Artan piyada ölümlərinə əsas səbəb nədir? - AÇIQLAMA
Qəza xəbərləri tez-tez gündəmi zəbt edir. Əsasən, piyada ölümü ilə nəticələnən qəzaların sayı artmaqda davam edir. Bəs, belə qəzaların çoxalmasının əsas səbəbi nədir? Bu problemin həlli yolu ilə bağlı hansı addımlar atılmalıdır?
Mövzu ilə bağlı Sonxeber.az-a nəqliyyat eksperti Elməddin Muradlı danışdı.
O,açıqlamasında bildirdi ki, əsas səbəb piyadaların yol hərəkəti qaydalarına məsuliyyətsiz yanaşmasıdır:
"Piyada ölümləri ilə bağlı narahatlıq doğuran bir çox vacib məqamlar var. Bunlardan biri piyadaların yol hərəkəti qaydalarına səhlənkar yanaşmasıdır. Digər vacib məqam piyada infrastrukturunun normal səviyyədə olmamasıdır, piyada səkilərinin zəbt edilməsi, insanların məcburən yolda hərəkət etməsidir. Digər tərəfdən vacib elementlər piyada keçidlərinin sayı, onların işıqlandırılmasıdır. Əsas səbəb piyadaların özünün yol hərəkəti qaydalarına məsuliyyətsiz yanaşmasıdır ki, bu çox ciddi problemlər yaradır. Keçid olmayan yerlərdən istifadə edirlər və ya işıqforun tələblərinə əməl etmirlər. Yaxınlıqda keçid olduğu halda ondan yararlanmırlar, diqqətsizlik edərək qəfil avtomibillərin yoluna çıxırlar. Hansı ki, piyadaların yaxınlaşmaqda olan avtomobillərin qarşısına qəflətən çıxması qanunda qadağandır. Onlar operativ nəqliyyat vasitəsinə yol verməli və işıqforun tələblərinə əməl etməlidirlər. Bu amillər piyadaların hüquq və vəzifələrini müəyyənləşdirir. Ancaq təəssüf ki, biz onların bu məsələyə səhlənkar yanaşdığının dəfələrlə şahidi olmuşuq. Bu isə çox hallarda ağır nəticələrə səbəb olur. Bu istiqamətdə nəzarət tədbirlərinin gücləndirilməsinə ciddi ehtiyacın olduğunu görürəm. Çünki, məsuliyuəti söz ilə deməklə dərk etməyən insanlar var. Belə olduğu halda nəzarət tədbirləri görülməlidir. Sürücülərə qarşı bu tədbir müxtəlif üsullarla gücləndirilib. Piyadalar da həmçinin onlar kimi məsuliyyətdən kənar qalmamalıdırlar. Bəzi hallarda onlar elə zənn edir ki, piyadalara nəzarət yoxdur, amma tam nəzarətsiz deyil. Sadaladıqlarımla paralel infrastruktura da baxmaq lazımdır. Öncə piyadalar üçün normal şərait yaradıldılmalı, sonra isə onlardan qaydalara əməl edilməsi tələb edilməlidir".
Vüsalə İbrahimli
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 3198 Tarix: 25 oktyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakıda 27, rayonlarda 32 dərəcə isti olacaq
Azərbaycanda sentyabrın 26-da havanın əsasən yağmursuz olacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi səhər şimal-şər
25 sentyabrBakıda 200-dən çox ev plana düşdü: Kompensasiya ödəniləcək (VİDEO)
Dövlət proqramı çərçivəsində Zabrat-Maştağa-Bağlar massivinə sürət qatarının getməsi üçün işlərə başlanıb. Ərazidə plana düşən evlər sökülür, qaz xətlərinin yeri isə dəyişdirilir. Beləliklə, Maştağada illər sonra qatar səsinin gəlməsi üçün hazırlıqlar görülür. Hazırda burada həm xəttin keçəcəyi ərazilə
24 sentyabrDərman qəbulundan sonra ağır allergik reaksiya verdi
Dərman qəbulundan sonra ağır allergik reaksiya ilə xəstəxanaya aparılan qadın həyata qaytarılıb. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Respublika Klinik Xəstəxanası məlumat yayıb. Bildirilib ki, avqustun 2-də ağır vəziyyətdə Respublika Klinik Xəstəxanasının Anesteziologiya, Reanimasiy
23 sentyabrSimonida Kordiç: "Azərbaycan Monteneqronun ən mühüm investorlardan biridir"
Azərbaycan Monteneqrodakı ən mühüm investorlardan biridir. "Report" xəbər verir ki, bunu Monteneqronun turizm naziri Simonida Kordiç Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (2nd Azerbaijan International Investment Forum - AIIF 2026) bildirib. Onun sözlərinə görə, ölkəni
26 sentyabrBakıda yeni park salınır - 35 MİLYON MANAT AYRILDI
Bakı şəhərində yeni parkın salınması ilə bağlı hazırlıqlar başlayıb. Ölkə.az-a istinadən xəbər verir ki, layihə Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC tərəfindən təsdiqlənib. Belə ki, Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsindən Xətai rayonu
23 sentyabrBank kartları ilə bağlı - Daha bir qadağa
Azərbaycanda bir sıra banklar eyni kateqoriyaya aid kartın vətəndaşlara birdən artıq satışına qadağa qoyub. -a istinadən xəbər verir ki, bununla bağlı banklara təlimatlar göndərilib. Bəzi banklar eyni kateqoriyaya aid kartı vətəndaşlara birdən artıq satmır. Banklardan bəziləri bu məhdudiyyəti tətbi
24 sentyabrƏfvə düşən yeganə qadın məhbus AZADLIĞA ÇIXDI
Prezident İlham Əliyevin sərəncamı ilə əfv edilən 20 nəfərin sırasında olan yeganə qadın məhbus Pakistan vətəndaşı Sabir Sonia azadlığa buraxılıb. -ın məlumatıma görə, Sonia Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il azadlıqdan məhrum edilmişdi. O, 7 il 6 ay cəzadan sonra əfv edilib. S.Sonia quldurluqd
23 sentyabr