COP29-un işıqlandırılmasında aktiv iştirak edəcək ingilisdilli jurnalistlər üçün növbəti təlimlər keçilir

COP29-un işıqlandırılmasında aktiv iştirak edəcək ingilisdilli jurnalistlər üçün növbəti təlimlər keçilirCOP29-un işıqlandırılmasında aktiv iştirak edəcək ingilisdilli jurnalistlər üçün "COP29 və Dayanıqlı Media Təcrübələri" mövzusunda növbəti təlimlər keçilir

COP29-un işıqlandırılmasında aktiv iştirak edəcək ingilisdilli jurnalistlər üçün təşkil edilən silsilə təlimlər çərçivəsində Medianın İnkişafı Agentliyi və ADA Universiteti İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə "COP29 və Dayanıqlı Media Təcrübələri" mövzusunda növbəti təlimlərə başlanılıb

Sonxeber.az məlumat verir ki,təlimin açılış mərasimində çıxış edən Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli çağdaş dövrdə ekoloji problemlərin qlobal miqyasda artmasının ətraf mühitin qorunması istiqamətində daha funksional və əhatəli addımların atılmasına zərurət yaratdığını vurğulayıb. O, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası ərəfəsində iqlim dəyişikliyi və ona qarşı mübarizə üsulları barədə effektiv məlumatlandırmanın həyata keçirilməsində, cəmiyyətin bu problemin həllində fəal iştiraka və sağlam gələcək naminə innovativ ideya və həllər irəli sürməyə təşviq edilməsində medianın müstəsna rol oynadığını bildirib.

İnkişaf və Diplomatiya İnstitutunun İxtisasartırma Proqramlarının rəhbəri Nərgiz İsmayılova isə qeyd edib ki, həyata keçirilən silsilə təlimlərin əsas məqsədi media nümayəndələrini iqlim dəyişikliyi ilə bağlı beynəlxalq səviyyədə qabaqcıl bilik və anlayışlarla təmin etmək, onların bu sahədə savadlılığını artırmaq, xarici ekspertlərin təcrübələrini onlarla paylaşmaqdır.

"Economyfirst Limited London" şirkətinin direktoru, təcrübəli jurnalist Klaus-Peter Ralf Jurgens "Mavi və Yaşıl Zona"larda jurnalistlərin fəaliyyəti, qlobal iqlim problemlərinin hansı formada vizuallaşdırıla və auditoriyaya çatdırıla biləcəyi, həmçinin COP29 konfransının ictimaiyyəti, gəncləri, qeyri-hökumət təşkilatlarını və digər maraqlı tərəfləri necə cəlb edəcəyi haqqında tədbir iştirakçıları ilə ətraflı müzakirələr aparıb.

Təlimin davamında çıxış edən Türkiyənin ölkəmizdəki səfirliyinin mətbuat müşaviri Alptekin Cihangir İşbilir "Ətraf mühit jurnalistikası və ictimai diplomatiya" adlı sessiyada diplomatların xarici ictimaiyyətlə birbaşa əlaqə yaratmaq, qlobal rəyə təsir etmək və beynəlxalq əlaqələr qurmaq üçün sosial media platformalarından istifadə metodları və jurnalistlərin beynəlxalq müqavilələr haqqında necə effektiv məlumatlandırma apara biləcəklərindən danışıb.

Media sahəsində iyirmi ildən çox beynəlxalq təcrübəyə malik, "CNN", "ABC News", "Channel News Asia", "Deutsche Welle TV" kimi məşhur media subyektlərində çalışmış, yüksək səviyyəli beynəlxalq konfrans və sammitlərdə moderator olaraq iştirak etmiş, jurnalist-teleaparıcı Ali Aslan öz növbəsində beynəlxalq statuslu jurnalistin formalaşması üçün əhəmiyyətli olan bilik və bacarıqlar barədə məlumat verərək öz təcrübələrini bölüşüb, COP29 kimi irimiqyaslı tədbirlər zamanı media nümayəndələrinin təfərrüatlı və cəlbedici cavabları təşviq edən təsirli suallar hazırlamaq üçün istifadə etdikləri texnikalardan bəhs edib.

Anadolu Agentliyinin Ekoloji xəbərlər departamentinin rəhbəri Hale Aydoğmuş isə iqlim jurnalistikasının əsas anlayışları və terminləri, ətraf mühit xəbərlərinin hazırlanma prosesində vizualların əhəmiyyəti, sosial mediada paylaşımlar, eyni zamanda, "Yaşıl Xətt" təcrübəsi barədə iştirakçılarla diskussiya aparıb.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 932   Tarix: 01 noyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan vətəndaşlarına ŞAD XƏBƏR: Bu ölkələrə pasportsuz getmək mümkün olacaq

Türk dövlətləri arasında vətəndaşların yalnız şəxsiyyət vəsiqəsi ilə qarşılıqlı səfərlərinin təmin olunması məsələsi gündəmdədir. -a istinadla xəbər verir ki, Türk dünyasında inteqrasiya proseslərinin dərinləşdirilməsi çərçivəsində Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və digər dövlətlə

24 sentyabr
.

Xəzərdə zəlzələ oldu

Xəzər dənizində zəlzələ olub. xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Bildirilib ki, yerli vaxtla 10:46-da qeydə alınan zəlzələnin maqnitudası 3,1 olub. Zəlzələnin ocağı 15 kilometr dərinlikdə yerləşib

24 sentyabr
.

Bank kartları ilə bağlı - Daha bir qadağa

Azərbaycanda bir sıra banklar eyni kateqoriyaya aid kartın vətəndaşlara birdən artıq satışına qadağa qoyub. -a istinadən xəbər verir ki, bununla bağlı banklara təlimatlar göndərilib. Bəzi banklar eyni kateqoriyaya aid kartı vətəndaşlara birdən artıq satmır. Banklardan bəziləri bu məhdudiyyəti tətbi

24 sentyabr
.

Taksi qiymətləri BAHALAŞIR: Səbəb NƏDİR? - AÇIQLAMA

Son dövrlər taksi xidmətlərinin qiymətlərində dəyişikliklər müşahidə olunur. Gedişhaqqının formalaşmasına yanacaq və texniki xidmət xərcləri, sürücülərin gəlir tələbləri, platforma komissiyaları, eləcə də bazardakı tələb və təklif kimi müxtəlif amillər təsir göstərə bilər. Bakıda nəqliyyat sıxlığını

24 sentyabr
.

Azərbaycanda vulkan püskürdü - FOTO/VİDEO

Qaradağ rayonu ərazisində vulkan püskürməsi olub. Bu barədə -ın sorğusuna cavab olaraq AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) Zəlzələlərin tədqiqatı bürosundan bildirilib. Qeyd olunub ki, vulkan püskürməsi yerli vaxtla saat 07:32-də qeydə alınıb. 08:13. Qaradağ rayonu Lökbatan qəsəbəsind

26 sentyabr
.

Heydər Əliyev xanımı ilə "Formula 1"də - FOTOLAR

Prezident İlham Əliyevin oğlu Heydər Əliyev xanımı Alyona Əliyava ilə Bakı şəhər halqasında "Formula 1" Azərbaycan Qran-Prisinin əsas yarışını izləyib. onların fotolarını təqdim edir:

26 sentyabr
.

Komitə sədri: "Şəhərlərimizin əksəriyyətinin 20 illik inkişaf planı hazırdır"

"Azərbaycanda şəhərlərin əksəriyyətinin 20 illik inkişaf planı artıq hazırdır". "Report"a istinadla xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda bildirib. Onun sözlərinə görə, Azərbayca

26 sentyabr
.

Martin Ryan Lənkərandakı cəzaçəkmə müəssisəsindən azadlığa buraxıldı

Fransaya casusluqda ittiham olunan Martin Ryan Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Lənkərandakı cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıb. "Report" xəbər verir ki, bu barədə Penitensiar Xidmət rəisinin müavini general-mayor Oqtay Məmmədov 17 saylı cəzaçəkmə müəssisəsində Əfv Sərəncamını

23 sentyabr
.

David Seliverstov-Çingiz Qənizadə məhkəməsi: Anatoli Rafailovun adı ilə bağlı sübutlar təqdim edildi

İctimaiyyətə David Seliverstov adı ilə tanınan Abbasov Kazım Elşən oğlunun Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə Binəqədi Rayon Məhkəməsində hazırlıq iclası keçirilib. İclasla bağlı ünvanladığımız sorğunu cavablandıran vəkil Sahil Allahverdiyev bildirib ki, Çingiz Qənizad

24 sentyabr