"Vedi rayonunun Şidli və Zəngibasar rayonunun kəndlərində qəbiristanlıqları üzərinə qum və torpaq verilərək izləri itirilməkdədir" - DEPUTAT
Ermənistan ərazisində qərbi azərbaycanlılara məxsus 600 qəbiristanlıqdan cəmi ikisi - Amasiya rayonunun Qaranamaz və Kalinino rayonunun Cücəkənd qəbiristanlıqları dağıdılmayıb.
Sonxeber.az xəbər verir ki, bunu Milli Məclisin Qərbi Azərbaycan Təşəbbüs Qrupunun rəhbəri Əziz Ələkbərli parlamentin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, hazırda üç qəbiristanlıqla bağlı araşdırma işləri aparılır:
"Belə ki, Vedi rayonunun Şidli, Zəngibasar rayonunun Sarvanlar və Rəncbər kəndlərinin qəbiristanlıqları üzərinə qum və torpaq verilərək izləri itirilməkdədir. Ermənistanda qəbiristanlıqlarımızdan 450-dən çoxu yer üzündən tamamilə silinib, 150-yə yaxınının dağıdılmış qalıqları müşahidə edilir. Basarkeçər rayonunun 4 kəndində - Sarıyaqub, Daşkənd, Yuxarı Şorca və Canəhməd kəndlərində qəbiristanlıq ərazilərində tanklar üçün iri hərbi istehkamlar salınıb. Yuxarı Şorca və Canəhməd kəndlərindəki istehkamlar lap yenidir, 2024-cü ilin əvvəllərində salınıb. Basarkeçərin Zod və İnəkdağı kəndlərində də eyni vəziyyətdir. Onların hamısı ilə əlaqədar xüsusi materiallar hazırlanmalı, dünyaya təqdim edilməlidir. Bu vandalizmdə təkcə Ermənistan deyil, ona havadarlıq edən, Azərbaycanafob siyasət yürüdən dövlətlər də günahkardır".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 879 Tarix: 01 noyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Xəzərdə zəlzələ oldu
Xəzər dənizində zəlzələ olub. xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Bildirilib ki, yerli vaxtla 10:46-da qeydə alınan zəlzələnin maqnitudası 3,1 olub. Zəlzələnin ocağı 15 kilometr dərinlikdə yerləşib
24 sentyabrBank kartları ilə bağlı - Daha bir qadağa
Azərbaycanda bir sıra banklar eyni kateqoriyaya aid kartın vətəndaşlara birdən artıq satışına qadağa qoyub. -a istinadən xəbər verir ki, bununla bağlı banklara təlimatlar göndərilib. Bəzi banklar eyni kateqoriyaya aid kartı vətəndaşlara birdən artıq satmır. Banklardan bəziləri bu məhdudiyyəti tətbi
24 sentyabrTaksi qiymətləri BAHALAŞIR: Səbəb NƏDİR? - AÇIQLAMA
Son dövrlər taksi xidmətlərinin qiymətlərində dəyişikliklər müşahidə olunur. Gedişhaqqının formalaşmasına yanacaq və texniki xidmət xərcləri, sürücülərin gəlir tələbləri, platforma komissiyaları, eləcə də bazardakı tələb və təklif kimi müxtəlif amillər təsir göstərə bilər. Bakıda nəqliyyat sıxlığını
24 sentyabrAzərbaycanda vulkan püskürdü - FOTO/VİDEO
Qaradağ rayonu ərazisində vulkan püskürməsi olub. Bu barədə -ın sorğusuna cavab olaraq AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) Zəlzələlərin tədqiqatı bürosundan bildirilib. Qeyd olunub ki, vulkan püskürməsi yerli vaxtla saat 07:32-də qeydə alınıb. 08:13. Qaradağ rayonu Lökbatan qəsəbəsind
26 sentyabrHeydər Əliyev xanımı ilə "Formula 1"də - FOTOLAR
Prezident İlham Əliyevin oğlu Heydər Əliyev xanımı Alyona Əliyava ilə Bakı şəhər halqasında "Formula 1" Azərbaycan Qran-Prisinin əsas yarışını izləyib. onların fotolarını təqdim edir:
26 sentyabrMartin Ryan Lənkərandakı cəzaçəkmə müəssisəsindən azadlığa buraxıldı
Fransaya casusluqda ittiham olunan Martin Ryan Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Lənkərandakı cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıb. "Report" xəbər verir ki, bu barədə Penitensiar Xidmət rəisinin müavini general-mayor Oqtay Məmmədov 17 saylı cəzaçəkmə müəssisəsində Əfv Sərəncamını
23 sentyabr