Gürcüstanlı deputat: COP29-un Azərbaycanda keçirilməsi Cənubi Qafqaz üçün mühüm hadisədir
İqlim dəyişikliyi kimi qlobal məsələlərin Cənubi Qafqazda müzakirə olunması çox mühümdür.
Bunu "Report"un yerli bürosuna açıqlamasında Gürcüstan parlamentinin xarici əlaqələr komitəsinin sədri Nikoloz Samxaradze deyib.
O, COP29-un Azərbaycanda keçirilməsinin Gürcüstan və bütövlükdə region üçün də vacib hadisə olduğunu vurğulayıb:
"Mən ilk növbədə qardaş və dost Azərbaycanı beynəlxalq səviyyəli tədbirə ev sahibliyi münasibətilə təbrik edirəm. Bu tədbirin Bakıda təşkil olunması həm Cənubi Qafqaz, həm də Azərbaycanın özü üçün olduqca əhəmiyyətlidir. COP29-un Azərbaycanda keçirilməsi Gürcüstan üçün də vacib və sevindirici hadisədir".
N.Samxaradzenin sözlərinə görə, COP29-un keçiriləcəyi ölkə statusunun əldə edilməsi Azərbaycanın bütün dünyada böyük nüfuza malik olmasının göstəricisidir:
"Biz bu konfransın Bakıda təşkil olunacağına çox sevinirik. Ötən həftə Gürcüstanda parlament seçkiləri keçirildi. Yaxın günlərdə parlament yeni tərkibdə toplanacaq və biz Azərbaycanla əlaqələrin genişləndirilməsini diqqət mərkəzində saxlayacağıq.
Əminəm ki, qarşıdakı dörd ildə Azərbaycanla Gürcüstan arasında dostluq və qardaşlıq münasibətləri daha da dərinləşəcək. İqlim dəyişikliyi qlobal problemdir və Qafqaz regionuna da təsirsiz ötüşmür. Biz də parlamentarilər olaraq, bu məsələləri davamlı müzakirə edəcəyik".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Prezident ona "general-leytenant" ali hərbi rütbəsi verdi
Bakıda dənizdə batan tələbələrin FOTOSU
Çin süni intellekt serverlərini okeanın dibinə yerləşdirdi
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
"Məndən 5 min manat aldı, pulumu qaytarmadı" - Prezidentə Çingiz Qənizadə oğlu Elgiz Qənizadə ilə bağlı müraciət
Dünyanın ən xoşbəxt turizm şəhəri açıqlandı - Avropada yerləşir
Bakıda dişi çəkilən qadın öldü (VİDEO)
Supermodeel Bakıda keçmiş nişanlısı ilə görüşdü (FOTO)
İlham Əliyev bəzi hərbçiləri təltif etdi - SƏRƏNCAM
Pula görə orqanlarını satmaq istəyirlər: Yalnız bu halda MÜMKÜNDÜR
Mal ətinin qiyməti niyə BAHALAŞIR? - AÇIQLAMA
Hərbçilərinin əməkhaqları 22,8% artacaq
Bakıdakı Formula 2-də kütləvi qəza - Yarış dayandırıldı
Xalqımıza baş ucalığı gətirən Şanlı Qələbə