İsrailin İranı vurması: "Əslində, münaqişənin bütün tərəfləri elə buna can atırdılar"

İsrailin İranı vurması: "Əslində, münaqişənin bütün tərəfləri elə buna can atırdılar"Ötən il oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumu ilə yeni gərginlik mərhələsinə qədəm qoyan İran-İsrail münasibətləri əhatə dairəsini sürətlə genişləndirməkdədir. Belə ki, İsrailin daha çox İranın proksi qüvvələrini hədəfə alması fonunda İranın birbaşa İsrail ərazilərinə müxtəlif aralıqlarla zərbələr endirməsi gərginliyi ən yüksək həddə çatdırıb. Ötən gecə isə İsrail İrana hava hücumuna başlayıb. Hücum zamanı Tehran hava limanı da daxil olmaqla, digər vilayətlərdə də partlayışlar qeydə alınıb. İsrail Müdafiə Qüvvələri (IDF) bunun səbəbini İranın davamlı hücumlarına cavab olaraq əsaslandırıb. Ən əsası isə İran tərəfi də cavab vermək hüququnu özündə saxladığını bəyan edib və İsrailə 1 000-ə qədər ballistik raket buraxmağı və bölgədə İranın dəstəklədiyi qrupların iştirakı ilə hücumları gücləndirməyi istisna etməyib. Bəs bu gedişat nə vəd edir? İranla İsrail arasında genişmiqyaslı müharibə baş verə bilərmi?

Mövzunu Oxu.Az-a dəyərləndirən siyasi şərhçi Turab Rzayev deyib ki, İsrailin İrana hücumunu iki cür başa düşmək olar:

"Birincisi, İsrail İrana göz dağı verdi ki, zərurət olduğu təqdirdə ABŞ və Böyük Britaniya da daxil olmaqla digər ölkələri nəzərə almadan İrana birbaşa zərbə endirmək iqtidarındadır. Bununla isə İsrail, əslində, İranı onu birbaşa hədəf seçməsindən çəkindirir. Eyni zamanda, nəzərə alsaq ki, İsrail bu hücumla İranın strateji olaraq iqtisadi sahələrini, hərbi sənayesini, xüsusən də nüvə mərkəzlərini hədəf almayıb və daha az əhəmiyyətli obyektlər hədəf seçilib, bu da ondan xəbər verir ki, bu məsələdə ABŞ və Böyük Britaniyanın mövqeyi nəzərə alınıb və İranla genişmiqyaslı eskalasiyaya getmək arzu edilməyib".

"İsrailin digər mesajı isə ondan ibarətdir ki, yenə də İranın proksi qüvvələrinə - husilərə, "Hizbullah"a, HƏMAS-a zərbələr endirəcək, Suriya və İraqdakı İran ordularına hücumlar davam edəcək, İran isə bunun əvəzində İsrailə birbaşa hücum etməməlidir. Nəzərə almaq lazımdır ki, İran da İsraillə uzunmüddətli münaqişədən çəkinir, ona görə də İran ordusu İsrailə dərhal cavab zərbələri endirmədi. Ancaq bu, İsrailin bundan sonra İranın proksi qüvvələrini hədəf seçməyəcəyi anlamına gəlmir. İsrail bu istiqamətdəki mövqeyini davam etdirəcək", - Rzayev deyib.

Onun sözlərinə görə, İsrail bununla İranın nəbzini yoxlayıb:

"Bu günə qədər İsrailin İran daxilində sui-qəsdlərdə əli olduğu, iranlı alimlərin, dövlət rəsmilərinin, xaricdəki İran generallarının və ya iranpərəst qruplaşmaların məhvi ilə bağlı təcrübəsi çox idi, amma ilk dəfə birbaşa İran ərazisinə zərbələr endirildi. Necə ki, İsrail İrana zərbələr endirməklə İsrailin təhlükəsizlik mifini pozmuşdu, İsrail də İranın təhlükəsizlik mifini pozdu. Bundan sonra da ola bilsin ki, zərbəyə gələn reaksiyalar, xüsusən də ABŞ və Britaniyanın reaksiyalarına əsasən İsrail növbəti mərhələdə daha sərt və böyük zərbə endirə bilər. Ona görə də bu, başlanğıc mərhələ kimi görünə bilər".

Siyasi şərhçi Məhəmməd Əsədullazadə isə Oxu.Az-a açıqlamasında bildirib ki, Yaxın Şərqdə hərbi vəziyyətin İsrail-İran müharibəsi fonunda daha da genişlənmə təhlükəsi var:

"Bu hücum İranın oktyabrın 1-də İsrailə etdiyi raket hücumuna cavabdır. Bu hücuma isə ABŞ razılıq verib. Çünki prezident seçkisindən öncə yəhudi lobbisinin və icmasının dəstəyini almaq ABŞ administrasiyası üçün mühüm əhəmiyyətə malikdir. Çünki Co Baydenlə Benyamin Netanyahu arasında soyuq münasibətlər hökm sürür. Bu hücuma Vaşinqton icazə verməsəydi, administrasiya seçkidə yəhudi icmasının dəstəyini ala bilməzdi".

"Digər tərəfdən, hücumdan İranın da xəbəri olub. Həmçinin, ölkənin əsas neft obyektlərinə və nüvə mərkəzinə zərbə endirilməyib. Havadan müdafiə sistemləri və hərbi bazalar hədəfə alınıb. ABŞ İrana xəbərdarlıq edib ki, cavab zərbəsi olmamalıdır. İran da eskalasiyanın genişləndirilməsində maraqlı deyil. İran bilir ki, növbəti hücum geniş eskalasiyaya gətirib çıxaracaq", - şərhçi deyib.

Onun sözlərinə görə, İsrailin əsas məqsədi HƏMAS və "Hizbullah"ı tamamilə məhv etməkdir:

"Bunun da arxasında ABŞ dayanır. İran da bilir ki, istənilən genişmiqyaslı eskalasiya həm də ABŞ ilə birbaşa toqquşmaya gətirib çıxara bilər. Ona görə də regionda yeni nizam qurulması üçün proksi qüvvələr təmizlənəcək. İrana da bununla öz yerini göstərdilər".

İsrailli politoloq Yuri Boçarav isə Oxu.Az-a açıqlamasında bildirib ki, İsrail ABŞ-nin təzyiqi səbəbindən İrana zərbələri təxminən bir ay ləngidib:

"Bayden administrasiyası İsrailə birbaşa təhdidlərlə, davamlı inandırmalarla və müxtəlif imtiyazlar vəd etməklə bu hücumu ən azı seçki gününə qədər təxirə salmağa çalışırdı ki, öz seçicilərinə sülh tərəfdarı olduqlarını və münaqişənin yeni regional müharibəyə çevrilməsinin "qarşısını aldıqlarını" nümayiş etdirsin.

Əslində, bunun üçün Pentaqon əvvəlcədən IDF ilə razılaşdırılmış hücum hədəfləri haqqında məlumatı sızdırdı. Lakin davamlı təzyiqlərə baxmayaraq, İsrail, daha dəqiq desək, Baş nazir Benyamin Netanyahu dünən axşam İrana hücum əmri verdi və nəticədə gecə saat 2:30-da preventiv zərbə endirildi. İsrail ya ABŞ-nin təzyiqi altında, ya da sadəcə, Qəzza və Livanda iki cəbhə fonunda münaqişəni genişləndirmək istəmədiyi üçün İranın enerji infrastrukturuna və nüvə obyektlərinə zərbə endirməyə cəsarət etmədi".

Şərhçi əlavə edib ki, burada hər tərəfin öz versiyası var:

"Bununla belə, IDF hərbi zavoda hücum edərək İrana göstərdi ki, onun hava müdafiəsini asanlıqla yara bilər. Hücumdan sonra açıq şəkildə bildirildi ki, İsrail İranın raket imkanlarını, ilk növbədə "yer-yer" sinifli raketləri məhdudlaşdırmaqla kifayətlənib. İsrail İrana qarşı hücumu elə planlaşdırdı ki, insan itkilərini minimuma endirsin, zərəri elə səviyyəyə çatdırsın ki, ayətullahlar rejimi minimal zərər barədə bəyan edə bilsin və üzünü itirmədən hücuma cavab verməsin. Bu, sadəcə, 13 apreldə İsrailə ilk raket atəşinə cavab olaraq IDF-nin aprel zərbəsinin genişləndirilmiş versiyası idi. O zaman İsfahan yaxınlığındakı hava hücumundan müdafiə batareyası məhv edilmişdi.

Təbii ki, İran hakimiyyəti bugünkü hücumun miqyasını azaltmağa çalışır. Onlar hücumu dəf etdiklərini bildirirlər və IDF-nin yüz "F-35" təyyarəsi ilə zərbələr endirildiyinə dair bəyanatını təkzib edirlər. Halbuki, nəticə göz qabağındadır. Hücumda iştirak edən bütün İsrail təyyarələri itki vermədən bazalarına qayıdıb, təxminən 20 hədəfə: ballistik və qanadlı raketlərin istehsalı zavodlarına, "yer-hava" raket komplekslərinə və digər hava hücumundan müdafiə vasitələrinə zərbələr endirilib. Və bunu bilməli və başa düşməli olan hər kəs İsrailin imkanlarından lazımi nəticələr çıxarıb".

"İsrail İranın hücumuna cavab verdi və İranın vurduğu zərərdən dəfələrlə çox itki vurdu. Lakin əvvəlcədən İsrail zərəri minimuma endirmək niyyəti ilə hücumu planlaşdırmışdı və ümumilikdə elə hərəkət etdi ki, İran ciddi zərəri inkar edə bilsin. Nəticədə İranın İsrailə cavab vermək və regional münaqişəni inkişaf etdirmək üçün açıq səbəbi yoxdur. Əslində, münaqişənin bütün tərəfləri elə buna can atırdılar", - deyə Y.Boçarov fikrini yekunlaşdırıb.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1141   Tarix: 26 oktyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Tramp Si Cinpinə qartal heykəli hədiyyə etdi

ABŞ prezidenti Donald Tramp Vaşinqtona səfər edən Çin prezidenti Si Cinpinə qartal heykəli hədiyyə edib. xəbər verir ki, Tramp heykəlin Pekində şərəfli yer tutacağına ümid etdiyini bildirib. "Bu, görkəmli bir amerikalı rəssamın hədiyyəsidir və bu gün ən yaxşılarından biridir. Melaniya (Amerika liderini

25 sentyabr
.

Hələ də çap maşınında yazır

Dünyaca məşhur aktyor Tom Henks qeyri-adi hobbisi ilə seçilir. "Qafqazinfo" xəbər verir ki, aktyor çap maşınlarının kolleksiyasını toplayır. Onun kolleksiyasında artıq 300-dən çox çap maşınının olduğu bildirilir. "Oskar"lı aktyorun kolleksiyasına daxil olan 35 yazı makinası 2025-c

23 sentyabr
.

İran prezidenti yeni ali liderin niyə ictimaiyyət qarşısına çıxmadığını izah etdi

İran prezidenti Məsud Pazeşkian ölkənin yeni ali liderinin səhhətinin yaxşı olduğunu, lakin təhlükəsizlik səbəbləri ilə ictimaiyyət qarşısında çıxış etməkdən çəkindiyini bildirib. xəbər verir ki, CBS News -a verdiyi müsahibədə o, həmçinin ali liderlə görüşlərindən və dövlət qərarlarının qəbul edilməsindək

26 sentyabr
.

Braziliyadan RADİKAL QƏRAR: Onlayn mərc oyunları tam qadağan edildi

Braziliya Prezidenti Luis İnasio Lula da Silva ölkə ərazisində onlayn mərc oyunlarına tam qadağa qoyub. xəbər verir ki, bu barədə məlumatı "G1" informasiya portalı yayıb. Tətbiq edilən məhdudiyyət virtual kazinolara və onlayn qumar oyunlarına şamil olunur. Qərar dərhal qüvvəyə minsə də, hökumə

26 sentyabr
.

"Vanlı Kara Haydar"a qarşı XÜSUSİ ƏMƏLİYYAT: Maşınlardan fantastik məbləğdə pullar tapıldı - FOTO-VİDEO

Ankarada aparılan istintaq çərçivəsində "Vanlı Kara Haydar" ləqəbi ilə tanınan Mehmet Fatih Tançalana qarşı İstanbulda xüsusi əməliyyat keçirilib. xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb. Qeyd olunur ki, "Vanlı Kara Haydar"ın iki avtomobilinə baxış zaman

26 sentyabr
.

Yunanıstan sahillərində göyərtəsində 29 nəfər olan bərə yanıb

Yunanıstanın turist adası Mikonos yaxınlığında avtomobil bərəsinin göyərtəsində yanğın baş verib. "Reuters" agentliyinə istinadən xəbər verir ki, xilasetmə əməliyyatında sahil mühafizəsinin ən azı beş gəmisi və iki yanğınsöndürmə kateri iştirak edib. Bərənin göyərtəsində 29 nəfər - 28 ekipa

25 sentyabr
.

Tailandda daşqınlar səbəbindən 84 mindən çox insan zərər çəkib

Tailandın paytaxtı Banqkokda başlayan fasiləsiz yağışlar səbəbindən şəhərin bir neçə rayonunu su basıb. "Report" xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb. Məlumata görə, ölkə boyunca daşqınlar nəticəsində 21 əyalətdə, xüsusən də mərkəzi rayonlarda 84 mindən çox insa

26 sentyabr
.

ABŞ-da əfsanəvi avtomobillər niyə Avropadakından fərqli görünürdü?

"Ferrari", "Lamborghini" və "Porsche" kimi markaların ən əfsanəvi modelləri belə Şimali Amerika bazarının tələblərinə uyğunlaşdırılmalı olduqları üçün müəyyən dəyişikliklərə məruz qalırdı. Qaynarinfo xəbər verir ki, "Supercar Blondie" bunun səbəbini açıqlayıb

24 sentyabr
.

Rusiyada ayılar bu şəhəri əhatəyə aldı

Ayılar Rusiyanın Xakasiya Respublikasının Abaza şəhərini əhatəyə alıblar. "Qafqazinfo" xəbər verir ki, bu barədə Xakasiya rəhbərinin müavini Dmitri Buçenik özünün "Max" kanalında bildirib. Onun sözlərinə görə, ötən gecə yırtıcıların hər tərəfdən şəhərə daxil olması halları qeydə alınıb

23 sentyabr