"Azərbaycanın son addımları Avropa İttifaqının bəzi ölkələrini ifşa edib, onların iç üzünü açıb" - Bəhruz Quliyev

"Azərbaycanın son addımları Avropa İttifaqının bəzi ölkələrini ifşa edib, onların iç üzünü açıb" - Bəhruz Quliyev"Avropa İttifaqının Azərbaycana qarşı qərəzli münasibəti danılmazdır. Uzun illər Azərbaycana qarşı Ermənistanın işğalçı siyasətini görməzdən gələn Qərb bu gün də ölkəmizin öz suverenliyini bərpa etməsini həzm etmək istəmir. Avropa institutları – ATƏT PA, AŞPA və digər qurumlar insan haqları, seçki bəhanəsi ilə üzərimizə gəlməyə çalışırlar. Bu ilin əvvəlindən AŞPA-da Azərbaycan nümayəndə heyətinin mandatının dondurulmasını Avropanın növbəti demarşı da adlandırmaq olar. Avroparlamentarilər ölkəmizdə keçirilən seçkilər barədə qərəzli rəy verməklə, əslində Azərbaycanın əldə etdiyi uğurlara kölgə salmaq niyyətlərini büruzə verdilər".

Bunu Sonxeber.az-a açıalamasında SƏS Media Qrupun rəhbəri, siyasi analitik Bəhruz Quliyev deyib.

B.Quliyev qeyd edib ki, Azərbaycanın son addımları Avropa İttifaqının bəzi ölkələrini ifşa edib, onların iç üzünü açıb:

"Bu ifşaya qarşı tədbir görmək istəyən həmin ölkələr, xüsusilə Fransa kimi neokolonialist dövlət bəd əməllərini Ermənistan üzərindən genişləndirmək istəyir. Avropa İttifaqının "kuklası" olan indiki Ermənistan hakimiyyəti yeni ağalarına daha çox yarınmaq üçün ən həssas sahələrini onlarla bölüşməkdədir. Azərbaycanla şərti sərhəddə "Avropa mülki müşahidə missiyası" adı altında Fransanın kəşfiyyatının fəaliyyəti bütün beynəlxalq normaların pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Ermənistanla sülh müqaviləsi bağlamağa çox yaxındır, əgər rəsmi Parisin müdaxiləsi, təxribatçı hərəkətləri olmasa iki Cənubi Qafqaz ölkəsi bir-biri ilə uzlaşa bilərlər. Çox təəssüf ki, İrəvan kənar müdaxilələrə reaksiya verəcək vəziyyətdə deyil, imkanları məhduddur. Avropalı müşahidəçilər isə bundan sui-istifadə edərək bölgədə gərginlik yaratmaq, necə deyərlər, "bulanıq suda balıq tutmaq" istəyirlər. Azərbaycan isə Ermənistandan fərqli olaraq Qərbin bütün planlarını pozmaq gücündədir".

Bəhruz Quliyev vurğulayıb ki, sərhəddə baş verənlər, Gürcüstan seçkiləri və digər təxribatların arxasında dayananların yeganə məqsədi Azərbaycanı onların istədiyi masaya əyləşdirməkdir:

"Bir tərəfdən bəyan edirlər ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin daha tez imzalanmasının tərəfdarıdırlar, digər tərəfdən isə müxtəlif platformalarda buna qarşı siyasət yürüdürlər. Azərbaycan 44 günlük müharibəni dünya birliyi tərəfindən tanınan ərazilərində apardı, terrorun və separatizmin kökünü də ölkəmizin bir parçası olan Qarabağda kəsdi. Döyüş bölgəsindən yüz kilometrlərlə uzaqdakı şəhər və qəsəbələrimizdə mülki vətəndaşlarımıza, dinc sakinlərimizə Ermənistan ərazilərindən ballistik raketlərlə, qadağan olunmuş kassetli bombalarla hücum edənlərin əsl niyyəti müharibəni bu ölkənin içərilərinə doğru çəkmək olsa da Azərbaycan təmkin nümayiş etdirdi. Bütün bunlara rəğmən Azərbaycan Ermənistanla ikitərəfli təmaslarını davam etdirir, böyük dövlətlərin, super güclərin 25 ildə edə bilmədiyini qəsa zaman kəsiyində sonlandırmaq, sülh müqaviləsinin imzalanmasını təmin edəcək etimad mühitini formalaşdırmaq əzmindədir. Qərbin narahatlığı da bundan qaynaqlanır".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1400   Tarix: 31 oktyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan vətəndaşlarına ŞAD XƏBƏR: Bu ölkələrə pasportsuz getmək mümkün olacaq

Türk dövlətləri arasında vətəndaşların yalnız şəxsiyyət vəsiqəsi ilə qarşılıqlı səfərlərinin təmin olunması məsələsi gündəmdədir. -a istinadla xəbər verir ki, Türk dünyasında inteqrasiya proseslərinin dərinləşdirilməsi çərçivəsində Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və digər dövlətlə

24 sentyabr
.

Xəzərdə zəlzələ oldu

Xəzər dənizində zəlzələ olub. xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Bildirilib ki, yerli vaxtla 10:46-da qeydə alınan zəlzələnin maqnitudası 3,1 olub. Zəlzələnin ocağı 15 kilometr dərinlikdə yerləşib

24 sentyabr
.

Bank kartları ilə bağlı - Daha bir qadağa

Azərbaycanda bir sıra banklar eyni kateqoriyaya aid kartın vətəndaşlara birdən artıq satışına qadağa qoyub. -a istinadən xəbər verir ki, bununla bağlı banklara təlimatlar göndərilib. Bəzi banklar eyni kateqoriyaya aid kartı vətəndaşlara birdən artıq satmır. Banklardan bəziləri bu məhdudiyyəti tətbi

24 sentyabr
.

Taksi qiymətləri BAHALAŞIR: Səbəb NƏDİR? - AÇIQLAMA

Son dövrlər taksi xidmətlərinin qiymətlərində dəyişikliklər müşahidə olunur. Gedişhaqqının formalaşmasına yanacaq və texniki xidmət xərcləri, sürücülərin gəlir tələbləri, platforma komissiyaları, eləcə də bazardakı tələb və təklif kimi müxtəlif amillər təsir göstərə bilər. Bakıda nəqliyyat sıxlığını

24 sentyabr
.

Azərbaycanda vulkan püskürdü - FOTO/VİDEO

Qaradağ rayonu ərazisində vulkan püskürməsi olub. Bu barədə -ın sorğusuna cavab olaraq AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) Zəlzələlərin tədqiqatı bürosundan bildirilib. Qeyd olunub ki, vulkan püskürməsi yerli vaxtla saat 07:32-də qeydə alınıb. 08:13. Qaradağ rayonu Lökbatan qəsəbəsind

26 sentyabr
.

Heydər Əliyev xanımı ilə "Formula 1"də - FOTOLAR

Prezident İlham Əliyevin oğlu Heydər Əliyev xanımı Alyona Əliyava ilə Bakı şəhər halqasında "Formula 1" Azərbaycan Qran-Prisinin əsas yarışını izləyib. onların fotolarını təqdim edir:

26 sentyabr
.

Komitə sədri: "Şəhərlərimizin əksəriyyətinin 20 illik inkişaf planı hazırdır"

"Azərbaycanda şəhərlərin əksəriyyətinin 20 illik inkişaf planı artıq hazırdır". "Report"a istinadla xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda bildirib. Onun sözlərinə görə, Azərbayca

26 sentyabr
.

Martin Ryan Lənkərandakı cəzaçəkmə müəssisəsindən azadlığa buraxıldı

Fransaya casusluqda ittiham olunan Martin Ryan Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Lənkərandakı cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıb. "Report" xəbər verir ki, bu barədə Penitensiar Xidmət rəisinin müavini general-mayor Oqtay Məmmədov 17 saylı cəzaçəkmə müəssisəsində Əfv Sərəncamını

23 sentyabr
.

David Seliverstov-Çingiz Qənizadə məhkəməsi: Anatoli Rafailovun adı ilə bağlı sübutlar təqdim edildi

İctimaiyyətə David Seliverstov adı ilə tanınan Abbasov Kazım Elşən oğlunun Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə Binəqədi Rayon Məhkəməsində hazırlıq iclası keçirilib. İclasla bağlı ünvanladığımız sorğunu cavablandıran vəkil Sahil Allahverdiyev bildirib ki, Çingiz Qənizad

24 sentyabr