Meşədə itən qadın 72 saat sonra həyat yoldaşının cəsədinin yanında tapılıb - VİDEO
Men ştatının meşələrində baş verən hadisədə 72 yaşlı Pamela Helmstadterin həyatını iti Lusi xilas edib. Əri ilə gəzintiyə çıxan yaşlı qadın 4 gecə itinin bədən istisində sağ qalıb.
Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, Vaşinqton dairəsi polisinin verdiyi məlumata görə, hadisə belə cərəyan edib: 82 yaşlı Con Helmstadter və həyat yoldaşı Pamela cığırdan azaraq yollarını azıblar. Con yıxılıb ayağa qalxa bilməyəndə Pamela kömək axtarmaq üçün yola düşdü. Lakin mobil telefonunu evdə unudan qadın da yoxa çıxıb.
Maine Gözətçi Xidmətindən çavuş Coş Bil, "Lusi hər gecə sinə üstə uzanaraq sahibini isitdi. Havanın temperaturunun -2 dərəcəyə düşdüyünü nəzərə alsaq, itin bu davranışı Pamelanın həyatını xilas etdi" dedi.
Evlərinin qarşısındakı bağlamanın alınmadığını görən qonşular polisə müraciət etdikdə cütlüyün itkin düşdüyü məlum olub. Axtarış qrupları Pamelanı ərinin meyitindən 200 metr aralıda tapıblar. Ağır hipotermiya keçirən qadın dərhal xəstəxanaya çatdırılıb.
Xəstəxanada müalicəsi davam edən Pamela axtarış helikopterlərinin səsini eşidənə qədər ümidini itirdiyini bildirib. Onların qara Labrador cins iti Lusi, tapılan ana qədər sahibini qorumağa davam edib. Hadisə ilə bağlı araşdırmalar davam edərkən, Lusinin qəhrəmanlığı sosial mediada böyük diqqət çəkib.
Vüsalə İbrahimli
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1976 Tarix: 22 oktyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Tramp Avropanın miqrasiya siyasətini tənqid edib
ABŞ Prezidenti Donald Tramp bildirib ki, Avropa ölkələri öz miqrasiya siyasətləri səbəbindən üçüncü dünya dövlətlərinə çevrilmək riski ilə üz-üzədir. "Report" xəbər verir ki, Amerika lideri müvafiq bəyanatı "Truth Social" sosial şəbəkəsində paylaşıb. "Avropa öyrənəcək ki, əgə
5 iyulAydan başqa, Yerin daha bir təbii peyki var, amma əsl peyk hesab edilmir
Bu kosmik cisim Ay kimi Yer ətrafında fırlanmır. Əvəzində Günəş ətrafında elə bir orbit üzrə hərəkət edir ki, Yerlə uzun müddət kvazipeyk münasibətində qalır. Qaynarinfo xəbər verir ki, Çinin "Tianwen-2" kosmik aparatı təxminən bir illik uçuşdan sonra ehtimal ki, Yerin kvazipeyki hesab oluna
6 iyulOkeanın dibində yeni bir ada yaranır
Papua Yeni Qvineya sahilləri yaxınlığında peyklər tərəfindən qeydə alınan vulkanik aktivlik okeanın dibində yeni adanın formalaşa biləcəyini göstərir. Alimlər bölgədəki istilik anomaliyalarını və püskürmə prosesini izləyərək bu nadir təbiət hadisəsini araşdırırlar. Qaynarinfo xəbər verir ki, Papua Yen
6 iyulCey Di Vens Böyük Britaniyadakı siyasi qeyri-sabitliyi tənqid edib
Baş nazirlərin tez-tez dəyişməsi Böyük Britaniyanın inkişafına mənfi təsir göstərir. "Report" xəbər verir ki, bu barədə ABŞ-nin Vitse-prezidenti Cey Di Vens "The Sunday Times" nəşrinə müsahibəsində bildirib. Onun sözlərinə görə, Britaniya hökumətinin gələcək rəhbəri seçicilərin uzu
5 iyulAlimlər xəbərdarlıq edir: 50 il ərzində bu 10 şəhər səhraya çevrilə bilər
İqlim dəyişikliyi əsrin sonunadək ABŞ-ın təbii xəritəsini əhəmiyyətli dərəcədə dəyişə bilər. Qaynarinfo xəbər verir ki, "PeerJ" jurnalında dərc olunan yeni araşdırmaya görə, istixana qazlarının yüksək emissiyası ssenarisi reallaşarsa, ABŞ-ın onlarla şəhəri səhra biomunun əhatə dairəsinə düş
8 iyul