"COP29-un Azərbaycanda keçirilməsi ölkəmizin gələcək inkişafı və daha da güclənməsi baxımdan mühüm əhəmiyyət kəsb edir" - Emil Əkbərov
"Bir neçə gün sonra Azərbaycan növbəti mötəbər tədbirə ev sahibliyi edəcək".
Bunu Sonxeber.az-a danışan "BİG Media" MMC-nin direktoru Emil Əkbərov bildirib.
Emil Əkbərov qeyd edib ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Bakıda keçirilməsi ölkəmizin beynəlxalq aləmdə hər gün daha da artan nüfuzunun sübutudur:
"Azərbaycanın beynəlxalq aləmdə rolu və gündəmdəki aktual məsələlərin həllində təsiri durmadan artır. Noyabrın 11-də başlayan konfransda iqlim konfransında strateji əhəmiyyətli qərarlar qəbul ediləcək. Amma təəssüf ki, COP29 yaxınlaşdıqca, vahid mərkəzdən idarə olunan anti-Azərbaycan qüvvələrin ölkəmizə qarşı təzyiqləri artıb. Bu gün bir ovuc erməninin dərdini çəkən beynəlxalq təşkilatlar və ölkələr 30 il ərzində torpaqlarımızı işğal altında saxlayan Ermənistana qarşı bir dəfə də olsun təzyiq göstərməyib. COP29-un Azərbaycanda keçirilməsi ölkəmizin gələcək inkişafına və yeni uğurlara imza ataraq güclənməsi baxımdan mühüm əhəmiyyət kəsb edir. Bu cür mötəbər bir tədbirə ev sahibliyi etməklə Azərbaycan beynəlxalq miqyasda daha nüfuzlu ölkələrdən birinə çevriləcək. Təbii ki, bu da Azərbaycanı gözü götürməyən və düşmən qüvvələri narahat edir.
Emil Əkbərov söyləyib ki, son vaxtlar Fransa və Qərbdəki dairələrin Azərbaycan qarşı başlatdığı çirkin kampaniyanın kökündə də bu dayanır:
"Azərbaycanın əsas hədəfi Cənubi Qafqaz və qonşu regionların sıx əməkdaşlığına nail olmaqdır. Azərbaycan hər zaman qlobal problemlərin həllinin yalnız beynəlxalq aləmin birliyi nəticəsində mümkün olacağını vurğulayıb. COVID-19 pandemiyası zamanı olduğu kimi qlobal iqlim dəyişikliyinə qarşı mübarizədə də Azərbaycan bu prinsipə üstünlük verir. Amma təəssüf ki, Azərbaycandan fərqli olaraq qlobal iqlim dəyişikliklərinə qarşı mübarizəni özünün prioriteti hesab edən bəzi Avropa ölkələri bəyan etdikləri prinsiplər qarşı çıxaraq, səsləndirdikləri fikirlərə zidd addımlar atırlar. Hətta onlar qlobal problemləri öz cılız maraqlarını təmin etmək üçün siyasi alət kimi istifadə edirlər.
Azərbaycanın öz gücünə ərazi bütövlüyünü bərpa etməsini hələ də qəbul etmək istəməyən ölkələr və təşkilatlar regionda vəziyyəti yenidən gərginləşdirməyə, Azərbaycan-Ermənistan münaqişəsini yenidən alovlandırılmasına çalışırlar. Avropa Parlamentinin 2024-cü il 24 oktyabr tarixli qətnaməsi buna sübutdur. Təəssüf ki, avropalı parlamentarilər Cənubi Qafqazla bağlı öz məkrli niyyətlərini reallaşdırmaq üçün hətta iqlim dəyişmələri ilə bağlı mühüm bir məsələni siyasiləşdirib, Azərbaycana qarşı ittiham və təzyiq aləti kimi istifadə etməkdən belə çəkinmirlər. Heç bir qətnamə Azərbaycanı tutduğu mövqedən döndərə bilməz. Azərbaycan cənab prezident İlham Əliyevin rəhbərliyi ilə bu günə qədər qarşına qoyduğu bütün hədəflərə nail olub. Bundan sonra da elə olacaq. Əminəm ki, COP29-a ev sahibliyi edərək Azərbaycan "yaşıl enerji"yə keçid prosesinə də öz töhfəsini verəcək".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1541 Tarix: 04 noyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Yağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
Sentyabrın 24-ü axşam Quba-Qusar bölgəsinin, 25-i günün birinci yarısında isə bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli intensi
23 sentyabrBakıda 200-dən çox ev plana düşdü: Kompensasiya ödəniləcək (VİDEO)
Dövlət proqramı çərçivəsində Zabrat-Maştağa-Bağlar massivinə sürət qatarının getməsi üçün işlərə başlanıb. Ərazidə plana düşən evlər sökülür, qaz xətlərinin yeri isə dəyişdirilir. Beləliklə, Maştağada illər sonra qatar səsinin gəlməsi üçün hazırlıqlar görülür. Hazırda burada həm xəttin keçəcəyi ərazilə
24 sentyabrBu şəxslər üçün avtobus və metro PULSUZDUR
Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, ictimai nəqliyyatdan (metropoliten, şəhəriçi və qəsəbələrarası avtobuslar) ödənişsiz istifadə etmək hüququ müəyyən olunmuş xüsusi kateqoriyalı şəxslərə həvalə edilib. Bu güzəştlər həm sosial müdafiə məqsədilə, həm də xidməti vəzifələrin icrasını təmi
26 sentyabrTarixi hadisələr və milli yaddaş
2020-ci il sentyabrın 27-də başlayan hərbi əməliyyatlar Cənubi Qafqazın siyasi və təhlükəsizlik reallıqlarını dəyişdirən hadisələrdən biri oldu. Azərbaycan cəmiyyətində "Vətən müharibəsi" adlandırılan 44 günlük müharibə noyabrın 10-da hərbi əməliyyatların dayandırılmasına dair üçtərəfli bəyanatl
26 sentyabrPaytaxtın iki böyük bağı birləşdirildi
"Mərkəzi Nəbatat Bağı" və "Dendrologiya Bağı" publik hüquqi şəxslər Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Mərkəzi Nəbatat və Dendrologiya Bağı" Məhdud Məsuliyyətli Cəmiyyətinə çevrilmə yolu ilə yenidən təşkil ediləcək. xəbər verir ki, bununla bağlı Baş nazi
23 sentyabrVergi yükündə dəyişiklik: Vətəndaşların ailə büdcəsinə necə təsir edəcək?
2027-ci ildən gəlir vergisi dərəcələrində dəyişikliklərin tətbiqi müxtəlif gəlir qruplarına aid vətəndaşların əldə etdiyi real gəlirə və ailə büdcəsinə təsir göstərə bilər. Vergi yükündə baş verəcək dəyişikliklərin xüsusilə aşağı və orta gəlirli şəxslərin gündəlik xərclərinə, sosial vəziyyətinə və yaşayı
24 sentyabrŞAD XƏBƏR - Bu şəxslər daha TEZ PENSİYAYA ÇIXACAQ
Azərbaycan Respublikasının qanunvericiliyi müəyyən kateqoriyadan olan şəxslərə ümumi pensiya yaş həddini gözləmədən, daha tez təqaüdə çıxmaq hüququ verir. Bu güzəştlər əsasən iş şəraiti, xüsusi peşə fəaliyyəti, ailə tərkibi və sağlamlıq vəziyyəti kimi faktorlar nəzərə alınaraq tətbiq edilir. "Yen
26 sentyabrFlorian Zenqstşmid: "Bölgələrdə yeni turizm mərkəzləri formalaşdırılır"
Azərbaycanın bölgələrində yeni turizm mərkəzləri formalaşdırılır. "Report" xəbər verir ki, bunu Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədri Florian Zenqstşmid Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (2nd Azerbaijan Internationa
26 sentyabrHəcc ziyarətinə sənəd qəbulu başlayır - Qiymət artımı ola bilər
Sabahdan Həcc ziyarətinə sənəd qəbulu başlayır. Qaynarinfo xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem rəhbəri Vüsal Cahangiri məlumat verib. "Səudiyyə Ərəbistanı Krallığının Həcc və Ümrə nazirliyinin tövsiyəsi əsasında bu i
23 sentyabr