"SpaceX" şirkətinin raketi "Starlink" internet peyklərinin yeni qrupunu orbitə çıxarıb
"Falcon 9" daşıyıcı raketi "Starlink" qlobal internet əhatə sistemi orbital qrupunun tamamlanması üçün növbəti 22 minipeyk partiyasını uğurla orbitə çıxarıb.
"Report" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
"22 "Starlink" peykinin buraxılışı təsdiqlənib", – məlumatda qeyd olunub.
Məlumata əsasən, raketin buraxılışı şənbə günü Floridada Kanaveral burnundakı ABŞ Kosmik Qüvvələri bazasının 40-cı start kompleksindən ABŞ-nin Şərq sahili vaxtı ilə saat 17:47-də (Bakı vaxtı ilə bazar günü saat 01:47-də) həyata keçirilib. Təxminən bir saat sonra peyklər daşıyıcının ikinci pilləsindən ayrılaraq orbitə çıxıb.
Bildirilib ki, buraxılış çərçivəsində 19-cu dəfə istifadə olunan daşıyıcı raketin birinci çoxdəfəli pilləsi ayrıldıqdan sonra Atlantik okeandakı "Just Read The Instructions" dron-platformasına idarə olunan şaquli eniş edib.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 789 Tarix: 27 oktyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İyun ayı tarixə düşdü
Qərbi Avropada müşahidə olunan güclü istilər fonunda 2026-cı ilin iyun ayı region tarixində ən isti iyun ayı kimi qeydə alınıb. Ötən ay həmçinin qlobal miqyasda müşahidələr tarixinin ikinci ən isti iyun ayı olub. "Qafqazinfo" xəbər verir ki, bu barədə Kopernik İqlim Dəyişikliyi Xidməti (C3S
10 iyulEtnanın tarixdə ən dağıdıcı püskürmələri: İnlar yenidən baş verə bilərmi?
Siciliya adasında yerləşən Etna vulkanı Avropanın ən hündür və ən fəal vulkanlarından biri hesab olunur. Alimlər son 2 500 il ərzində onun yüzlərlə püskürməsini qeydə alıblar. Onların əksəriyyəti nisbətən zəif olsa da, bəzi püskürmələr bölgənin tarixində ciddi iz buraxaraq şəhərləri, əkin sahələrin
9 iyulPaşinyan: Yeni konstitusiyanın qəbulu hökumətin gündəmində qalır
Ermənistanın yeni konstitusiyasının qəbulu hakim "Vətəndaş müqaviləsi" Partiyasının gündəmində qalır. "Report" xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan Konstitusiya Günü ilə əlaqədar xalqa müraciətində bildirib. O, ölkə konstitusiyasının zamanın çağırışların
5 iyulTramp və Ərdoğan arasında görüş keçirilir
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ lideri Donald Tramp arasında ikitərəfli görüş keçirilir. Türkiyə mətbuatına istinadən xəbər verir ki, tərəflər Ankaradakı Prezident Sarayında görüşüblər. Daha sonra iki lider birgə mətbuat konfransına qatılıblar. 15:38. ABŞ Prezidenti Donald Tramp NATO sammitind
7 iyulQiyamət ssenarilərinin səhv başa düşülən qalası - Svalbard
Şimal Qütb dairəsində yerləşən Svalbard Qlobal Toxum Anbarı populyar mədəniyyətdə tez-tez "qiyamət sığınacağı" kimi təqdim olunsa da, əslində onun əsas məqsədi dünya üzrə kənd təsərrüfatı biomüxtəlifliyini qorumaq və toxumların ehtiyat nüsxələrini saxlamaqdır. Qaynarinfo xəbər verir ki, buzlaqları
6 iyul