"Azərbaycan COP29-un sədri kimi kiçik ada dövlətlərini dəstəkləməkdə davam edəcəkdir" - DEPUTAT

"Azərbaycan COP29-un sədri kimi kiçik ada dövlətlərini dəstəkləməkdə davam edəcəkdir" - DEPUTAT"İnkişaf etmiş bütün ölkələr, xüsusilə də əvvəllər müstəmləkə həyatı yaşamış olan bir sıra ölkələr kiçik ada dövlətlərinə həm maddi, həm də texniki dəstək göstərməlidir. Belə ki, bu kiçik dövlətlərə dəstək lazımdır ki, onlar öz ölkələrini iqlim dəyişmələrinin fəsadlarından müdafiə və mühafizə edə bilsinlər. Məlum olduğu kimi, iqlim dəyişmələri bütün ölkələrə, o cümlədən Azərbaycana öz təsiririni göstərir. Bu təsir ölkəmizdə xüsusilə Xəzər dənizinin geri çəkilməsində, çaylarımızda suların azalmasında və başqa bir çox təbii hadisələrdə özünü göstərir. Təəssüflər olsun ki, əvvəllər heç zaman görünməyən daşqınlar və kəskin yağışlar bu gün mövcuddur. Dünyanın hər bir ölkəsi bu təsirlərə məruz qalır, lakin kiçik ada dövlətləri üçün bu ekzistensial təhlükədir".

Bunu Sonxeber.az-a deputat Pərvanə Vəliyeva bildirib.

Deputat qeyd edib ki, Azərbaycan dəfələrlə təbii fəlakətlər qarşısında zəif qalan bir sıra ölkələrə qasırğa, zəlzələ və daşqınların təsirini azaltmaq məqsədilə yardımlar göstərmişdir:

"Ölkəmiz həmçinin su təchizatı, qida təhlükəsizliyi və mədəni irsin bərpası layihələrinə də öz dəstəyini əsirgəmir. Ondan artıq kiçik ada dövləti Azərbaycan universitetlərində təhsil almaq üçün tələbə təqaüdü proqramından yararlanıb. Azərbaycanın Qoşulmama Hərəkatında dördillik sədrliyi dövründə dövlətimiz 80-dən artıq ölkəyə, o cümlədən 20 kiçik ada dövlətinə maliyyə və humanitar yardım göstərmişdir.

Baham adalarının, Tonqanın və Tuvalunun rəhbərləri cari ilin may ayında COP-la bağlı planlarını müzakirə etmək üçün Azərbaycana səfər etmişdir. Qəbul olunmuş Bakı Kommünikesində COP29-da mənalı nəticələrin əldə olunmasına çağırış edilir və əlçatan iqlim maliyyəsinin vacibliyi qeyd olunur. Bu ilin sentyabrında İtki və Zərərə Cavab Fondunun fəaliyyətə başlaması ilə bağlı Bakıda ciddi nailiyyətlər əldə edilmişdir. Hazırda ehtiyac duyan ölkələrə, xüsusən də kiçik ada dövlətlərinə maliyyənin verilməsi üçün proses tamamlanmalıdır. Həmçinin, bu ilin yayında Azərbaycan Tonqada Millətlər Birliyi ilə Birgə Bəyannamə imzalamışdır. Eyni zamanda, ölkəmiz Ətraf mühitin monitorinqi və qiymətləndirilməsi məqsədilə "Azərkosmos"un peyk məlumatlarından istifadə etmək üçün Millətlər Birliyi ilə Anlaşma Memorandumu imzalanmışdır.

Fransa və Niderlandın xüsusən də Karib dənizi və Sakit Okean regionundakı dırnaqarası dəniz əraziləri iqlim dəyişmələrinin ən ciddi təsirinə məruz qalanlar sırasındadır. Artan dəniz səviyyəsi, kəskin hava şəraiti və biomüxtəlifliyin pozulması həmin regionlara ciddi təhlükə yaradır. Həmin icmaların səsi bir çox hallarda onların metropoliyalarındakı rejimləri tərəfindən susdurulur. Bundan başqa, Yeni Kaledoniya, Fransa Polineziyası, Mayot, Vallis və Futuna, Korsika, Reunion, Qvadelupa, Martinika, Fransa Qvianası, Sen-Pyer və Mikelon, Sent-Mert və Sent Varfolomey kimi Fransa müstəmləkələrinin xalqları, eləcə də Niderlandın Aruba, Kurasao, Sənt-Maarten, Boneyr, Sent Yefstaxiy və Saba kimi müstəmləkələrinin xalqları bu gün XXI əsrdə də müstəmləkə hakimiyyətindən əziyyət çəkirlər. Hazırda Fransa Polineziyası və Yeni Kaledoniya 1946-1947-ci illərdə BMT tərəfindən qeyri-özünü idarə edən ərazilər kimi tanınır. Bununla belə, onların dekolonizasiya prosesi hələ də yubanır".

Deputat vurğulayıb ki, Fransa bəzi kiçik ada dövlətlərində torpaq və suyun kəskin dərəcədə zəhərlənməsi və radiasiyasına görə məsuliyyət daşıyır:

"Radiasiya səviyyəsi 4900 faizi keçib. Fransanın Əlcəzairdə illər boyu işğalı zamanı həyata keçirdiyi 17 nüvə sınağını da nəzərə alsaq, həmin ölkə tərəfindən planetin ekosisteminə hansı zərərin vurulduğunu görməmək mümkün deyil. Fransanın dırnaqarası dəniz ərazilərində törətdiyi cinayətlər siyahısına həmçinin rejim tərəfindən bu yaxınlarda insan hüquqlarının pozulmalarının da əlavə edilməsi də yerinə düşər. Prezident Makronun rejimi Yeni Kaledoniyada kanakların bu ilki legitim etiraz aksiyasında 13 nəfərin həyatına son qoymuş, 169 nəfəri yaralamışdır, 1700 insan isə həbs edilmişdir. Həmçinin bu il Martinika və Qvadelupada etirazlar zamanı 38 nəfər həbs olunub. Bütün bunlarla yanaşı, Fransa nə Avropa Komissiyası, nə Avropa Parlamenti, nə də ki, Avropa Şurasının Parlament Assambleyası tərəfindən pislənilməmişdir. Siyasi riyakarlıq və siyasi korrupsiya rəmzinə çevrilmiş iki təsisat – Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyası günahsız insanların qətlinə görə Prezident Makronun hökuməti ilə məsuliyyəti bölüşür.

Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi kiçik ada dövlətlərinə hər zaman dəstək verib, COP29-un sədri kimi onları dəstəkləyəcək və gələcəkdə də dost ölkələri dəstəkləməkdə davam edəcəkdir".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1703   Tarix: 18 noyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Çoxmərtəbəli binalarda təhlükəsizlik necə təmin edilir? - AÇIQLAMA

Çoxmərtəbəli binalarda sakinlərin təhlükəsizliyinin təmin olunması həm tikinti mərhələsində, həm də binanın istismarı dövründə bir sıra tələblərə əməl edilməsini tələb edir. Xüsusilə yanğın, zəlzələ və digər fövqəladə hallar zamanı insanların binanı təhlükəsiz şəkildə tərk edə bilməsi, təxliyə yollarını

25 sentyabr
.

Şagirdlərin məktəbdə aldıqları qiymətlərlə imtahan nəticələri niyə üst-üstə düşmür? - AÇIQLAMA

Şagirdlərin məktəbdə aldıqları qiymətlərlə imtahan nəticələrinin hər zaman üst-üstə düşməməsi təhsil sahəsində müzakirə olunan məsələlərdəndir. Məktəbdaxili qiymətləndirmə ilə imtahanlarda tətbiq olunan qiymətləndirmə üsulları, meyarlar və tapşırıq formatları arasında fərqlər bu nəticələrə təsir göstər

25 sentyabr
.

Sabah hava necə olacaq? - Açıqlandı

Sentyabrın 27-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumatına əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi səhər şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperatur

26 sentyabr
.

Bakıda 27, rayonlarda 32 dərəcə isti olacaq

Azərbaycanda sentyabrın 26-da havanın əsasən yağmursuz olacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi səhər şimal-şər

25 sentyabr
.

Simonida Kordiç: "Azərbaycan Monteneqronun ən mühüm investorlardan biridir"

Azərbaycan Monteneqrodakı ən mühüm investorlardan biridir. "Report" xəbər verir ki, bunu Monteneqronun turizm naziri Simonida Kordiç Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (2nd Azerbaijan International Investment Forum - AIIF 2026) bildirib. Onun sözlərinə görə, ölkəni

26 sentyabr
.

Bakıda dənizdə batan tələbələrin FOTOSU

19 sentyabrda Sabunçu rayonunun Bilgəh qəsəbəsində iki tələbə dənizdə batıb. faciəli şəkildə həyatını itirən Qusar rayon sakini, 2008-ci il təvəllüdlü Elmin Əmirəliyev və Bərdə rayon sakini, 2008-ci il təvəllüdlü Əlipaşa Əlizadənin fotolarını təqdim edir:. Qeyd edək ki, onlar Milli Aviasiya Akademiyasınd

25 sentyabr
.

Bütün sosial ödənişlər bu tarixdə yekunlaşacaq

Bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının sentyabrın 25-də ödənilməsi nəzərdə tutulub. Bu barədə -a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Bildirilib ki, bununla respublika üzrə bütün sosial ödənişlər yekunlaşdırılmış olacaq

24 sentyabr
.

2015-ci ildən sonra doğulanlara siqareti qadağan edirlər

Türkiyədə tütünlə mübarizəyə dair hazırlanan qanun layihəsi 2015-ci ildən sonra doğulan şəxslərə siqaretin ömürlük qadağan edilməsini nəzərdə tutur. "Qafqazinfo" xəbər verir ki, bu barədə Anadolu Agentliyinə müsahibəsində qanun layihəsinin hazırlanmasında iştirak edən professor Toker Ergüde

25 sentyabr
.

"Uşaqlarda aqressiya: səbəblər, valideynlərin səhvləri və problemin həlli yolları

Uşaqlarda aqressiv davranışlar son illərdə valideynləri, müəllimləri və uşaq psixoloqlarını narahat edən məsələlərdən birinə çevrilib. Uşağın tez-tez əsəbiləşməsi, qışqırması, əşyaları atması, həmyaşıdları ilə mübahisəyə girməsi və ya qaydalara qarşı kəskin müqavimət göstərməsi ətrafdakılar tərəfində

24 sentyabr