"Interpol"un prezidenti: "Ekoloji cinayətlə mübarizə onun arxasında duran maliyyə mexanizmlərini ifşa etməklə başlayır"

"Interpol"un prezidenti: "Ekoloji cinayətlə mübarizə onun arxasında duran maliyyə mexanizmlərini ifşa etməklə başlayır"Ekoloji cinayətlərə qarşı mübarizə çox vacibdir və bu sahədə birgə fəaliyyət dünyanın gələcəyini formalaşdıracaq.

"Report" xəbər verir ki, bu barədə "Interpol"un prezidenti, BƏƏ-dən olan general-mayor Əhməd Naser Əl-Raisi COP29 çərçivəsində "Antropogen iqlim dəyişikliyi ilə mübarizə üzrə qlobal səylərə töhfə vermək üçün maliyyə kəşfiyyatının imkanları" mövzusunda keçirilən tədbirdə bildirib.

O vurğulayıb ki, qeyri-qanuni ağac kəsmə, mədənçıxarma, vəhşi təbiət alveri və çirklənmə kimi ekoloji cinayətlər təkcə ekosistemlərə deyil, həm də iqtisadiyyatlara və icmalara böyük ziyan vurur.

"Bu cinayətlər çox vaxt mütəşəkkil cinayətkarlıq, korrupsiya və hətta terrorizm kimi qlobal problemlərlə əlaqəlidir. Bu səbəbdən, onların qarşısını almaq üçün beynəlxalq əməkdaşlıq və koordinasiya vacibdir," - deyə Əl-Raisi bildirib.

"Interpol"un prezidenti hesab edir ki, ekoloji cinayətlə mübarizə onun arxasında duran maliyyə mexanizmlərini ifşa etməklə başlayır: "Bu cinayətlər cinayətkar şəbəkələrə milyardlarla dollar gəlir gətirir və bu gəlirlər maliyyə sistemləri vasitəsilə gizlədilir. Pul axınlarının dayandırılması ekoloji cinayətlərə qarşı mübarizədə əsas addımdır".

Əl-Raisi həmçinin qeyd edib ki, "İnterpol" qlobal səviyyədə kəşfiyyat məlumatlarının paylaşılması, əməliyyatların koordinasiyası və hüquq-mühafizə orqanlarına müasir alətlərin təqdim olunması ilə ölkələrə dəstək verir.

"Interpol"un rəhbəri maliyyə cinayətlərinə qarşı tədbirləri sadalayarkən, bildirib ki, Maliyyə Cinayətləri və Korrupsiyaya Qarşı Mübarizə Mərkəzi çirkli pulların yuyulması, korrupsiya və dələduzluq kimi cinayətlərə diqqət ayırır: "Biz, cinayət şəbəkələrinin bağlanması və oğurlanmış aktivlərin geri qaytarılması üçün transsərhəd əməliyyatlara rəhbərlik edirik. Bununla yanaşı, "İnterpol" cinayətlər, şübhəlilər və oğurlanmış aktivlər haqqında məlumat mübadiləsi üçün məlumat bazaları təqdim edir. Bildirişlər verməklə biz hüquq-mühafizə orqanlarına cinayətkarları izləməyə və cinayət meylləri haqqında məlumat əldə etməyə kömək edirik. Rəqəmsal fırıldaqçılıq və kriptovalyutalarla bağlı təhqiqatlar üçün müstəntiqlərin və polislərin təlimini təşkil edirik. Ən yaxşı təcrübələri bölüşməklə və maarifləndirici kampaniyalar keçirməklə biz cinayətkarların bir addım önündə olmağa çalışırıq".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 627   Tarix: 16 noyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Məktəblərdə bu tarixlərdə DƏRS OLMAYACAQ

Yanvarın 27-dən ümumi təhsil müəssisələrində qış tətili başlayacaq. xəbər verir ki, Nazirlər Kabinetinin "Ümumi təhsil müəssisələrində tədris ilinin müddətinin təsdiq edilməsi haqqında" müvafiq qərarına əsasən, ümumi təhsil müəssisələrində 2025-2026-cı tədris ili üzrə qış tətili yanvarın 27-də

24 yanvar
.

Sabah hava necə olacaq?

Yanvarın 24-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 23-dən 24-nə keçən gecə bəzi yerlərdə yağıntının çiskinl

23 yanvar
.

Zorakılığa meyilli davranışlar sonradan formalaşır, yoxsa uşaqlıqdan təməli qoyulur? - AÇIQLAMA

Zorakılıq yalnız hüquqi və sosial problem deyil, eyni zamanda dərin psixoloji kökləri olan davranış formasıdır. Cəmiyyətdə tez-tez müzakirə olunan əsas suallardan biri də budur: insan zorakılığa meyilli olaraq doğulur, yoxsa bu davranış sonradan formalaşır? . Bu sualın cavabı zorakılığın qarşısının alınması

23 yanvar
.

Azərbaycanda ayların adları dəyişdirilir? - "Çıxçömbəl, Oğlaqqıran, Vaynənə…"

Bildiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan dilinin qorunması, inkişafı və saflığının təmin olunması istiqamətində ardıcıl addımlar atır və müxtəlif tədbirlər həyata keçirir. Bu fonda ayların adlarının dəyişdirilməsi yenidən müzakirə obyekti olub. Belə ki, tarixi məlumatlara görə, Azərbaycand

25 yanvar
.

Mədət Quliyevlə Zəhra ayrılıb

Əvvəllər televiziya kanallarında aparıcı kimi fəaliyyət göstərmiş Zəhra Quliyevanın sosial şəbəkələrdə aktivləşməsi onun şəxsi həyatını gündəmə gətirib. "Qafqazinfo" xəbər verir ki, Z.Quliyeva son paylaşımlarında terapiyalarla məşğul olduğunu nümayiş etdirir. Bununla əlaqəli tirajlanan xəbə

23 yanvar
.

Kamran Əsədov həbs edildi

Son qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı təqsirləndirilən təhsil eksperti Kamran Əsədov həbs edilib. "Qafqazinfo" xəbər verir ki, Gəncə Şəhər Məhkəməsi belə qərar verib. Prokuror təqsirləndirilən şəxsin qətimkan tədbiri şərtlərini pozduğu üçün seçilmi

23 yanvar
.

Bakının məşhur restoranında ərəb turistin pulu oğurlanıb

Bakının Səbail rayonu ərazisində yerləşən "Passage 145" restoranında başqa müştərinin pulunu oğurlayan Ələzair vətəndaşı Boukhobza Abderrahmane məhkəmə qarşısına çıxarılıb. 1970-ci il təvəllüdlü təqsirləndirilən şəxs 2 il müddətinə azadlıqdan məhrum edilib. İttiham aktına əsasən, B.Abderrahman

24 yanvar
.

Ötən il xarici məhkəmələrin qətnamələrinin 4 faizi Azərbaycanda tanınıb

Ötən il Kommersiya kollegiyası üzrə icraatda olan işlər 2024-cü illə müqayisədə 17,9 faiz artıb. "Report" xəbər verir ki, bu barədə Ali Məhkəmə Plenumunun 2025-ci ilin yekunlarına həsr olunmuş iclasında deyilib. Qeyd olunub ki, 2025-ci ildə Kommersiya kollegiyasının icraatında olan 1026 işdə

24 yanvar
.

Xanım sahibkara "stop" qoyuldu

Bakıda fəaliyyət göstərən "El-Ay Tekstil" şirkətinin xanım rəhbərinin ölkədən çıxışına məhdudiyyət qoyulub. Qaynarinfo-nun məlumatına görə, "El-Ay Tekstil" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Ba

23 yanvar