Həmin binadakı yanğının səbəbi tezalışan üzlüyüdür? - Video
Xəbər verdiyimiz kimi, oktyabrın 31-i Abşeron rayonu, Xırdalan şəhərində (Abşeron Gənclər Şəhərciyi) çoxmərtəbəli yaşayış binasında yanğın baş verib və qısa zamanda yanğın söndürülüb.
"Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə baş verən yanğının binanın tezalışan materialla üzlənməsi səbəbindən baş verdiyi iddia olunur. Bununla bağlı yayılmış videogörüntülərdə binaya alkopan üzlük çəkildiyi deyilir.
Yayılan iddialara cavab almaq üçün aidiyyəti dövlət orqanlarına sorğu ünvanladıq. Fövqəladə Hallar Nazirliyindən müraciətimizə cavab olaraq bildirildi ki, yanan binanın üzlüyü ilə bağlı ekspertiza aparılacaq: "Qeyd olunan binanın üzlüyündən nümunə götürülərək materialın odadavamlılıq dərəcəsi müvafiq ekspertiza nəticəsində müəyyən ediləcək. Bununla yanaşı, binaların odadavamlı materiallarla üzlənməsi ilə bağlı sonuncu dəfə cari ilin mart ayında aidiyyəti üzrə yerli icra hakimiyətinə rəsmi müraciət edilib".
Abşeron Rayon İcra Hakimiyyətindən isə məsələnin araşdırılıb cavablandırılacağı bildirildi.
Qeyd edək ki, 30 binadan ibarət Abşeron Gənclər Şəhərciyi 2008-2009-cu illərdə inşa olunub.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1026 Tarix: 02 noyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Xəzərdə zəlzələ oldu
Xəzər dənizində zəlzələ olub. xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Bildirilib ki, yerli vaxtla 10:46-da qeydə alınan zəlzələnin maqnitudası 3,1 olub. Zəlzələnin ocağı 15 kilometr dərinlikdə yerləşib
24 sentyabrƏhaliyə sel və daşqınlarla bağlı XƏBƏRDARLIQ
Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. həmin müraciəti təqdim edir:. "Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın iki gün ərzində respublikanın bəzi ərazilərində arabir güclü külək əsəcəyi, intensiv yağış yağacağı
24 sentyabr91 yaşlı sabiq deputat vəfat etdi
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq deputatı Zərifə Nəcəfova vəfat edib. "Qafqazinfo" xəbər verir ki, 91 yaşlı Z.Nəcəfova xəstəlik səbəbindən həyatını itirib. Qeyd edək ki, Əməkdar müəllim olan Zərifə Nəcəfova uzun illər Naxçıvan Dövlət Universitetində prorektor vəzifəsində d
25 sentyabrÇoxmərtəbəli binalarda təhlükəsizlik necə təmin edilir? - AÇIQLAMA
Çoxmərtəbəli binalarda sakinlərin təhlükəsizliyinin təmin olunması həm tikinti mərhələsində, həm də binanın istismarı dövründə bir sıra tələblərə əməl edilməsini tələb edir. Xüsusilə yanğın, zəlzələ və digər fövqəladə hallar zamanı insanların binanı təhlükəsiz şəkildə tərk edə bilməsi, təxliyə yollarını
25 sentyabr