Bu ərazilərə qar yağır
Noyabrın 4-ü saat 8:00-a olan məlumata əsasən, ölkə ərazisində yağıntılı hava şəraiti davam edir".
Sonxeber.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.
O qeyd edib ki, Lənkəran-Astara bölgəsində yağıntılar leysan xarakterli intensiv olub:
"Gədəbəy, Kəlbəcər, Şahdağ, Quba, Xaltan, Xınalıq, Altıağac, Qusarda qar, digər bölgələrdə isə yağış yağır. Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 3-6 mm, Lənkəran-Astara zonasında 15-54 mm, Daşkəsən-Gədəbəydə 9-15 mm, Dağlıq Şirvanda 6-17 mm, Mərkəzi Aranda 7-13 mm, Qarabağ və Şərqi-Zəngəzur, Gəncə-Qazaxda 2-6 mm, Naxçıvan MR-da 4-8 mm, Balakən-Şəkidə 3-6 mm, Quba-Qusarda 3-5 mm təşkil edir".
"Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 9, Naxçıvan MR-da 9, Aran rayonlarında 10, dağlıq rayonlarda 2 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə 8 dərəcəyədək şaxta qeydə alınıb. Yağıntılı hava şəraiti noyabrın 4-ü axşama doğru tədricən kəsiləcək", - qurum rəsmisi əlavə edib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 3370 Tarix: 04 noyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Xəzərdə zəlzələ oldu
Xəzər dənizində zəlzələ olub. xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Bildirilib ki, yerli vaxtla 10:46-da qeydə alınan zəlzələnin maqnitudası 3,1 olub. Zəlzələnin ocağı 15 kilometr dərinlikdə yerləşib
24 sentyabrƏhaliyə sel və daşqınlarla bağlı XƏBƏRDARLIQ
Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. həmin müraciəti təqdim edir:. "Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın iki gün ərzində respublikanın bəzi ərazilərində arabir güclü külək əsəcəyi, intensiv yağış yağacağı
24 sentyabr91 yaşlı sabiq deputat vəfat etdi
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq deputatı Zərifə Nəcəfova vəfat edib. "Qafqazinfo" xəbər verir ki, 91 yaşlı Z.Nəcəfova xəstəlik səbəbindən həyatını itirib. Qeyd edək ki, Əməkdar müəllim olan Zərifə Nəcəfova uzun illər Naxçıvan Dövlət Universitetində prorektor vəzifəsində d
25 sentyabrÇoxmərtəbəli binalarda təhlükəsizlik necə təmin edilir? - AÇIQLAMA
Çoxmərtəbəli binalarda sakinlərin təhlükəsizliyinin təmin olunması həm tikinti mərhələsində, həm də binanın istismarı dövründə bir sıra tələblərə əməl edilməsini tələb edir. Xüsusilə yanğın, zəlzələ və digər fövqəladə hallar zamanı insanların binanı təhlükəsiz şəkildə tərk edə bilməsi, təxliyə yollarını
25 sentyabr