"Ermənistan konstitusiyasında dəyişiklik edilmədən sülh müqaviləsindən söhbət gedə bilməz" - DEPUTAT

"Ermənistan konstitusiyasında dəyişiklik edilmədən sülh müqaviləsindən söhbət gedə bilməz" - DEPUTAT"Oktyabr ayının əvvəlindən Avropa İttifaqının "müşahidəçi"lərinin Azərbaycanla sərhəddə baş çəkməsi halları artıb. Avropa Parlamentinin Azərbaycan əlehinə qəbul etdiyi qətnamənin ardınca "müşahidə" missiyasının fəallaşması açıq-aşkar anti-Azərbaycan siyasətin və qərəzli münasibətin təzahürüdür. Şübhəsiz ki, siyasi etikadan kənar davranış nümayiş etdirən "müşahidəçi"lərin hərəkətləri Azərbaycan üçün heç bir məna kəsb etmədiyi kimi, həm də, qəbuledilməzdir. Azərbaycan və Ermənistan arasında sülh prosesinə töhfə vermək adı altında fəalliyyətə başlayan missiya elan etdiyi hədəflərdən başqa hər bir işlə məşğul olur. Xüsusilə, iki ölkə arasında şərti sərhəddə katalizatorluq edərək, sülh prosesinə və iki ölkə arasında etimad mühitinin yaranmasına mane olurlar. Ermənistan isə, "binokl diplomatiyası"nı özünə fəaliyyət kimi müəyyənləşdirən missiyanın arxasına sığınaraq, qalxan kimi istifadə edir. Əlbəttə, bu Azərbaycan üçün heç də təəccüblü deyil. Ermənistan otuz ilə yaxın başqalarının arxasına sığınaraq, danışıqlar prosesindən necə yayındısa, indi də, o cür yayınmağa çalışır".

Bu fikirləri Sonxeber.az-a açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova deyib.

Deputat bildirib ki, Aİ missiyasının mandatının bitməsinə dörd ay qalıb:

"Bununla belə, Ermənistanla Avropa İttifaqı arasında müqavilədə qeyd olunur ki, müşahidəçilərin (daha doğrusu, kəşfiyyatçıların) mandatı daha iki il müddətinə uzadıla bilər. Cənab Prezident İlham Əliyev Belçika Krallığının yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Julyen de Freponun etimadnaməsini qəbul edərkən də bu barədə danışaraq vurğulayıb ki, "Azərbaycan-Avropa İttifaqı münasibətlərində etimadsızlıq yaradan məsələlərdən biri də sərhəddə dırnaqarası "Avropa müşahidəçilər missiyasının" müddətinin Azərbaycanın razılığı olmadan, məsləhətləşmədən uzadılmasıdır." Aydın məsələdir ki, Ermənistan "müşahidə missiyası"nı sülh müqaviləsi bağlanana qədər bölgədə saxlamaq fikrindədir. Azərbaycanın isə bu məsələdə mövqeyi qətidir. Ermənistan konstitusiyasında dəyişiklik edilmədən sülh müqaviləsindən söhbət gedə bilməz.

Xüsusilə vurğulamalıyıq ki, Avropa İttifaqının müşahidə missiyasının Ermənistan tərəfdən Azərbaycan sərhədi yaxınlığında fəaliyyətinə ehtiyac yoxdur. Ümumən, sözügedən missiyaya nəinki indi, heç vaxt ehtiyac olmayıb. 2022-ci ilin dekabrından başlayaraq formalaşdırılmasına start verilmiş bu təsisatın, prinsip etibarilə, təxribat törətməklə məşğul olduğu aydın görünür. Yəni birmənalı şəkildə məlumdur ki, bunlar kəşfiyyatçılardır və sərhədin hər bir addımını, hər metrəsini təhlil edir, monitorinqini keçirir və toplanmış arayışları da müvafiq olaraq özlərinin kəşfiyyat qurumlarına ötürürlər. Burada məhz Fransa bayrağı altında olan avtomobil görünür, bu da Fransanın Ermənistandakı səfirliyinin avtomobili də ola bilər. Şübhəsiz ki, bütün bu addımlar sülh müqaviləsinin imzalanmasına mane olmaq üçün atılan ciddi addımlardır".

Deputat vurğulayıb ki, aydın məsələdir ki, qarşılıqlı etimad mühiti formalaşmadıqca və gərginlik doğuracaq faktorlar qaldıqca, Bakı və İrəvan arasında görüntüsü yalnız üfüqdə közərən sülhün reallığa çevrilməsi mümkünsüzdür:

"Bunda itirən tərəfin isə Ermənistan olacağı şübhəsizdir. Ona görə də Avropa İttifaqının regional təhlükəsizliyə, sülh və əmin-amanlığın bərqərar olmasına mane olan missiyasının tezliklə sona çatdırılması üçün diplomatik üsullara əl atılması olduqca vacibdir. Ona görə ki, heç bir siyasi etika və normaya sığmayan "binokl diplomatiyası" həyata keçirən bu missiyanın fəaliyyəti qəbulolunmazdır".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 822   Tarix: 01 noyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan vətəndaşlarına ŞAD XƏBƏR: Bu ölkələrə pasportsuz getmək mümkün olacaq

Türk dövlətləri arasında vətəndaşların yalnız şəxsiyyət vəsiqəsi ilə qarşılıqlı səfərlərinin təmin olunması məsələsi gündəmdədir. -a istinadla xəbər verir ki, Türk dünyasında inteqrasiya proseslərinin dərinləşdirilməsi çərçivəsində Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və digər dövlətlə

24 sentyabr
.

Xəzərdə zəlzələ oldu

Xəzər dənizində zəlzələ olub. xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Bildirilib ki, yerli vaxtla 10:46-da qeydə alınan zəlzələnin maqnitudası 3,1 olub. Zəlzələnin ocağı 15 kilometr dərinlikdə yerləşib

24 sentyabr
.

Bank kartları ilə bağlı - Daha bir qadağa

Azərbaycanda bir sıra banklar eyni kateqoriyaya aid kartın vətəndaşlara birdən artıq satışına qadağa qoyub. -a istinadən xəbər verir ki, bununla bağlı banklara təlimatlar göndərilib. Bəzi banklar eyni kateqoriyaya aid kartı vətəndaşlara birdən artıq satmır. Banklardan bəziləri bu məhdudiyyəti tətbi

24 sentyabr
.

Taksi qiymətləri BAHALAŞIR: Səbəb NƏDİR? - AÇIQLAMA

Son dövrlər taksi xidmətlərinin qiymətlərində dəyişikliklər müşahidə olunur. Gedişhaqqının formalaşmasına yanacaq və texniki xidmət xərcləri, sürücülərin gəlir tələbləri, platforma komissiyaları, eləcə də bazardakı tələb və təklif kimi müxtəlif amillər təsir göstərə bilər. Bakıda nəqliyyat sıxlığını

24 sentyabr
.

Azərbaycanda vulkan püskürdü - FOTO/VİDEO

Qaradağ rayonu ərazisində vulkan püskürməsi olub. Bu barədə -ın sorğusuna cavab olaraq AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) Zəlzələlərin tədqiqatı bürosundan bildirilib. Qeyd olunub ki, vulkan püskürməsi yerli vaxtla saat 07:32-də qeydə alınıb. 08:13. Qaradağ rayonu Lökbatan qəsəbəsind

26 sentyabr
.

Heydər Əliyev xanımı ilə "Formula 1"də - FOTOLAR

Prezident İlham Əliyevin oğlu Heydər Əliyev xanımı Alyona Əliyava ilə Bakı şəhər halqasında "Formula 1" Azərbaycan Qran-Prisinin əsas yarışını izləyib. onların fotolarını təqdim edir:

26 sentyabr
.

Komitə sədri: "Şəhərlərimizin əksəriyyətinin 20 illik inkişaf planı hazırdır"

"Azərbaycanda şəhərlərin əksəriyyətinin 20 illik inkişaf planı artıq hazırdır". "Report"a istinadla xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda bildirib. Onun sözlərinə görə, Azərbayca

26 sentyabr
.

Martin Ryan Lənkərandakı cəzaçəkmə müəssisəsindən azadlığa buraxıldı

Fransaya casusluqda ittiham olunan Martin Ryan Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Lənkərandakı cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıb. "Report" xəbər verir ki, bu barədə Penitensiar Xidmət rəisinin müavini general-mayor Oqtay Məmmədov 17 saylı cəzaçəkmə müəssisəsində Əfv Sərəncamını

23 sentyabr
.

David Seliverstov-Çingiz Qənizadə məhkəməsi: Anatoli Rafailovun adı ilə bağlı sübutlar təqdim edildi

İctimaiyyətə David Seliverstov adı ilə tanınan Abbasov Kazım Elşən oğlunun Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə Binəqədi Rayon Məhkəməsində hazırlıq iclası keçirilib. İclasla bağlı ünvanladığımız sorğunu cavablandıran vəkil Sahil Allahverdiyev bildirib ki, Çingiz Qənizad

24 sentyabr