"Bu gün Avropa İttifaqının bəzi üzvləri Ermənistanı silahlandıraraq münaqişəni yenidən alovlandırmağa çalışır" - DEPUTAT
Ermənistan ərazisindəki Avropa İttifaqının (Aİ) "müşahidəçiləri" yenidən Azərbaycanla sərhədə gəliblər. Məlum olub ki, səhər saatlarında Laçın rayonunun Fətəlipəyə kəndi ilə sərhədin Gorus rayonu Kornidzor kəndi ərazisində yerləşən yolun üzərinə Aİ-yə məxsus 2 ədəd "Toyota" markalı minik avtomobili və Ermənistana məxsus 1 ədəd "Niva", 1 ədəd "UAZ Patriot" markalı minik avtomobilləri gəlib. Avtomobillərdən 6 nəfər Aİ "müşahidəçisi" və bir nəfər erməni hərbi qulluqçu düşüb, Azərbaycanın ərazilərini müşahidə cihazı ilə 2 saata yaxın izləyiblər. Sonra Kornidzor kəndi istiqamətinə qayıdıblar.
Bununla bağlı Sonxeber.az-a danışan deputat Cavanşir Paşazadə bildirib ki, Avropa İttifaqı və eləcə də digər bəzi təşkilatlar, dövlətlər Cənubi Qafqazada vəziyyəti yenidən gərginləşdirməyə çalışırlar:
"Xatırlayırsınızsa mediada Zəngilanla sərhəddə yerləşən Ermənistanın Nerkin Hand kəndi yaxınlığında üzərində Fransa bayrağı dalğalanan avtomobildə "müşahidəçilər"in gətirilməsinə dair video yayılmışdı. Həmin şəxslər Fransanın kəşfiyyat orqanlarının əməkdaşları da ola bilər. Görünən odur ki, Fransa kəşfiyyat orqanlarının əməkdaşlarını açıq şəkildə öz bayrağı altında Azərbaycanla sərhəddə yerləşdirməyə başlayıb. Bu Fransanın regionda sülh prosesinə zərbə vurmaq istiqamətində atdığı növbəti addımıdır. Çünki Fransa hələ də Azərbaycanın öz gücünə Dağlıq Qarabağ münaqişəsinə son qoyaraq, ərazi bütövlüyünü bərpa etməsini qəbul edə bilmir.
Görünən odur ki, Avropa İttifaqı Azərbaycan müsəlman ölkəsi olduğuna görə bizə qarşı belə anti-türk islamofobiya dolu, qərəzli və fitnəkar siyasət aparır. Bu gün Avropa İttifaqının bəzi üzvləri Ermənistanı yenidən silahlandıraraq münaqişəni yenidən alovlandırmağa çalışır. Əlbəttə, bu Avropa İttifaqı ilə Azərbaycan arasında olan əlaqələrə böyük zərbədir".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Prezident ona "general-leytenant" ali hərbi rütbəsi verdi
Bakıda dənizdə batan tələbələrin FOTOSU
Çin süni intellekt serverlərini okeanın dibinə yerləşdirdi
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
"Məndən 5 min manat aldı, pulumu qaytarmadı" - Prezidentə Çingiz Qənizadə oğlu Elgiz Qənizadə ilə bağlı müraciət
Dünyanın ən xoşbəxt turizm şəhəri açıqlandı - Avropada yerləşir
Şagirdlərin məktəbdə aldıqları qiymətlərlə imtahan nəticələri niyə üst-üstə düşmür? - AÇIQLAMA
Bakıda dişi çəkilən qadın öldü (VİDEO)
Supermodeel Bakıda keçmiş nişanlısı ilə görüşdü (FOTO)
İlham Əliyev bəzi hərbçiləri təltif etdi - SƏRƏNCAM
Pula görə orqanlarını satmaq istəyirlər: Yalnız bu halda MÜMKÜNDÜR
Mal ətinin qiyməti niyə BAHALAŞIR? - AÇIQLAMA
Hərbçilərinin əməkhaqları 22,8% artacaq
Bakıdakı Formula 2-də kütləvi qəza - Yarış dayandırıldı
Xalqımıza baş ucalığı gətirən Şanlı Qələbə