Azərbaycanda yerə tüpürənlər cərimələnəcək?

Azərbaycanda yerə tüpürənlər cərimələnəcək?Günümüzün ciddi problemlərindən biri də yerə tüpürməkdir. Belə ki, bu, bəzi insanlar tərəfindən adi hal alıb. Kənardan etik görünməməsindən əlavə, məsələnin daha vacib bir tərəfi var. Həkimlər müəyyənləşdiriblər ki, insanın tüpürcəyində təxminən 600 fərqli mikrob var. 1 kub sm-lik tüpürcəkdə 250 milyon mikrob var. Əgər tüpürcək sahibi xəstədirsə, bu zaman mikrobların sayı artır. Yerə tüpürmə yolu ilə insana keçə biləcək xəstəliklər sırasında birinci və ən çox bilinəni vərəmdir. Bundan başqa, xroniki bronxit və qrip də yerə tüpürməklə sürətlə artır. Psixoloqların tədqiqatarına görə, yerə tüpürənlər əsəbi daha zəif olan insanlardır. Onlar bu üsulla öz aqressiyasını, bəzən hirsini, reaksiyasını ifadə edirlər. Bu mənzərəni görənlər üçün isə vəziyyət tam əskinədir, bu, onları diksindirir, əsəbilik və stress yaradır. Maraqlıdır ki, bəzi ölkələrdə yerə tüpürmək qadağandır. Dünyanın bir çox ölkələrində səki və küçələrin təmiz saxlanılması üçün müxtəlif məbləğdə cərimələr tətbiq edirlər. Bu cərimələr Avropada daha çox yayılıb. Belə ki, yerə tüpürməyə görə cərimə Barselonada 3000 min avro (5540 manat), Sinqapurda 1000 ABŞ dolları (1700 manat), İsveçrədə 100 frankdır (təxminən 196 manat). Sürixdə 200 franka (392 manat) İtaliyanın bəzi yerlərində 500 avroya (930 manat) qədər cərimə tətbiq olunur.

Bəs Azərbaycanda bu inzibati məsuliyyət yaradırmı və cərimə tətbiq edilirmi?

Sonxeber.az xəbər verir ki, mövzu ilə bağlı Sfera.az-a açıqlama verən vəkil Turan Abdullazadə bildirib ki, Azərbaycan Respublikası qanunvericiliyində yerə tüpürmə ilə bağlı bilavasitə inzibati məsuliyyət nəzərdə tutulmayıb.Bununla belə, İnzibati Xətalar Məcəlləsinin 266.3-cü maddəsinə əsasən, məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılmasına görə əlli manat məbləğində cərimə edilir:

"Həmin Məcəllənin 301.2-ci maddəsinə əsasən, qatarların vaqonlarının pəncərələrindən və ya qapılarından zibil, yaxud başqa predmetlər atılmasına görə otuz manat, 306.1-ci maddəsinə əsasən, stansiyaların vestibüllərini, keçidlərini və platformalarını, habelə eskalatoru və vaqonların salonunu zibilləməyə və ya həmin obyektlərin üzərində hər hansı yazılar yazmağa, məhdudiyyət çəpərləri və girişi qadağan edən nişanlar quraşdırılmış yerlərdən stansiyaya daxil olmağa, zərurət olmadan "sərnişin-maşinist" rabitəsindən istifadə etməyə görə on beş manat məbləğində cərimə edilir.Eyni zamanda, həmin Məcəllənin 308.2-ci maddəsinə əsasən, gəmilərdən zibil və başqa predmetlər atmağa görə otuz manat məbləğində cərimə tətbiq olunur".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1246   Tarix: 24 oktyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakıda 27, rayonlarda 32 dərəcə isti olacaq

Azərbaycanda sentyabrın 26-da havanın əsasən yağmursuz olacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi səhər şimal-şər

25 sentyabr
.

Bakıda 200-dən çox ev plana düşdü: Kompensasiya ödəniləcək (VİDEO)

Dövlət proqramı çərçivəsində Zabrat-Maştağa-Bağlar massivinə sürət qatarının getməsi üçün işlərə başlanıb. Ərazidə plana düşən evlər sökülür, qaz xətlərinin yeri isə dəyişdirilir. Beləliklə, Maştağada illər sonra qatar səsinin gəlməsi üçün hazırlıqlar görülür. Hazırda burada həm xəttin keçəcəyi ərazilə

24 sentyabr
.

Dərman qəbulundan sonra ağır allergik reaksiya verdi

Dərman qəbulundan sonra ağır allergik reaksiya ilə xəstəxanaya aparılan qadın həyata qaytarılıb. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Respublika Klinik Xəstəxanası məlumat yayıb. Bildirilib ki, avqustun 2-də ağır vəziyyətdə Respublika Klinik Xəstəxanasının Anesteziologiya, Reanimasiy

23 sentyabr
.

Simonida Kordiç: "Azərbaycan Monteneqronun ən mühüm investorlardan biridir"

Azərbaycan Monteneqrodakı ən mühüm investorlardan biridir. "Report" xəbər verir ki, bunu Monteneqronun turizm naziri Simonida Kordiç Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (2nd Azerbaijan International Investment Forum - AIIF 2026) bildirib. Onun sözlərinə görə, ölkəni

26 sentyabr
.

Bakıda yeni park salınır - 35 MİLYON MANAT AYRILDI

Bakı şəhərində yeni parkın salınması ilə bağlı hazırlıqlar başlayıb. Ölkə.az-a istinadən xəbər verir ki, layihə Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC tərəfindən təsdiqlənib. Belə ki, Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsindən Xətai rayonu

23 sentyabr
.

Bank kartları ilə bağlı - Daha bir qadağa

Azərbaycanda bir sıra banklar eyni kateqoriyaya aid kartın vətəndaşlara birdən artıq satışına qadağa qoyub. -a istinadən xəbər verir ki, bununla bağlı banklara təlimatlar göndərilib. Bəzi banklar eyni kateqoriyaya aid kartı vətəndaşlara birdən artıq satmır. Banklardan bəziləri bu məhdudiyyəti tətbi

24 sentyabr
.

Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası son günlər Türkiyədə sosial media platformaları vasitəsilə Azərbaycan əleyhinə aparıldığı bildirilən informasiya kampaniyasını araşdırıb. xəbər verir ki, bu barədə komissiyanın açıqlamasında bildirilib. Qeyd olunub ki

26 sentyabr
.

Əfvə düşən yeganə qadın məhbus AZADLIĞA ÇIXDI

Prezident İlham Əliyevin sərəncamı ilə əfv edilən 20 nəfərin sırasında olan yeganə qadın məhbus Pakistan vətəndaşı Sabir Sonia azadlığa buraxılıb. -ın məlumatıma görə, Sonia Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il azadlıqdan məhrum edilmişdi. O, 7 il 6 ay cəzadan sonra əfv edilib. S.Sonia quldurluqd

23 sentyabr
.

Latviyada 27 sentyabr - Anım Gününün altıncı ildönümünə həsr olunmuş tədbir keçirilib

25 sentyabr 2026-cı il tarixində Azərbaycanın Latviyadakı Səfirliyində 27 sentyabr - Anım Gününün altıncı ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbirin əvvəlində dövlət himni səsləndirilib və ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəs

26 sentyabr