Gülənin dəfnindən qeyri-adi görüntülər: Qonaqlar maskada gəldi, təkbir yasaq edildi, "İncil" oxundu

Gülənin dəfnindən qeyri-adi görüntülər: Qonaqlar maskada gəldi, təkbir yasaq edildi, "İncil" oxunduTürkiyədə terror təşkilatı kimi tanınan FETÖ lideri Fətullah Gülən üçün ABŞ-nin Nyu-Cersi ştatında "Skylands Stadion" idman kompleksində vida mərasimi təşkil edilib. Tədbirə qatılanlar üzlərini gizlətmək üçün papaq, eynək və maskadan istifadə ediblər.

Oxu.Az bu barədə "Haber Global"a istinadla xəbər verib.

Məlum olub ki, mərasim yeri son ana qədər gizli saxlanılıb: Təşkilat üzvlərinə yalnız tədbirə bir neçə saat qalmış "WhatsApp" vasitəsilə məlumat verilib.

Bildirilir ki, dəvət olunanlardan üzlərini gizlətmək tələb olunub:

"Maska, papaq və eynək taxın. Türkiyə mətbuatı olacaq. Təhlükəsizlik orqanlarının əməkdaşları da olacaq. Stadiona giriş QR-kodladır", - deyə ismarışda bildirilib.

Gülənin dəfnindən qeyri-adi görüntülər: Qonaqlar maskada gəldi, təkbir yasaq edildi, "İncil" oxunduTədbirlə bağlı yayımlanan kadrlardan aydın olur ki, FETÖ üzvləri deyilənləri ediblər. Sarı gödəkçə geyinmiş bəzi təşkilat üzvləri isə mətbuat nümayəndələrini görəndə üzlərini əlləri ilə gizlədiblər.

Daha bir maraqlı detal mərasimdə təkbir gətirilməsinin ("Allahu Əkbər" deyilməsi) qadağan edilməsi olub. Bunun əvəzində kardinal Gülənin tabutu başında "İncil"dən hissə oxuyub.

İngilis dilində oxunan ayələrin tərcüməsi belədir: "Biz hamımız onun uşaqlarıyıq. O, özünü bizim üçün fəda etdi. Rəbbimiz bu irsin davam etməsini və bütün dünyaya yayılmasını təmin etməyimizi istəyir".

Bununla bağlı kadrlar sosial şəbəkələrdə sürətlə yayılıb.

Bundan başqa mərasimin gizliliyini qorumaq üçün stadionun yerləşdiyi "Essex" bölgəsində yerli vaxtla 10:00-14:00 arası dron uçurmaq qadağan edilib. Həmçinin ABŞ polisləri türkiyəli jurnalistlərin oradan görüntü çəkməsinə mane olub.

Xatırladaq ki, FETÖ lideri oktyabrın 20-də Pensilvaniyada vəfat edib. 83 yaşlı təşkilat lideri aparıldığı xəstəxanada ölüb. O, təşkilatın ABŞ-də qərargah kimi istifadə etdiyi Pensilvaniya ştatındakı malikanənin həyətində dəfn edilib.

Gülənin dəfnindən qeyri-adi görüntülər: Qonaqlar maskada gəldi, təkbir yasaq edildi, "İncil" oxunduGülənin dəfnindən qeyri-adi görüntülər: Qonaqlar maskada gəldi, təkbir yasaq edildi, "İncil" oxunduGülənin dəfnindən qeyri-adi görüntülər: Qonaqlar maskada gəldi, təkbir yasaq edildi, "İncil" oxunduGülənin dəfnindən qeyri-adi görüntülər: Qonaqlar maskada gəldi, təkbir yasaq edildi, "İncil" oxunduGülənin dəfnindən qeyri-adi görüntülər: Qonaqlar maskada gəldi, təkbir yasaq edildi, "İncil" oxunduGülənin dəfnindən qeyri-adi görüntülər: Qonaqlar maskada gəldi, təkbir yasaq edildi, "İncil" oxunduGülənin dəfnindən qeyri-adi görüntülər: Qonaqlar maskada gəldi, təkbir yasaq edildi, "İncil" oxundu


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1696   Tarix: 25 oktyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İranda dəhşətli avtobus qəzası: Xeyli ölən və yaralanan var

İranda Tehran şəhərinin cənub-qərbində sərnişin avtobusunun aşması nəticəsində 11 nəfər ölüb, 24 nəfər xəsarət alıb. Bu barədə İran mətbuatına istinadən məlumat verir. Tehrana doğru hərəkət edən avtobus Saveh-Hamedan avtomobil yolunda aşıb. Hazırda hadisənin səbəbləri araşdırılır

26 sentyabr
.

Yakutiyada kömür mədənində partlayış olub: Ölənlər və yaralananlar var

Yakutiyada Elqa kömür yatağı ərazisində yerləşən ehtiyat nasos stansiyasında baş verən partlayış nəticəsində insan ölümü qeydə alınıb. xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Saxa Respublikasının (Yakutiya) prokurorluğunun mətbuat xidməti özünün "Telegram" kanalında məlumat yayıb

26 sentyabr
.

Pezeşkian: Yaxın Şərqin "polis"ə ehtiyacı yoxdur

İran ABŞ və İsraillə qarşıdurmada "öz mövqeyində qalmağa" davam edir. "Report" "Al Jazeera"yə istinadən xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian bildirib. Onun sözlərinə görə, sanksiyalar vasitəsilə İran xalqına təsir göstərəcəyini düşünənlər "yanılıblar"

26 sentyabr
.

ABŞ şərtləri qəbul etməsə, İran Hörmüz boğazına nəzarəti saxlayacaq

İranın Ali Lideri Ayətullah Əli Xameneinin baş hərbi müşaviri general-mayor Yəhya Səfəvi bildirib ki, ABŞ onun şərtlərini qəbul etməsə, İran Hörmüz boğazına nəzarəti və idarəçiliyini qeyri-müəyyən müddətə saxlayacaq. xəbər verir ki, bu barədə İranın Ali Lideri Ayətullah Əli Xameneinin baş hərbi müşavir

25 sentyabr
.

Rusiyada ayılar bu şəhəri əhatəyə aldı

Ayılar Rusiyanın Xakasiya Respublikasının Abaza şəhərini əhatəyə alıblar. "Qafqazinfo" xəbər verir ki, bu barədə Xakasiya rəhbərinin müavini Dmitri Buçenik özünün "Max" kanalında bildirib. Onun sözlərinə görə, ötən gecə yırtıcıların hər tərəfdən şəhərə daxil olması halları qeydə alınıb

23 sentyabr
.

Paşinyan Rusiya ilə münasibətləri dərinləşdirmək istəyini bildirib

Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya ilə münasibətləri dərinləşdirmək istədiyini açıqlayıb. xəbər verir ki, o, bu barədə "İzvestiya"nın şərhçisinə verdiyi müsahibədə bildirib. "Rusiya Federasiyası ilə münasibətlərə gəldikdə isə, biz münasibətlərimizi inkişaf etdirmək, münasibətlərimiz

24 sentyabr
.

2027-ci ildə tətil üçün dünyanın ən yaxşı yerləri açıqlandı (SİYAHI)

Dünyanın ən böyük səyahət nəşriyyatlarından biri olan "Lonely Planet" ənənəvi olaraq payız aylarında növbəti il ziyarət edilməyə dəyər ən yaxşı məkanların siyahısını hazırlayır. Qaynarinfo xəbər verir ki, bu il "Best in Travel list 2027" siyahısında dünyanın müxtəlif yerlərindən 5

25 sentyabr
.

Şiddətli daşqınlar səbəbindən Banqkok şəhərində fəlakət zonası elan edilib

Banqkok hakimiyyəti Tayland paytaxtının bütün 50 rayonunda üç gün davam edən leysan yağışların genişmiqyaslı daşqınlara səbəb olmasından sonra fövqəladə vəziyyət elan etdi. xəbər verir ki, günortadan sonradan şəhərdə təxminən 300 mm yağıntı qeydə alınıb. Fəlakət rejimi yerli hakimiyyət orqanlarına daşqınları

26 sentyabr
.

Daha bir dünya lideri Makronun dəvətini rədd etdi

İtaliyanın Baş naziri Corcia Meloni sentyabrın 28-də Fransanın Mets şəhərində keçiriləcək və Roma Papası XIV Levin apostol səfərinin son günündə çıxış edəcəyi görüşə qatılmayacaq. xəbər verir ki, bu barədə TASS İtaliya hökumət başçısının mətbuat xidmətinin açıqlamasına əsasən məlumat yayıb. Məlumat

26 sentyabr