Azərbaycanda müəllimlərin maaşı gələn ildən bu qədər arta bilər - AÇIQLAMA
Azərbaycanda müəllimlərin minimum əməkhaqqı 345 manatdır. Əlavə dərs saatlarına, sinif rəhbərliyinə, fənn üzrə sertifikasiya nəticələrinə və digər göstəricilər əsasında yüksələ bilir. Bəs, müəllimlərin minimum əməkhaqqı 500 manata qədər qaldırıla bilərmi?
Mövzu ilə bağlı Sonxeber.az-a təhsil eksperti Kamran Əsədov danışdı.
O, açıqlamasında bildirdi ki, müəllimlərin maaşının 500 manata qədər qalxaması ilə bağlı təkliflər müzakirə olunur:
"Beynəlxalq təcrübədə müəllimlərin əməkhaqqı yalnız bazar əməkhaqqına deyil, eyni zamanda onların peşəkar səviyyəsinə və təcrübəsinə əsaslanaraq müəyyənləşdirilir. Məsələn, Estoniya, Finlandiya və Sinqapur kimi ölkələrdə müəllimlərin əməkhaqqı ölkənin ümumi əməkhaqqı səviyyəsindən yuxarıda tutulur ki, bu da müəllimlik peşəsinin nüfuzunu artırır.
Hazırda Azərbaycanda müəllimlər üçün əməkhaqqının qalxması məsələsi prioritetlərdən biridir, çünki artan inflyasiya və yaşam xərcləri bu sahədə çalışan şəxslərin sosial-iqtisadi vəziyyətini ağırlaşdırır. Minimum əməkhaqqının 345 manatdan 500 manata yüksəldilməsi təklifləri müzakirə olunur. Belə bir artım müəllimlərin motivasiyasını və təhsilin keyfiyyətini dəstəkləyərək peşənin nüfuzunu yüksəldə bilər. Bununla yanaşı, müəllimlərin bazar əməkhaqqından əlavə əlavə fəaliyyətlər üzrə ödənişləri də daha yüksək səviyyədə hesablanmalıdır ki, bu sahədə çalışanların həyat səviyyəsini yaxşılaşdırsın.
Azərbaycanda müəllimlərin əməkhaqqının daha yüksək səviyyəyə qaldırılması və bu məbləğin artan iqtisadi şəraitə uyğunlaşdırılması təhsil sahəsində keyfiyyətin yüksəlməsinə, daha motivasiyalı müəllimlərə və ümumilikdə təhsilin inkişafına töhfə verə bilər. Təhsil sistemində çalışan müəllimlərin əməkhaqqının təhsil keyfiyyətinə, məktəb mühitinə və ümumilikdə şagirdlərin nəticələrinə təsir göstərdiyini nəzərə alsaq, müəllimlərin əməkhaqqının artırılması ölkə təhsili üçün mühüm addım olar".
Vüsalə İbrahimli
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 3032 Tarix: 31 oktyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Bakcell"də hədiyyə mövsümü başladı
"Bakcell" abunəçilərinə minlərlə hədiyyə qazandıran hədiyyə mövsümünə start verib. "Bakcell" tətbiqində aktiv olan VIP Çarxı çevirən hər kəsi hədiyyələr gözləyir. Çarxın super prizi isə "Sea Breeze"də mənzildir. Hədiyyə mövsümündə abunəçilər müxtəlif kateqoriyalar üzrə dəyərl
24 sentyabrVergi yükündə dəyişiklik: Vətəndaşların ailə büdcəsinə necə təsir edəcək?
2027-ci ildən gəlir vergisi dərəcələrində dəyişikliklərin tətbiqi müxtəlif gəlir qruplarına aid vətəndaşların əldə etdiyi real gəlirə və ailə büdcəsinə təsir göstərə bilər. Vergi yükündə baş verəcək dəyişikliklərin xüsusilə aşağı və orta gəlirli şəxslərin gündəlik xərclərinə, sosial vəziyyətinə və yaşayı
24 sentyabrSabah hava necə olacaq? - Açıqlandı
Sentyabrın 27-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumatına əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi səhər şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperatur
26 sentyabrHeydər Əliyev xanımı ilə "Formula 1"də - FOTOLAR
Prezident İlham Əliyevin oğlu Heydər Əliyev xanımı Alyona Əliyava ilə Bakı şəhər halqasında "Formula 1" Azərbaycan Qran-Prisinin əsas yarışını izləyib. onların fotolarını təqdim edir:
26 sentyabrXəzərdə zəlzələ oldu
Xəzər dənizində zəlzələ olub. xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Bildirilib ki, yerli vaxtla 10:46-da qeydə alınan zəlzələnin maqnitudası 3,1 olub. Zəlzələnin ocağı 15 kilometr dərinlikdə yerləşib
24 sentyabrFlorian Zenqstşmid: "Bölgələrdə yeni turizm mərkəzləri formalaşdırılır"
Azərbaycanın bölgələrində yeni turizm mərkəzləri formalaşdırılır. "Report" xəbər verir ki, bunu Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədri Florian Zenqstşmid Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (2nd Azerbaijan Internationa
26 sentyabrTaksi qiymətləri BAHALAŞIR: Səbəb NƏDİR? - AÇIQLAMA
Son dövrlər taksi xidmətlərinin qiymətlərində dəyişikliklər müşahidə olunur. Gedişhaqqının formalaşmasına yanacaq və texniki xidmət xərcləri, sürücülərin gəlir tələbləri, platforma komissiyaları, eləcə də bazardakı tələb və təklif kimi müxtəlif amillər təsir göstərə bilər. Bakıda nəqliyyat sıxlığını
24 sentyabr91 yaşlı sabiq deputat vəfat etdi
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq deputatı Zərifə Nəcəfova vəfat edib. "Qafqazinfo" xəbər verir ki, 91 yaşlı Z.Nəcəfova xəstəlik səbəbindən həyatını itirib. Qeyd edək ki, Əməkdar müəllim olan Zərifə Nəcəfova uzun illər Naxçıvan Dövlət Universitetində prorektor vəzifəsində d
25 sentyabr