"Avropa İttifaqına üzv olan dövlətlərin islamafobiya və türkfobiya istiqamətində təbliğat apardığının şahidi oluruq" - DEPUTAT

"Avropa İttifaqına üzv olan dövlətlərin islamafobiya və türkfobiya istiqamətində təbliğat apardığının şahidi oluruq" - DEPUTAT"Qlobal siyasətdə hər zaman türk və islam ölkələrinə qarşı qərəzli mövqe nümayiş olunub. İkinci Dünya Müharibəsindən sonra qəbul edilən prinsiplərə görə ayrıseçkilik yolverilməz olacaqdı. Lakin bu vədlər sözdə qaldı. Elə yeni dünya düzəni deyib formalaşdırdıqları beynəlxalq qurum və təşlkilatlar daima İslam dünyasına, türk dövlətlərinə qərəzli və aqressiv davranışlar nümayiş etdirdi".

Bunu Sonxeber.az-a danışan deputat Müşfiq Cəfərov bildirib.

Deputat qeyd edib ki, xüsusilə Avropa İttifaqına üzv olan dövlətlərin islamafobiya və türkfobiya istiqamətində təbliğat apardığının şahidi oluruq:
"Əslində bu anlayış Avropa qurum və təşkilatlarının əksəriyyətində öz əksini tapır. Bu qurumlar müsəlman və türk dövlətlərinə, xalqlarına qarşı ikili standartlar tətbiq edərək öz dəyərlərinə zidd qərarlar verirlər.Bəşəriyyətə insani dəyərləri, xüsusilə şəffaf və prinsipial mövqeyini öyrətməyə çalışan Avropa müsəlman və türk məsələsində bütün bu vacib dəyərləri bir kənara qoyub yalan və böhtana əsaslanan təbliğatla hərəkət etməkdən çəkinmir. Təəssüf ki, bu davranış sivilizasiyalar arasında qarşıdurma üçün zəmin yaradır. Hətta dünya nizamında tənzimləyici təşkilat kimi qlobal məsələlərə ədalətli yanaşaraq beynəlxalq hüququn aliliyini təmin etməli olduğu halda, Avropa İttifaqı və Avropa parlamenti kimi qurumlar son illərdə bəzi qüvvələrin sifarişlərinin icraçısına çevrildiyini sübut edir. Əgər əvvəllər bu qurumlar ədalətə söykənən müstəqil siyasət yürüdürdüsə, indi üzv dövlətlərin təsiri altında qərəzli qərarlar qəbul edərək, onun tapşırıqlarının icraçısı olub".

Deputat vurğulayıb ki, artıq İkinci Dünya müharibəsindən sonra qurulan nizam pozulub:

"Dünyada baş verən münaqişələrə ədalətli mövqedən yanaşaraq qərarlar qəbul edilməsə, bəşəriyyəti böyük faciələr gözləyir. Bu gün BMT kimi beynəlxalq əhəmiyyətli qurumun qətnamələri icra olunmadan tarixin arxivinə göndərilmiş kağız parçasına çevrilirsə, demək ədalət naminə yaradılmış bu qurumların heç biri işləmir. Bunun ən aşkar nümunəsi BMT TŞ-nın Azərbaycan ərazisi ilə bağlı qəbul olunmuş 4 qətnamənin icra etdirilməməsi oldu. Necə olur ki, torpaqlarımız işğal altında olduğu dövrdə çağırışlarımıza uyğun monitorinq missiyasını regiona göndərmək istəməyən BMT və Aİ İkinci Qarabağ müharibəsindən sonra missiyaçılıq mövqeyini üzərinə belə fədakarcasına götürdü? Heç bir beynəlxalq təşkilatda münaqişələrə münasibətdə dini mənsubiyyətə üstünlük verməməlidir. Hüquq bütün dövlətlərlə münasibətdə ali olmalı və qəbul olunan qərarlar ədalətə söykənməlidir. Məhz belə olan halda dünyada müharibələrə və münaqişələrə son qoyular, humanitar problemlər öz həllini tapacaqdır. Biz sadaladığım problemləri qaldırdıqda isə Avropa İttifaqı və bu qəbildən olan qurumlar insan hüquqları barədə hesabatlar hazırlamağa və bu yalanlarla dolu hesabatları da beynəlxalq mətbuatda tirajlamağa başlayırlar. Mən tam əminliklə deyirəm ki, bu qurumların illik hesabatları daxili işlərinə qarışmaq istədikləri dövlətlərə qarşı açıq-aşkar təhdiddən başqa bir şey deyil".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1510   Tarix: 31 oktyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan vətəndaşlarına ŞAD XƏBƏR: Bu ölkələrə pasportsuz getmək mümkün olacaq

Türk dövlətləri arasında vətəndaşların yalnız şəxsiyyət vəsiqəsi ilə qarşılıqlı səfərlərinin təmin olunması məsələsi gündəmdədir. -a istinadla xəbər verir ki, Türk dünyasında inteqrasiya proseslərinin dərinləşdirilməsi çərçivəsində Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və digər dövlətlə

24 sentyabr
.

Xəzərdə zəlzələ oldu

Xəzər dənizində zəlzələ olub. xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Bildirilib ki, yerli vaxtla 10:46-da qeydə alınan zəlzələnin maqnitudası 3,1 olub. Zəlzələnin ocağı 15 kilometr dərinlikdə yerləşib

24 sentyabr
.

Bank kartları ilə bağlı - Daha bir qadağa

Azərbaycanda bir sıra banklar eyni kateqoriyaya aid kartın vətəndaşlara birdən artıq satışına qadağa qoyub. -a istinadən xəbər verir ki, bununla bağlı banklara təlimatlar göndərilib. Bəzi banklar eyni kateqoriyaya aid kartı vətəndaşlara birdən artıq satmır. Banklardan bəziləri bu məhdudiyyəti tətbi

24 sentyabr
.

Taksi qiymətləri BAHALAŞIR: Səbəb NƏDİR? - AÇIQLAMA

Son dövrlər taksi xidmətlərinin qiymətlərində dəyişikliklər müşahidə olunur. Gedişhaqqının formalaşmasına yanacaq və texniki xidmət xərcləri, sürücülərin gəlir tələbləri, platforma komissiyaları, eləcə də bazardakı tələb və təklif kimi müxtəlif amillər təsir göstərə bilər. Bakıda nəqliyyat sıxlığını

24 sentyabr
.

Azərbaycanda vulkan püskürdü - FOTO/VİDEO

Qaradağ rayonu ərazisində vulkan püskürməsi olub. Bu barədə -ın sorğusuna cavab olaraq AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) Zəlzələlərin tədqiqatı bürosundan bildirilib. Qeyd olunub ki, vulkan püskürməsi yerli vaxtla saat 07:32-də qeydə alınıb. 08:13. Qaradağ rayonu Lökbatan qəsəbəsind

26 sentyabr
.

Heydər Əliyev xanımı ilə "Formula 1"də - FOTOLAR

Prezident İlham Əliyevin oğlu Heydər Əliyev xanımı Alyona Əliyava ilə Bakı şəhər halqasında "Formula 1" Azərbaycan Qran-Prisinin əsas yarışını izləyib. onların fotolarını təqdim edir:

26 sentyabr
.

Komitə sədri: "Şəhərlərimizin əksəriyyətinin 20 illik inkişaf planı hazırdır"

"Azərbaycanda şəhərlərin əksəriyyətinin 20 illik inkişaf planı artıq hazırdır". "Report"a istinadla xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda bildirib. Onun sözlərinə görə, Azərbayca

26 sentyabr
.

Martin Ryan Lənkərandakı cəzaçəkmə müəssisəsindən azadlığa buraxıldı

Fransaya casusluqda ittiham olunan Martin Ryan Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Lənkərandakı cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıb. "Report" xəbər verir ki, bu barədə Penitensiar Xidmət rəisinin müavini general-mayor Oqtay Məmmədov 17 saylı cəzaçəkmə müəssisəsində Əfv Sərəncamını

23 sentyabr
.

David Seliverstov-Çingiz Qənizadə məhkəməsi: Anatoli Rafailovun adı ilə bağlı sübutlar təqdim edildi

İctimaiyyətə David Seliverstov adı ilə tanınan Abbasov Kazım Elşən oğlunun Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə Binəqədi Rayon Məhkəməsində hazırlıq iclası keçirilib. İclasla bağlı ünvanladığımız sorğunu cavablandıran vəkil Sahil Allahverdiyev bildirib ki, Çingiz Qənizad

24 sentyabr