Avtobusa minənlərin nəzərinə: Balansınızdan 3 qat ödəniş çıxıla bilər – Diqqət!

Avtobusa minənlərin nəzərinə: Balansınızdan 3 qat ödəniş çıxıla bilər – Diqqət!Uzun müddətdir ki, "Bakıkart" tətbiqi işləmədiyindən paytaxtda ictimai nəqliyyatdan istifadə edənlər alternativ ödəniş üsullarını seçir.

Aylardır "Bakıkart" tətbiqində yaranmış problemin qısa müdətdə həll ediləcəyi deyilsə də, hələlik yerində qalmaqdadır.

Sərnişinlər isə hələlik telefonla ödəniş etmək üçün "birbank" və ya "m10" mobil tətbiqlərindən istifadə edirlər.

Amma "Bakıkart"sistemindəki boşluq nəticəsində bəzi hallarda sərnişinlərdən artıq pul çıxılır.
Bu gün ictimai nəqliyyatdan istifadə edərkən bunun şəxsən şahidi oldum.

Belə ki, mindiyim 199 nömrəli avtobusun bir nəfər üçün gediş haqqının 55 qəpik olduğunu bilmədiyimdən yanlışlıqla "birbank" mobil tətbiqində 50 qəpiklik bilet yaratdım. "Balansda məbləğ yoxdur" yazısını gördükdə sürücü bildirdi ki, 55 qəpiklik bileti seçmək lazımdır. Özü də mənə və başqa bir xanıma xəbərdarlıq etdi ki, elə olanda bank kartından 2 dəfə pul silinir. Növbəti dəfə 55 qəpiklik 2 bilet yaratdıqdan sonra kart hesabıma baxanda doğrudan da bir nəfər üçün həm 1 manat, həm də 55 qəpiyin silindiyini gördüm. Yəni əvvəlcə səhvən seçdiyim 50 qəpiklik bilet üçün 2 dəfə, həm də sonradan yaradılan 55 qəpiklik biletin pulu silinib.

Sözügedən ödəniş hər nə qədər "birbank" mobil tətbiqi vasitəsilə edilsə də, ödənişlər "Bakıkart"a getdiyindən bunun kart yaradılarkən buraxılan boşluqlardan qaynaqlandığını düşünürəm. Əgər hansısa avtobus üçün sərnişin səhvən 55 qəpik əvəzinə 50 qəpiklik bilet alırsa, "hesabınızda balans yoxdur" yazılırsa, onda nə üçün eyni anda hər 2 məbləğ sərnişindən tutulmalıdır? Ümid edirik ki, uzun müddətdir, aparılan təkmilləşmə işləri nəticəsində bu problemlər də aradan qaldırılacaq.

Ona görə ümidə belə bağlamışıq ki, "Bakıkart"la bağlı əldə etdiyimiz nömrələrin heç biri ilə əlaqə saxlamaq mümkün olmadı.
Əgər rəsmi şəkildə buna bir izahları varsa, cavablarını eşitməyə hazırıq.
Avtobusa minənlərin nəzərinə: Balansınızdan 3 qat ödəniş çıxıla bilər – Diqqət!


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1148   Tarix: 31 oktyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Altı yaşlı uşağa işgəncə verən ögey atanın cinayət işi: "Bu dəqiqə yemək hazırlamasan..." - FOTO

Bakıda 6 yaşlı ögey övladını yuxudan oyadıb xüsusi amansızlıqla döyərək öldürməyə cəhd edən Rəşad İsmayılovun cinayət işinin bəzi detalları məlum olub. "Unikal"a istinadən xəbər verir ki, istintaqla Rəşad İsmayılovun xuliqanlıq niyyəti ilə, xüsusi amansızlıqla, köməksiz vəziyyətdə olan şəxs

26 mart
.

Azərbaycanda pensiya yaşı dəyişir? - BELƏ OLA BİLƏR…

Azərbaycanda pensiya ilə bağlı qanunvericiliyə edilən dəyişikliklər bəzi kişilərin 5 il daha tez təqaüdə çıxmasına imkan yarada bilər. Belə ki, yeni qaydalara əsasən, əvvəllər yalnız qadınlara tətbiq olunan güzəştli pensiya hüququnun müəyyən hallarda kişilərə də şamil olunması nəzərdə tutulur. "Yen

29 mart
.

"102"yə 763 müraciət: Polis operativ tədbirləri gücləndirdi

Yağışın fəsadlarının aradan qaldırılması və vətəndaş müraciətlərinə baxılması istiqamətində DİN əməkdaşları tərəfindən operativ tədbirlər görülür. DİN-dən -a verilən məlumata görə, bir sutka ərzində "102" Xidməti-Zəng Mərkəzinə daxil olmuş 763 çağırış aidiyyəti üzrə istiqamətləndirilib. Onlarda

28 mart
.

Məşhur bitki dərinin qocalmasını dayandıra bilər

Alimlər müəyyən ediblər ki, qara jenşen ekstraktı iltihabı azaltmaq və kollagenin parçalanmasına təsir edən molekulyar mexanizmləri zəiflətməklə dərinin qocalma prosesini ləngidə bilər. bu bitki ilə bağlı məlumatları təqdim edir:. Alimlər dərinin qocalmasını ləngitməyin təbii üsulunu aşkar ediblər. Alimlə

28 mart
.

Bakı səhəri belə açdı - Yağışlı yollardan yeni görüntülər

İki gündür aramsız yağan yağış Bakıda və paytaxtın ətrafında nəqliyyatın hərəkətini çətinləşdirib. "Qafqazinfo" xəbər verir ki, bir sıra yolları su basıb. Bəzi ərazilərdə kanalizasiya xətlərinin daşması vəziyyəti daha da çətinləşdirib. Səhər saatlarında paytaxtın bəzi ərazilərində çəkilmi

28 mart
.

Bakının mərkəzində yeni təmir olunan yol ÇÖKDÜ

Paytaxtın Cəlil Məmmədquluzadə küçəsi ilə Nəsib bəy Yusifbəyli küçəsinin kəsişməsində yolda çökmə baş verib. -ın əldə etdiyi məlumata görə, avtomobillərin intensiv hərəkət etdiyi ərazidə mövcud vəziyyət təhlükə yaradır. Yolun çökmüş hissəsində su axıntısının olduğu müşahidə edilir. Qeyd edək ki, yolu

26 mart
.

Bu şəxslərin övladlarına 140 manat verilir

Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına müavinətin məbləği 140 manatdır. -ın məlumatına görə, müavinət şəxs müddətli həqiqi hərbi xidmətdə olduqda təyin edilir. Müavinətin müddəti müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının həqiqi hərbi xidmətdə olduğu müddətə qədərdir. Sosia

29 mart
.

Dünya bu gün 1 saat işıqsız qalacaq

Bu gün bütün dünyada "Yer saatı" (WWF) ümumdünya vəhşi təbiət fondu aksiya keçirir. Axşam.az xəbər verir ki, qlobal aksiya axşam saat 20:30-da başlayacaq və 21:30-a kimi davam edəcək. Aksiyada milyonlarla insan eyni anda işıqları söndürərək iqlim böhranına diqqət çəkəcək. Aksiya hər il martı

28 mart
.

Bakıya düşən yağıntı aylıq normadan 6 dəfə çox OLUB - FAKTİKİ HAVA

Martın 29-u saat 12:00-a olan məlumata əsasən 27-dən 29-u səhərədək ölkə ərazisində intensiv yağıntılı hava şəraiti davam edib, dağlıq ərazilərə qar yağıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən xəbərə görə, səhər saatlarından yağıntılar tədricən zəifləyib. Qar örtüyünün hündürlüyü Şahdağd

29 mart