə prosesini izləyərək bu nadir təbiət hadisəsini araşdırırlar. Qaynarinfo xəbər verir ki, Papua Yen
6 iyulCey Di Vens Böyük Britaniyadakı siyasi qeyri-sabitliyi tənqid edib
Baş nazirlərin tez-tez dəyişməsi Böyük Britaniyanın inkişafına mənfi təsir göstərir. "Report" xəbər verir ki, bu barədə ABŞ-nin Vitse-prezidenti Cey Di Vens "The Sunday Times" nəşrinə müsahibəsində bildirib. Onun sözlərinə görə, Britaniya hökumətinin gələcək rəhbəri seçicilərin uzu
5 iyulAlimlər xəbərdarlıq edir: 50 il ərzində bu 10 şəhər səhraya çevrilə bilər
İqlim dəyişikliyi əsrin sonunadək ABŞ-ın təbii xəritəsini əhəmiyyətli dərəcədə dəyişə bilər. Qaynarinfo xəbər verir ki, "PeerJ" jurnalında dərc olunan yeni araşdırmaya görə, istixana qazlarının yüksək emissiyası ssenarisi reallaşarsa, ABŞ-ın onlarla şəhəri səhra biomunun əhatə dairəsinə düş
8 iyul